Sunday, January 24, 2010

چند میلیون تومان جایزه



چند میلیون تومان جایزه


مسابقه برای نوشتن نرم افزارهایی برای

ترجمه زبان ترکی آذربایجانی به دیگر زبان ها

از همه دانشجویان و متخصصان رشته نرم افزار نویسی دعوت می شود تا در مسابقه نرم افزار نویسی برای ترجمه متون ترکی به دیگر زبان ها، شرکت کنند:

1.ترجمه متون کوتاه یا بلند زبان ترکی (با الفبای فارسی یا عربی) به زبان فارسی

2. ترجمه متون کوتاه یا بلند زبان فارسی به ترکی با الفبای فارسی

2. ترجمه متون ترکی از الفبای فارسی یا عربی، به ترکی با الفبای لاتین

3.ترجمه متون ترکی به زبان های فارسی و عربی از الفبای لاتین

4. تبدیل آدیوها یا صداهای ترکی به نوشتار ترکی با الفبای فارسی

5. تبدیل آدیوها یا فایل های صوتی ترکی به فایل های نوشتاری ترکی با الفبای لاتین

6. تبدیل فایل های آدیو به نوشتار ترکی (هم زمان یا زنده) با دو الفبای فارسی و لاتین

علاقه مندان به شرکت در این مسابقه، می توانند با انصافعلی هدایت در شهر تورنتو، در کانادا تماس بگیرند.

شماره تماس تلفنی: 0014164978070

تماس از طریق ایمیل:

Hedayat222@yahoo.com

موفق باشید

Tuesday, January 12, 2010

Təbrizdə fars dili konfransının keçirilməsi soydaşlarımızın etirazına səbəb olub


İnsafəli Hidayət: “Konfransda İran adlanan yerin qonşuluğunda yerləşən dövlətlərdə fars dilini yaymaq üçün pul xərclənməsi, xarici dövlətlərə fars dilli müəllimlərinin göndərilməsi və həmin ölkələrdə fars dilini bilənlər üçün bu dili daha yaxşı öyrənmək imkanlarının yaradılması istənilib”

ImageFars dili və ədəbiyyatının inkişafı məqsədilə dördüncü konferans Təbriz şəhərində keçirilib. Ancaq Güney Azərbaycanın bir çox təşkilatları, ziyalıları belə bir əhəmiyyətsiz tədbirin Təbrizdə keçirilməsini kəskin şəkildə pisləyiblər. Hazırda Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət yazır ki, bu konfransda da fars dilini daha çox yaymaq haqda 130 məruzəçi və alim çıxış edib. Tədbirdə bir neçə maddəlik qərar qəbul olunub:

"Həmin qərarda qeyd edilir ki, fars dili neçə min illik dildir və “iranlılar”ın milli kimliklərinin əsasnı təşkil edir. Bu dil İran adlanan yerin milli birlik və bütövlüyünün səbəbbidir”. Toplantıya qatılanlar İran adlanan yerdən özünün hər hansı böyük siyasi, mədəni, iqtisadi və digər qərarlarında fars dilinin inkişafını nəzərə almağı tələb ediblər. Eyni zamanda konfransda İran adlanan yerin qonşuluğunda yerləşən dövlətlərdə fars dilini yaymaq üçün pul xərclənməsi, xarici dövlətlərə fars dilli müəllimlərinin göndərilməsi və həmin ölkələrdə fars dilini bilənlər üçün bu dili daha yaxşı öyrənmək imkanlarının yaradılması istənilib. Bundan əlavə, media və mədəniyyət işçilərindən fars dilinə daha çox meyl göstərmələri tələb olunub. Güneyli jurnalist qeyd edir ki, İran adlanan yerdə rəsmi dil fars dilidir və bütün yazışmalar bu dildə həyata keçirilir. Etnik dillər yalnız evlərdə, küçə və bazarlarda istifadə olunur. Yəni İran adlanan yerdə Azərbaycan turkcəsi, kürd, ərəb, türkmən və fars dilinin müxtəlif ləhcələri də var, ancaq məktəblərdə və universitetlərdə onların tədrisi rəsmi olaraq qadağandır. İran adlanan yerdə Azərbaycan turkcəsi, kürd, ərəb, türkmən və digər dilləri danışan xalqlar onların dilinin və mədəniyyətinin fars dili və mədəniyyəti kimi xalqın sərvəti kimi görməmələri və bu dillərə təhlükə kimi baxmalarından narahatdırlar. Bu məsələləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi son prezident seçkiləri kampaniyasında qaldırdılar ki, İran adlanan yerdəki Azərbaycan türkləri və digər xalqların dəstəyini qazansınlar. Onların geniş himayə görən bu çıxışları qarşısında İran adlanan yerin onuncu prezident seçkilərinin namizədlərinin təbliğatlarının əsl mövzularından biri etnik xalqların istəkləri oldu. Ona görə də həmin vaxt Mahmud Əhmədinejad İran adlanan yerdə olan bəzi dillərin universitetlərdə öyrədilməsi üçun tədbirlər görülməsi haqda qərar verdi. Ancaq bu konfransda prezidentin həmin hökmü və bu qərarən hansı dillərə şamil edildiyi və hansı bölgələrdə icra olunacağı məsələsi müzakirəyə çıxarılmadı. İnsafəli Hidayət yazır ki, İran adlanan yerin parlamentinin spikeri Qulaməli Həddad Adil konfransda fars dilinin böyük bir sərvət olduğunu söylədi: “O, başqa dillərin dəyəri barədə isə bir soz demədi. Spiker dedi ki, millət bir torpaq, bir hökumət, müştərək dil və ortaq tarix hər milləti tanıtdıran əlamətlərdir. Əgər fars dilinə maraq gostərilməsə, bu dil tamamilə ölər. Ancaq Qulaməli Həddad Adil İran adlanana yerdə ölməkdə olan, həmin dildə kitab və qəzet çapına imkan verilməyən, məktəb və universitetlərdə tədris edilməyən dillərin İran adlanan yerin mədəniyyətinə verdiyi töhfələr barədə heç nə demədi”.


http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=2445


ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR

print
İRANIN 7 NARAZI YAZIÇI və JURNALİSTİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB. ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR
2007-02-07 - 17:24:00

İranın 7 narazı yazıçı və jurnalisti beynəlxalq «Hellmən-Həmmet» mükafatına layiq görülüb. «Media forum» saytı «Hyuman Rayts Votç» təşkilatının fevralın 6-da yaydığı məlumata istinadən xəbər verir ki, dünyanın 22 ölkəsindən bu mükafata layiq görülən 45 yazardan 7-si İrandandır.

«Hyuman Rayts Votç»un Orta Şərq bölməsinin direktoru Sara Li Vitson mükafata layiq görülmüş iranlı yazarlar haqqında deyib: «2006-cı il iranlı yazarlar üçün çətin il olub. Onlar nəşr sahəsində tətbiq edilən və çoxlu məhdudiyyətə səbəb olan ağır qanunların hakim olduğu bir şəraitdə işləmək məcburiyyətində qalıblar. Onların bu qədər məhdudiyyət və təzyiq altında əldə etdikləri yaradıcılıq uğurlarının dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır».

«Media forum» saytının məlumatına görə, mükafatı qazanan yazarlar arasında azərbaycanlı jurnalist İnsafəli Hidayət də var.

İnsafəli Hidayət Təbrizdəndir və hazırda da bu şəhərdə yaşayır. 41 yaşı var. İranın Şərqi Azərbaycan ostanında insan hüquqlarının pozulması ilə bağlı vaxtaşırı müxtəlif xarici radiolarda müsahibə və bəyanatları yayılır. 2003-cü ildə 18 ay həbs cəzasına məhkum edilib. Həmin müddətin 74 gününü təkadamlıq kamerada keçirib.

«Hellmən-Həmmet» mükafatına layiq görülən, İrandan olan digər yazıçı və jurnalistlər bunlardır:

Əli Əşrəf Dərvişiyan. 65 yaşı var. Roman və hekayələr yazır. 20-dən artıq kitabın müəllifidir. 4 ilə yaxındır kitabları İrşad Nazirliyinin senzurasına məruz qalır.

Şəhram Rəfizadə. 34 yaşı var. Şair və jurnalistdir. ETTELAAT-ın dissident ziyalıları zəncirvari ardıcılıqla qətlə yetirməsi haqda 1998-ci ildə ifşaedici yazılarla mətbuatda çıxış edib. 2004-cü ildə tutularaq 86 gün təkadamlıq kamerada saxlanılıb.

Ruzbeh Mir İbrahimi. 27 yaşı var. Jurnalistdir. 2003-cü ildə İran əsilli Kanada vətəndaşı, jurnalist Zəhra Kazıminin ETTELAAT-ın həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişməsi ilə əlaqədar jurnalist təhqiqatı aparıb. 2004-cü ildə tutularaq 60 gün təkadamlıq kamerada saxlanılıb.

Arəş Siqarçi. 25 yaşı var. Jurnalistdir. Öz internet bloqunda İranda insan hüquqlarının pozulması haqda yazılarla çıxış edib. 14 il həbs cəzası alıb. Sonradan cəza müddəti 3 ilə endirilib. Son vaxtlar onun xərçəng xəstəliyinə tutulduğu da bəlli olub.

Əli Əfşari. 33 yaşı var. İranda tələbə hərəkatının tanınmış simalarındandır. 2000-ci ildə 3 il həbs cəzasına məhkum edilib. Həmin müddətin 328 gününü təkadamlıq kamerada keçirib.

Həsən Zarezadə Ərdəşir. 29 yaşı var. Ölkədə insan hüquqlarının vəziyyəti haqqında yazılarla çıxış edib. Dəfələrlə həbs olunub. 2003-cü ildə 8 ay Tehranın Evin həbsxanasında saxlanılıb.

«Hellmən-Həmmet» mükafatı 1989-cu ildə amerikalı yazarlar Lillian Hellmən və Daşiel Həmmetin «Hyuman Rayts Votç»a müraciətindən sonra təsis olunub. Bu pul mükafatı öz ölkəsində təqiblərə məruz qalan qələm adamlarına yardım göstərmək, eyni zamanda onların əməyini qiymətləndirməklə senzuraya və söz azadlığına qarşı təzyiqlərə diqqət çəkmək məqsədilə verilir. Bəzi hallarda mükafata layiq görülən şəxsin və onun ailə üzvlərinin əlavə təqibələrlə üzləşməməsi üçün lauraeatın adı ictimaiyyətə açıqlanmır.


Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýb

Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýb





Ýki azərbaycanlý jurnalistə beynəlxalq insan hüquqlarý mükafatý veriblər. Bunlar Ýran Azərbaycanýndan olan Ýnsafəli Hudayət və Həsən Zarezadədi. Mükafatý «Human Rights Watch» və «Hellman Hamett»insan haqlarý təþkilatlarý verib. Bu mükafatý hər il dünyada repressiyalarla üzləþən ən fəal jurnalist, yazýçý və þairə təqdim edirlər. Mükafatlarý yazarlara repressiyalara sinə gərməkdə kömək üçün verirlər.


Ýnsafəli Hidayətin təqdimatýnda deyilir ki, 41 yaþlý jurnalist insan hüquqlarý ilə baðlý yazdýðý yazýlara görə həbs olunub. Həbs müddətinin 74 gününü təkadamlýq kamerada, 18 ayýný isə adi rejimli koloniyada keçirən Ýnsafəli Hidayət məruz qaldýðý iþgəncələri memuarlarýnda əks etdirib.


Hazýrda 29 yaþý olan Həsən Zarezadə bütün çətinliklərə baxmayaraq dayanmadan yaþadýðý ölkəndə insan hüquqlarýnýn tapdalandýðýný ifþa edib. Elə buna görə də 2003-cü ildə 8 ay Ýranýn dəhþətli Evin həbsxanasýnda saxlanýlýb. O, 2005-ci ildə ölkəni tərk etməli olsa da Ýranda insan haqlarý məsələsini təqib edərək jurnalistika fəaliyyətinə davam edir.




"Onların əksəriyyəti azərbaycanlılardır"

"İran həbsxanaları siyasi məhbuslarla doludur"

İnsafəli Hidayət: "Onların əksəriyyəti azərbaycanlılardır"
İran 2007-ci ildə edam cəzasının tətbiqinə görə dünya dövlətləri arasında yerini qorudu. Yəni fars-molla rejimi Çindən sonra öz vətəndaşlarını dara çəkən ikinci ölkə olaraq qalmaqda davam edir. Ötən il bu ölkədə 271 nəfər edam olunub. Ancaq dara çəkilənlərin sayının 300 nəfərdən çox olduğu barədə də məlumatlar var. Bunu Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirib. Onun sözlərinə görə, bu insanlar şəhərlərin mərkəzi meydanlarında yerli camaatın gözü qarşısında dara çəkiliblər.

Real

Bunların arasında siyasi məhbuslar üstünlük təşkil edir: "Axı İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətləri öz milli və mədəni hüquqlarının bərpa etmək uğrunda mübarizə aparırlar. Ona görə də ölkə həbsxanaları siyasi məhbuslarla demək olar doludur. Onların da əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Ancaq ötən il ərzində bir nəfər də olsun güneyli siyasi məhbusun dar ağacına çəkilməməsi sevindirici haldır. Edam olunanlar ərəblər, bəluclar və digər qeyri-fars millətləridir. Çünki Azərbaycan türklərindən fərqli olaraq, həmin millətlər İran rejiminə qarşı silahlı mübarizə aparırlar, terraktlar törədirlər. Soydaşlarımız dinc mübarizə apardıqlarından belə ağır cəzaya məruz qalmırlar. Ancaq buna baxmayaraq, fars-molla rejiminin ciddi təqib və təzyiqlərilə üzləşirlər, həbs olunurlar, işgəncələrə məruz qalırlar". İnsafəli Hidayət qeyd edib ki, 2007-ci il İranda mətbu orqanlar və jurnalistlərə qarşı da basqılar artıb. Belə ki, xeyli sayda jurnalist həbs olunub, qəzetlər, jurnallar qapadılıb. Hətta xarici KİV-lərdə çalışan İran əsilli jurnalistlər də həbs olunaraq uzun müddət həbsxanalarda təkadamlıq kameralarda saxlanılıblar. Halbuki onların əksəriyyəti yalnız yaxın qohumlarını ziyarət etmək üçün öz ölkələrinə gəlmişdilər. Ancaq casusluqda ittiham olundular və sonradan külli miqdarda girov müqabilində sərbəst buraxıldılar: "Təbii ki, həbslər güneyli jurnalistlərdən də yan keçmədi və hazırda bir neçə yazar həbsxanadadır. Bundan əlavə, "İLHA" xəbər agentliyi, "Şərq" və "Dilmanc" qəzetləri qapadıldı". Güneyli jurnalist vurğulayıb ki, ötən il İranda tələbələrin mübarizəsi yeni mərhələyə qədəm qoyub. İlboyu etiraz aksiyaları həyata keçirilib, 550 tələbə həbsə alınıb və hazırda onların öndə gedənləri məhbus həyatı yaşayırlar. Eyni zamanda 30-a yaxın tələbə dərgisi qapadılıb. Bundan əlavə, müəllimlər, fəhlələrin etirazları olub və həmin aksiyaların təşkilatçıları da hazırda həbsxanadadırlar. Qeyd edək ki, yanvarın 15-də "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) İranda insan hüquqlarının kobud şəkildə pozulmasıyla əlaqədar növbəti hesabat yayaraq fars-molla rejimindən edam hökmünün ləğvini tələb edib.

http://www.xalqcebhesi.az/news.php?id=1408


http://www.gaip.biz/xeber%20arshiv/2008/yanvar/yan17.htm

İranda müxalifət mübarizəsini davam etdirir

İranda müxalifət mübarizəsini davam etdirir

04/11/2009
İranda ABŞ səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümü münasibətilə cərəyan edən gərginlikləri şərh edən İnsafəli Hidayət cəmiyyətdə anti-rejim ruhunun hələ də güclü olduğunu bildirib. Onun sözlərinə görə mübahisəli seçkilərdən bir neçə ay ötməsinə baxmayaraq, insanlar hələ də demokratik hüquqlarının pozulmasından qəzəblidirlər. Cənab Hidayət bildirib ki, bu gün Tehranla bərabər Təbrizdə də tələbələrin nümayiş keçirməyə cəhd göstərməsinə dair ona məlumatlar daxil olub. Onun dediyinə görə polislə toqquşmadan sonra tələbələr universitetə çəkiliblər. Müxalifətin tərkibi haqda danışarkən cənab Hidayət burada əsasən 30 yaşından aşağı gənclərin çoxluq təşkil etdiyini bildirib. Eyni zamanda müxalifət hərəkatının sıralarında İslam rejiminin sabiq görkəmli xadimləri yer alıb. İranda siyasi mübarizənin yeni mərhələyə daxil olduğunu qeyd edən İnsafəli Hidayət bir çox insanların artıq İslam rejiminin legitimliyini sual altına aldığını vurğulayıb.


"İran İslam inqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb"

"İran İslam inqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb"

İnsafəli Hidayət: "Dini rejim bərqərar olduqdan sonra Xomeyni keçmiş tərəfdarlarını, siyasi rəqiblərini əzməyə başladı"

Tofiq Türkel: "İslam inqilabından sonra da Azərbaycan türklərinə qarşı repressiv münasibətin dəyişməyib"


Turqut

Bu həftə İran İslam İnqilabının 30-cü ildönümü tamam oldu. Rejimin ölkə daxilində və xaricində yeritdiyi siyasət beynəlxalq gündəmdə başlıca yerlərdən birini tutur. Aparıcı Qərb dövlətləri İranın nüvə proqramından və terrorizmə sponsorluq etməsindən dərin narahatlıq keçirir. Digər tərəfdən, İran daxilində ölkənin etnik azlıqları və qadınlarla rəftar insan hüquqları təşkilatlarının müntəzəm qınaqlarına tuş gəlir. İnqilabın irsini və İran cəmiyyətinə təsirlərini öyrənmək üçün Kanadada yaşayan güneyli jurnalist İnsafəli Hidayət və tarixçi Tofiq Türkelə müraciət etdik. Güneyli jurnalist İnsafəli Hidayət inqilabda Azərbaycan türklərinin oynadığı roldan danışaraq bildirdi ki, şah dönəmində soydaşlarımıza qarşı diskriminasiya, repressiya geniş hal almışdı: "Rza Pəhləvinin ölkədə apardığı sosial islahatlar əksəriyyəti dindar iranlıların heysiyyatına toxunurdu. Həmin vaxt şah rejiminə qarşı etiraz aksiyaları öncə yalnız Tehranı əhatə edirdi. Sonradan İraqa mühacirət etmiş ayətullah Ruhulla Xomeyni Güney Azərbaycanda böyük nüfuza malik olan ayətullah Şəriətmədari və ayətullah Xoyei kimi dini liderlərin dəstəyinə arxalanaraq öz inqilab platformasını İranın başqa guşələrinə yaymağa başladı. Amma İranda islamçı rejim bərqərar olduqdan sonra Xomeyni keçmiş tərəfdarlarını və siyasi rəqiblərini əzməyə başladı. Ölkədə tətbiq olunan dini rejim və qadağalar insanların geniş kəsimində ikrah hissi doğurub. Nəticədə İslam İnqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb. Siyasi azadlıqlardan əlavə, sosial azadlıqlarını itirmiş bir çox iranlılar vətəni tərk edib.
Tarixçi Tofiq Türkel isə İslam İnqilabından sonra Azərbaycan türklərinə repressiv münasibətin dəyişmədiyini vurğuladı: "Etnik azlıqlarla rəftarında rejim daha çox repressiv üsullara və basqılara üstünlük verib. Güney Azərbaycanda vüsət alan etiraz dalğası da məhz bu növ siyasətin nəticəsi idi". Onun sözlərinə görə, İslamı rəhbər tutduğunu elan edən rəsmi Tehran əslində dövlət siyasətində tipik avtoritar qurum kimi davranır. Azərbaycanlıların ana dilində təhsil hüququ və başqa insani- mədəni hüquqları ciddi şəkildə pozulmaqda davam edir. Eyni zamanda yürütdüyü xarici siyasətdə fars şovinist rejimi müsəlman icmasının maraqlarını deyil, öz qüdrətini qoruyur".

BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edib

BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edibPDFYazdıre-Posta
Salı, 01 Aralık 2009

İşveçrənin Cenevrə şəhərində BMT-də təmsil olunmayanxalqların nümayəndələrinin iştirakı ilə forum keçirilib. Əməkdaşımız İnsafəli Hidayət Həmin tədbirdə iştirak edən Əlirza Nəzmi Əfşarla söhbət aparıb.

Söhbət zamanı Nəzmi Əfşar deyib ki, 65-70 millət və ya təşkilatın iştirak etdiyi forumda bu xalqların yaşadığı dövlətlərin nümayəndələri də iştirak edirdi. O deyir ki, Cenevrədə keçirilən konfransa İrandan da bir çox xalqın nümayəndəsi qatılmışdı: “Ərəblərdən bir, kürdlərdən iki qrup, bəluclardan iki qrup, Lor və bəxtiyarılərdən nümayəndələr var idi. İran türk və azərbaycanlılarını isə mən təmsil edirdim”.

Cənab Əfşarın sözlərinə görə, forumda İrandan 3 yüksək vəzifəli rəsmi də iştirak edirdi.O deyir ki, xalqların nümayəndələri öz sözlərini deyir, rəsmi tərəf isə buna öz mövqeyini bildirirdi: “Mənim orada iki tələbim var idi. Birinci bu idi ki, İran Konstitusiyasına əsasən vilayəti fəqih Osmanlı imperiyasına oxşar sistem yaradıb. Bu isə 21-ci əsrin tələblərinə cavab vermir”.

Əlirza Nəzmi Əfşarın sözlərinə görə, onların ikinci tələbi İranda yaşayan azlıqların dil hüquqları ilə bağlı olub. “Hakimiyyət İranın çoxmillətli dövlət olduğunu qəbul etməli və xalqların azadlıqlarını təmin etməlidir”-deyə cənab Əfşar Amerikanın səsinə müsahibəsində bildirib.
http://az.millishura.com/index.php?option=com_content&task=view&id=108&Itemid=

‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’

Dəyirmi masa: ‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’

İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır.

Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə “Mahmud Əhmədinejad İranın ABŞ-la yaxınlaşma siyasətini həyata keçirəcək siyasətçi görüntüsünə malik deyil” Bu sözləri bu gün Amerikanın səsi radiosunda “İranda prezident seçkiləri və namizədləri seçki kampaniyası” mövzusunda keçirilən dəyirmi masa söhbəti zamanı Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət deyib. Onun sözlərinə görə, dünyadan təcrid olunmuş İranın xarici siyasətində dəyişiklik etməyi düşünən hakimiyyətinin yeni liderə ehtiyacı var. Cənab Hidayət əsas mübarizənin Mirhüseyn Musəvi ilə Mehdi Kərrubi arasında gedəcəyini bildirir:

“İranda azərbaycanlı bir şəxsin hakimiyyətə gəlməsi az da olsa azərbaycanlıların təəssübünü çəkməsi ilə nəticələnə bilər. Bu baxımda ilk olaraq azərbaycanlılar üçün faydalı namizəd MirHüseyn Musəvidir. Ondan sonra isə Mehdi Kərrubini söyləmək olar”. İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır.

Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə yönəldərək deyir ki, bu hazırkı prezident Mahmud Əhmədinejadın seçki kampaniyasının bir hissəsidir. O deyir ki, keçmiş İran prezidenti Xatəminin nüfuzunu gözdən salmaq üçün belə videolar yayılıb və bu da Musəvinin reytinqinə təsir göstərə bilər.

Buna baxmayaraq cənab Rüstəmxanlı seçki kampaniyası zamanı verilən vədlərin heç birinə inanmadığını deyir. Onun sözlərinə görə, indiyədək hər prezident seçkisii öncəsi bütün namizədlər Təbrizə gedir, orada azərbaycanlıların İranın başlıca qüvvəsi olduğunu bildirir, “İran yatmış şirdi, Azərbaycan onun başıdı”, “Azərbaycan İranın başıdı, onu kəsmək olmaz” kimi şüarlar səsləndirir. “Ancaq hakimiyyətə gələndən sonra isə heç bir inkişaf müşahidə olunmur” - deyə millət vəkili bildirib. Sabir Rüstəmxanlı azərbaycanlıların seçkiləri boykot etməsini dəstəkləmədiyini dilə gətirib.


voa

http://azr.baybak.com/il_2009_say_4889.azr

Amerikanın səsinə müsahibəsi

İnsafəli Hidayətin Amerikanın səsinə müsahibəsi

Kanadada yaşayan Güney Azərbaycanlı jurnalist İnsafəli Hidayət İranda cərəyan edən son hadisələrlə bağlı Amerikanın səsinə müsahibə verib
Sual: İranda etiraz aksiyaları zamanı həbs olunanlardan 140 nəfərin azadlığa buraxıldığı bildirilib. Sizcə bu nə ilə bağlıdır?

Cavab: Ötən bir həftə ərzində Ayətulla Haşimi Rəfsəncani bir növ barışıq üçün rəhbərdən istədi ki, tutulanlar azadlığa buraxılsın. Daha sonra Mir Hüseyn Musəvi çıxışında dedi ki, bu məsələni həll etmək lazımdır. Onların həbsxanada saxlanaraq, işgəncələrə məruz qalması düz deyil. Bundan başqa da dünyanın ən azı 50 ölkəsində insanların azad olunması çağırışları ilə aksiyalar keçirilir. Bütün bunların müəyyən təsiri olub.

Sual: İranın ali dini rəhbərinin Kəhrizad həbsxanasının bağlanması barədə göstərişi və bundan sonra cərəyan edən hadisələr barədə nə deyə bilərsiniz?

Cavab: İranda iki cür həbsxana var. Birincisi, ədliyyə sisteminin nəzarətində olan həbsxanalar. İkincisi isə, təhlükəsizlik və kəşfiyat təşkilatlarının nəzarətindəki, qanunda yeri olmayan həbsxanalardır. Misal üçün Təbrizdə belə ikinci tip üç həbsxana var. Tehranda sayı ən azı 2300 nəfər olan, seçkilərdən sonra tutulanlar bu ikinci tip məhbəslərdə saxlanılırdılar. Xamaneyi də belə həbsxanalardan yalnız birinin bağlanmasına göstəriş verib. Buna səbəb isə orada saxlanma şəraitinin çox bərbad vəziyyətdə olmasıdır.

Sual: Son günlərdə vitse-prezidentin təyinatı və daha sonra bu təyinatın ləğvi və hökumət kabineti daxilindəki başqa dəyişikliklər, istefalar və bunlar ətrafında baş verən mübahisələr barədə nə düşünürsünüz?

Cavab: Bir neçə gün əvvəl Əhmədinejad istədi ki, öz baş müavinini əvəz etsin və onun yerinə onunla işləmiş bir adamı gətirsin. Bu təyinat mollaların etirazına bais oldu. Xamaneyi Əhmədinejada məktub yazaraq ondan təyinatın ləğvini istədi. Məcburiyyət qarşısında qalan Əhmədinejad təyin etdiyi şəxsi istefaya göndərməyə məcbur oldu. Ancaq bu, onu göstərir ki, Əhmədinejadın hökumətində 21 nazir arasında fikir ayrılığı var. Bu arada parlamentin bir üzvə elan edib ki, İran dövləti bir neçə gündə yeni hökumət təşkil olunana kimi heç bir qərara gələ bilməz. Mahmud Əhmədinejadın son 4 illik hakimiyyəti dövründə 11 nazir, 3 müavin dəyişib.

Sual: Bu, ayrı-ayrılıqda baş verən iki hadisə İranda hakimiyyətdə olan mühafizəkar qüvvələrin zəiflədiyindən, yaxud da müxalifətdə olan islahatçı kimi tanınan qüvvələrin gücləndiyindən xəbər verirmi?

Cavab: Doğrudur, bu, islahatçıların qücünü göstərir. Digər tərəfdən mühafizəkarların zəiflədiyinin şahidi oluruq. Onlar milləti idarə etməlidirlər və xalqı nəzərə almalıdırlar. Xalq isə, övladları həlak olduğu, həbs edildiyi üçün etiraz edir. Əhali elə düşünür ki, Əhmədinejad doğrudan da çevriliş edir. Yəni əsgərlər vasitəsilə çevriliş həyata keçirib və xalqı basqı altında qoyub. Qacar dövründə Rza şah gəlib türk hökumətləri əleyhinə çevriliş etdiyi kimi, indi də Əhmədinejad demək olar ki, İnqilab Keşikçilərinin əli ilə bu çevrilişi həyata keçirir. Onun Xamaneyinin qarşısında dayanması bunu göstərir.


http://www.gunaz.tv/xaber/insafeli-hidayetin-amerikanin-sesine-musahibesi

Tehranda siyasi təlatüm

Tehranda siyasi təlatümPDF formatında variantÇap etE-mailə göndər
Müəllif: DAK
2010-01-02

Qabil Hüseynli: “Mübarizə artıq qanlı müstəviyə keçib”

İnsafəli Hidayət: “Artıq nümayişçilərə qarşı ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir “

ImageBitməkdə olan 2009-cu il İran adlanan yerdə təlatümlü keçdi. www.D-A-K.org –a daxil olan məlumata görə, iyunda keçirilən prezident seçkilərinin ardınca aparıcı islahatyönümlü namizəd Mirhüseyn Musəvinin tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırıldığını əsas tutaraq kütləvi nümayişlərə başladılar. İlin sonunadək isə artıq seçki etirazları İran adlanan yerdə nəhəng anti-rejim hərəkatına çevrilmişdi. Elə ötən günlər ərzində ölkədə azadlıqsevər insanlar islamçı rejimin polis qüvvələrilə üz-üzə gələrək itkilər verdilər. Şiddətli siyasi basqılar isə ölkədə hələ də davam edir.

Hadisələri şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İran adlanan yerin xalqı rejimdən ciddi şəkildə narazıdır və illərdən bəri artan narazılıq özünü iri şəhərlərin küçələrində büruzə verməkdədir. Onun sözlərinə görə, xalq qəzəbi təkcə hakimiyyətdaxili yerdəyişmələrlə kifayətlənmək niyyətində deyil və bütünlükdə rejimə qarşı yönəlib: “İran adlanan yerdə mövcud olan teokratik rejimdən təngə gələn insanlar köklü dəyişikliyə can atırlar və bu yolda onların apardıqları mübarizə artıq qanlı müstəviyə keçib. Politoloq hesab edir ki, əvvəlki aylarla müqayisədə azərbaycanlılar daha çox aktivlik göstərməyə başlayıblar: “İlk əvvəl İran adlanan yerdə cərəyan edən siyasi qarşıdurma saraydaxili çəkişmələr kimi qiymətləndirilirdi. İndi isə bir çoxları dərk edir ki, ölkədə baş verə biləcək rejim dəyişikliyindən bütün vətəndaşlar faydalana bilər.
Aşura günü Tehran küçələrində baş verən iğtişaşları şərh edən Kanadada mühacir həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət isə dedi ki, ayətullah Əli Xamneyi və onun tərəfdarları rejimin devrilə biləcəyindən qorxuya düşüblər. Bu üzdən son günlər nümayişçilərə qarşı daha sərt metodlara əl atılır. Onun sözlərinə görə, artıq nümayişçilərə qarşı təkcə “Bəsic” və “Sepah”dan yox, həm də ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir. İran adlanan yerin mərkəzində cərəyan edən etiraz dalğasının Güney Azərbaycanda və başqa qeyri-fars millətlərin məskunlaşdığı bölgələrdə kifayət qədər hiss olunmamasına toxunan İnsafəli Hidayət vurğuladı ki, tarixən azərbaycanlılar ölkədə baş verən inqilabi hərəkatların ön cərgəsində gediblər. Lakin sonda inqilabların heç biri azərbaycanlılara milli-mədəni hüquqlar bəxş etməyib.


“Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər”

İnsafəli Hidayət: “Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər”
Böyük Bölünməz Qafqaz
(4.07.2009)

“Tehranda yaşayan azərbaycanlılar etiraz aksiyalarında fəal iştirak edib”. Bu sözləri kanadada yaşayan İran Azərbaycanlı Jurnalist İnsafəli Hidayət redaksiyamıza müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Urmiyədə və Təbrizdə də onlarla insan həbs olunub. Cənab Hidayət deyir ki, azərbaycanlılar İrandakı etirazların mühüm bir parçasıdır. O hesab edir ki, Azərbaycan siyasiləri gərək indidən çalışsınlar ki, bu hərəkatın yalnız farsların adı ilə bağlı olmasının qarşısını alsınlar. İnsafəli Hidayətlə müsahibəni səsli faylı yükləməklə dinləyə bilərsiniz.

VOA



http://3view.az/articles/3805/1/

İnsafəli Hidayət «Azadlıq» radiosunda

XƏBƏRLƏR

İnsafəli Hidayət «Azadlıq» radiosunda

Səs: Real audio

Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Çərşənbə günündən başlayaraq İran Azərbaycanının tanınmış jurnalisti İnsafəli Hidayət «Azadlıq» radiosunun müxbirlər qrupuna qoşulur. O, müntəzəm şəkildə İrandakı azərbaycanlıların həyatı haqqında xəbər və məlumat verəcək.

İnsafəli Hidayət 2004-cü ildə Təbrizdə «xarici KIV-lərə məlumat verdiyi» üçün 18 ay müddətinə həbs edilib. Daha sonra «İran xalqına və İslam Respublikası rəhbərliyinə açıq məktubu»nda İran azərbaycanlılarına edilən təzyiqləri ifşa etdiyinə görə, yenidən məhkum olunub və işgəncələrə məruz qalıb.

İnsafəli Hidayət İran azərbaycanlıları arasında cəsarəti və jurnalist məharətiylə seçilir.

http://www.azadliqradiosu.az/archive/news/20060208/1/1.html?id=155096

İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir

Siyasi mühacir İnsafəli Hidayət İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir

13/06/2007
انصافعلی هدایت ایله مصاحبه audio clip
- انصافعلی هدایت ایله مصاحبه audio clip

Hazırda Kanadada siyasi mühacirətdə olan müstəqil jurnalist İnsafəli Hidayət İran Azərbaycanında milli fəalların məruz qaldıqları təqiblərdən və həbsdə ikən üzləşdikdləri sınaqlardan danışıb. O həmçinin edam cəzasına məhkum edilmiş fəal Hüseyn Füruhudə haqda öz bilgilərini açıqlayıb.



Səs fiylını Radiyonon oz sitəsində dinliyəbilərsiniz: http://128.11.143.120/azerbaijani/archive/2007-06/2007-06-13-voa9.cfm?textmode=0

2007 İran üçün uğurlu il olmayıb

Insafəli Hidayətlə müsahibə- - - (MP3) audio clip

Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət Bulud Mehmandarlıya verdiyi müsahibəsində 2007-ci ildə İranda baş vermiş başlıca hadisələri şərh edib

İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq'

İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq'

21/07/2009
VOA Azerbaijani Radiosuna:


Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Bu gün isə İranda 1952-ci il hadisələrinin ildönümüdür. İranda baş verən son hadisələr barədə Kanadada yaşayan azərbaycanlı jurnalist İnsafəli Hidayətlə müsahibə aparmışıq.

Sual: Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Sizcə, bu çağırış bir növ hökumətin qanuniliyini sual altına qoymurmu?


Cavab: İran qanunları əsasında ümumi çağırışlara imkan verilir. İran qanunları icazə verir ki, parlament üzvlərinin üçdə birinin imzası ilə belə bir çağırışlar olsun. Məhəmməd Xatəmi böyük bir adamdı, İranın keçmiş prezidentidir və siyasətdə böyük rola malik olduğu üçün belə bir çağırış edib. Ancaq bu, qeyri-adi bir çağırışdır. Bunu İran rəsmiləri həyata keçirmək istəsəydi, elə seçkilərin nəticələrini ləğv edərdi və yenidən keçirilməsinə şərait yaradardı. Ona görə də inanmıram ki, nə dövlət, nə də parlament bunu qəbul etsin.

Sual:
Keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin Mir Hüseyn Musəviyə dəstəyi İranın ordu və digər təhlükəsizlik qüvvələrinin mövqeyinə təsir göstərə bilərmi?

Cavab:
Əl Cəzirə telekanalının dediyinə görə, Musəvinin 5 milyon tərəfdarı ilə birlikdə aksiya keçirdiyi zaman polis ciddi müqavimət nümayişçilərə göstərmədi. Çünki polis onlar arasında mühüm adamların olduğunu görürdü. İki sabiq prezidentin olması yetərli idi. Burada əsas məsələ Əli Xameneinin iradəsidir. O bunu qəbul etmir. Nümayişçilər asanlıqla təslim olmadığını göstərsə də, məncə, nəhayətdə bu proses islahatçıların məğlubiyyəti ilə nəticələnəcək.

Sual: Bu gün 1952-ci il hadisələrinin il dönümüdür. Bununla əlaqədar bu gün İranda hər hansı mərasimlər və ya aksiyalar keçirilirmi?

Cavab: 1952-ci ildə İranda Məhəmmədi Müsəddiq əleyhinə bir hərbi kampaniya oldu. Bunun tərəfdarları küçələrə axışaraq, şüarlar səsləndirdilər. Hər il bu hadisə ilə əlaqədar toplaşmalar olur. Bu gün də İrandan daxil olan xəbərlərdə deyilir ki, insanlar bununla əlaqədar yürüş keçirməklə yeni aksiyalara yol açmağa çalışır. Ancaq polis xəbərdarlıq etmişdi ki, küçələrə çıxan hər bir kəs təqib olunacaq. Ancaq aksiyaların keçirilib-keçirilməməsi barədə hələlik dəqiq məlumat əldə edə bilməmişik.


İnsafəli Hidayət: 'Azərbaycanlıların Tehrandakı hadisələrə dəstəyi az oldu'



Insafali Hidayat
03/08/2009
VOA Azerbaijani Radiosuna:




Kanadada yaşayan İran azərbaycanlı jurnalist İnsafəli Hidayətlə "Etnik azlıqların, xüsusilə də azərbaycanlıların Tehranda cərayan edən hadisələrə təsiri" mövzusunda müsahibə aparmışıq

Sual: İranda prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı həlak olanların xatirəsi anıldı. Ölənlərin 40-nın qeyd edilməsi üçün azərbaycanlılar nə kimi tədbirlər təşkil edib?

Cavab: Azərbaycanlılar İranın hər yerində olduqları üçün tam bəlli deyil. Ancaq Ürmiyə şəhərində dəqiq demək olar ki, azərbaycanlıların bir çoxu küçələrə çıxaraq, şüarlar səsləndiriblər və ölənlərin xatirəsini yad ediblər. Paytaxt Tehranın özündə küçələrə çıxanların çoxu türklərdi. Hətta ölənlərin də bir çoxu, o cümlədən gənc qız Neda Ağasultan türkdü. Habelə orada, tutulanlar, Təbrizdə həbs edilənlər hələ də azad olunmayıbdır. Hər halda, deməliyəm ki, Azərbaycan mahallarında Tehranda baş verən bu hadisələrə çox az dəstək oldu.

Sual: Həqiqətən də başqa yerlərlə müqayisədə Azərbaycan vilayətlərində sakitlik hiss olunurdu.

Cavab: Tək azərbaycanlılar deyildi. Kürdlər də, ərəblər, bəluclar, türkmənlər də sakit idilər. Çünki onların təcrübəsi yoxdur. Məsələn 8 il əvvəl Tehran universitetinin tələbələri yatan binalara polis hücum edir və onları həbs edir, öldürür. O zaman islahatçıların əlində olan parlament hadisənin araşdırılması üçün bir komitə yaradır. İki gün sonra Təbriz universitetinin tələbələri küçələrə axışır. Eyni hadisə burada təkrarlanır. Bəsicilər, pastarlar universitetə daxil olaraq tələbələrə hücum edir. Ölənlər, yaralananlar və həbs edilənlər olur. Parlamentdə isə bu hadisəni araşdırırlar. O zaman parlamentdə Təbrizi təmsil edən Əkbər Ələmi böyük çətinliklə bir komitənin yaradılmasına nail olur. Araşdırmaların nəticəsi göstərir ki, hadisə zaman çoxlu azərbaycanlı ölmüşdü və Tehranla müqayisədə Təbriz universitetində baş vermiş faciə daha iri miqyaslı olmuşdu. Ancaq parlament, məhkəmə heç bir şey etmirdi. Yəni bu gəstörir ki, azərbaycanlılar siyasi islahatçılardan da (hazır da Mir Hüseyn Musəvi və Mehdi Kərrubi) dəstək almır.

Sual: İranda seçkilərin tarixinə və siyasi hadisələrə nəzər salanda Azərbaycanda nədənsə Tehrana ehtiyatla yanaşırlar. Buna səbəb nədir?

Cavab: Azərbaycanlılar tarixi yaddan çıxartmırlar. Ona görə, görürlər ki, Tehranda tutulanlar, nümayiş keçirilənlər, döyülənlər siyasi adamlardır. Azərbaycan bunlara etimad etmir.


VOA Azerbaijani Radiosuna:

ساواشدا ایکی سوی قیریم سیاستی

  ساواشدا ایکی سوی قیریم سیاستی بو گونکو "94-اینجی گونئی آزربایجاندان باخیش" برنامه سینده اوچ قونو حاقدا سایین اوغوز تورک و انصافع...