İranda müxalifət mübarizəsini davam etdirir

İranda müxalifət mübarizəsini davam etdirir

04/11/2009
İranda ABŞ səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümü münasibətilə cərəyan edən gərginlikləri şərh edən İnsafəli Hidayət cəmiyyətdə anti-rejim ruhunun hələ də güclü olduğunu bildirib. Onun sözlərinə görə mübahisəli seçkilərdən bir neçə ay ötməsinə baxmayaraq, insanlar hələ də demokratik hüquqlarının pozulmasından qəzəblidirlər. Cənab Hidayət bildirib ki, bu gün Tehranla bərabər Təbrizdə də tələbələrin nümayiş keçirməyə cəhd göstərməsinə dair ona məlumatlar daxil olub. Onun dediyinə görə polislə toqquşmadan sonra tələbələr universitetə çəkiliblər. Müxalifətin tərkibi haqda danışarkən cənab Hidayət burada əsasən 30 yaşından aşağı gənclərin çoxluq təşkil etdiyini bildirib. Eyni zamanda müxalifət hərəkatının sıralarında İslam rejiminin sabiq görkəmli xadimləri yer alıb. İranda siyasi mübarizənin yeni mərhələyə daxil olduğunu qeyd edən İnsafəli Hidayət bir çox insanların artıq İslam rejiminin legitimliyini sual altına aldığını vurğulayıb.


Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر