‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə “Mahmud Əhmədinejad İranın ABŞ-la yaxınlaşma siyasətini həyata keçirəcək siyasətçi görüntüsünə malik deyil” Bu sözləri bu gün Amerikanın səsi radiosunda “İranda prezident seçkiləri və namizədləri seçki kampaniyası” mövzusunda keçirilən dəyirmi masa söhbəti zamanı Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət deyib. Onun sözlərinə görə, dünyadan təcrid olunmuş İranın xarici siyasətində dəyişiklik etməyi düşünən hakimiyyətinin yeni liderə ehtiyacı var. Cənab Hidayət əsas mübarizənin Mirhüseyn Musəvi ilə Mehdi Kərrubi arasında gedəcəyini bildirir:
“İranda azərbaycanlı bir şəxsin hakimiyyətə gəlməsi az da olsa azərbaycanlıların təəssübünü çəkməsi ilə nəticələnə bilər. Bu baxımda ilk olaraq azərbaycanlılar üçün faydalı namizəd MirHüseyn Musəvidir. Ondan sonra isə Mehdi Kərrubini söyləmək olar”. İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır.
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə yönəldərək deyir ki, bu hazırkı prezident Mahmud Əhmədinejadın seçki kampaniyasının bir hissəsidir. O deyir ki, keçmiş İran prezidenti Xatəminin nüfuzunu gözdən salmaq üçün belə videolar yayılıb və bu da Musəvinin reytinqinə təsir göstərə bilər.
Buna baxmayaraq cənab Rüstəmxanlı seçki kampaniyası zamanı verilən vədlərin heç birinə inanmadığını deyir. Onun sözlərinə görə, indiyədək hər prezident seçkisii öncəsi bütün namizədlər Təbrizə gedir, orada azərbaycanlıların İranın başlıca qüvvəsi olduğunu bildirir, “İran yatmış şirdi, Azərbaycan onun başıdı”, “Azərbaycan İranın başıdı, onu kəsmək olmaz” kimi şüarlar səsləndirir. “Ancaq hakimiyyətə gələndən sonra isə heç bir inkişaf müşahidə olunmur” - deyə millət vəkili bildirib. Sabir Rüstəmxanlı azərbaycanlıların seçkiləri boykot etməsini dəstəkləmədiyini dilə gətirib.
voa
Comments
Post a Comment