Təbrizin Yalqızı və satıranın peyğəmbəri köçdü
Yazar: Insafəli Hidayət
Dördinci satıra kitabının çapın görmədən təbrizdən "Yalqız" getdi. Yalqız, "Məcid Səbbaği İrani"-nin şer təxəllüsüdü və onlanda tanınırdı. Şiyva xanım Hacı Məhəmmədi; Təbrizli qazetəçilə müsahibəsində deyir ki "1362 (1983) ilə dək yalqız deyildim amma oğlum oləndən sonra dünyada "Yalqız" oldum. Şer və satıra yazmağa başladım.
Yalqız, 3 çapın gördüyü kitablara baxmayaraq, onun 6 kilas (sinif) savadı varıdı. Həmən müsahibədə deyir: mən dərs oxumax istərdim amma əlavə edir: yaxşı yadıma gəlir. Rəhmətlik anam, atama dedi: Məmməd nə istəyir? Dedi: istəyir qoyam dərs oxuyub, təhsil ala. Anam dedi: Hə kişi, nə eyləyər oxudu. Qoy bir sənət oyrənsin. Ağalar diyərlər; dərs oxuyan kafir olar! bilmirəm hansı ağa bu sözü dedi demədi amma mən dərs oxuyanmadım.
Vəhşicə dəli könlümdən uçarlar
quşları xiyalın olkəsindən
uçmaqda "Ciğan-Vığan" salırlar
viranə konül xərabəsində
salmışla "Çığır-Bağır" qaçırlar
gizlənməyə ğəm səraçəsində
ancaq içərimdə "Çalha-Çal" var.
Şerində hər üç kitabının adın yerləşdirib amma dördüncü kitabın adı "Sayır Bayır" dı ki özü onun üzün görmədi. Onun yazdıqları təkcə bu kitablar deyil. Məhəmmədhösen Təhmasibpuri Şəhrək ki digər satıraçı (tənz) yazardı və illər boyu yalqızla dostluq edib və "Mirza Şəhrək"-ə adlanıb deyir: O bir tənqidçi şayır, satıraçı (tənzçi) və qazətəçidi ki diktatorloqdan, sansurdan, azadsızlıqdan, zordan və basqıdan tınqid edirdi. Buna əsasəndə bir çox şerlərinə çap izini verilmayıb və bir neçə cild kitabda gələcək nəsil onun əsərlərindən görəcək. Şəhrək əlavə edir: Şayəddə bizlər onun çap olmayan əsərlərin CD-lərdə və sitələrdə yaydıq." Mirzə Şəhrək bu sözləri VOA-yin Azərbaycanı servisinin üç əməkdaşı: Bulut Mihmandarlı, Tapdix Fərhadoğlu və İnsafəli Hidayət-lə müsahibəsində dedi.
Yalqız dünyaya gələndə, tarix 1316 (1937) di. Beləliklə yalqız 73 il omür sürdü amma həyatının 27 ilin şer və satirada qoydü. Digər hissələrion özü demişgən "yaşayışda alçaq ucalar görmüşəm. Bir zaman orduda oldum amma üç səfər paltarımı soyumdum. Sonra Tehranda çapxanada işleyib, gətirib Təbrizdə yemişəm. Bazarda fərş satmışam. Bir az ki özümü tapdım, ev aldım. Dedim; bu evə xeyri şərimi, uşaqların toyun salaram. Amma ilk günlərdə oğlumun yası o evdə oldu. zəhləm getdi. Satıb, qaçdım."
Onun etiqadı var ki Məhəmməd Hüsen Şəhriyar "Heydər Baba" ilə İran Azərbaycanında bir yeni ədəbi məktəb açıb. Çoxlu şayirlər ondan ilham alıb və "Səhəndiyyə"lər yazıblar. Yalqız deyir ki məndə ondan təsirlənib, "Səməndiyyə"-lə Heydər Baba yazmışam." və artırıb: Şəhriyarın şərinə oxşayanların hamısı öz yerində yaxşıdı amma Şəhriyarın ardınca iki ün nəfər başarılı ayaq götürsə, sərahətlə deyirəm; biri mənəm. Başarım olsa, bu sahədədir.
1383 Mirza Şəhrək "Azadlıq Əsri" qazetində, Türk dilində bir ədəbi səhifənin çap olmağının imkanın yaradır və Yalqızı əməkdaşlığa dəvət edir. Yalqız bu mevzuda deyir: Ocaq səhifəsin yola salıb və "İki kələk İki mələk" adlı sutunu yazdıq. İctimai satira yazmışıq. Get gedə işi artirıb, aşıqlarla, incə sənətçilərlə (hönərməndlərlə) və rəqs quruplarilə müsahibələrdə eləmişəm.
Miza Şəhrək də deyir: sansurçular qoymadılar yazaq. Orası olmasın ... Burası yaxşı deyil diyə sansur edirdilər. Axırndada çəkib bağladılar. Biz ikimz orda aşağa şeylərlə xalqı güldürməyə çalışmırdıx. gündə, ictimada nə olurdu, onu yazmağa qalxırdix. İşimiz tənqididi. hakimiyyətlə kanara gəlmirdik. Ona gorada Mənim, Yalqızın və Arəşin bir sürü şerimizı təkcə xususi məhfillərdə, evlərdə və dostlar arasında oxumuşux.
yalqız həmən satira xususiyyətinə yuxarı səviyyədə milik olduğuna gora, ozün satiranın peyğımbəri (rəsulu) görürdü. Niyə ki savadsız birisiydi və hər şerin ona ilham olmasın düşünürdü. Buna gorada bir şerində deyir:
Məndə peyğəmbəri tənzəm olur ilham mənə
Yoxsa bu şerləri yazmaram öz yanımdan
Şiyva xanım Hacı məhəmmədi yazır ki Yalqız Azərbaycan xalqından razidi. Xalq ona baş vurub, yoxlayırdılar. Amma Yalqız, Yanivarın 24 və öz evində, uzun zaman, kəbəd xəstəliyindən sonra, dünyasın deyişdi. Gərçi İran devlətinin Şərqi Azərbaycan Fərhəkg və İrşad İdarəsi onu 1384 (2006) ilində "satira və şer ustadi" unvanında seçib və onu ucaltmışdı amma Mirza Şəhrək deyir: onu Təbrizin "Məqbərətoşşoəra"-sında dəfn etmədilər və izafə edir: Əlbəttə ki onu ora götürdülər. Onun dəfn mərasimi üçün tamam idarələrin rəyisləri, şura numayəndələri, bələdiyyə müdürləri, şayirlər, ziyalılar, qazetəçilər, yazarlar, mühəqqiqlər, Azərbaycan sevərləri huzur tapmışdılar.
Bucür şökət indiyə dək az adamın cəsədinə qoyulmuşdu və taysız bir işidi. Şəhrək bu mevzuda deyir ki devlət bu işlərlə istir ki Azərbaycanlı böyuk insanları mənimsəsin və olara sahıblansın.
Mirzə Şəhrək artırır: Bunla belə ki bu gün (Yanivarın 25) Təbrizin qış havası çox soyuğudu, amma 3-4 min nəfər qəbir üstə gəlmişdi. Devlət admları çalışırdılar ki ozlərin ona yaxın göstərsinlər və beləliklədə fəxr sahibi olsunlar. İrşad idarəsinin məqamları axtarıb axtarıb, onun nohə şerrin tapmışdılar və onu satıraçı göstərmək istəmirdilər amma mən dedim ki Yalqız, satıraçıdı və Satıraçı tanınmalıdı.
Comments
Post a Comment