Sorğulandım
Sorğulandım
Ensafali Hedayat
Bu gecə bir adını-sanını bilmədiyim bir dostum, məni sorğuya çəkdi.
Burda, o sorğunu, azcaca əl aparmaq şərti ile yayıram.
Dostum, qoltuğuma qarpız verərək dedi:
"Çok bilginsiniz. Bizi bilgilerinizden mahrum etmeyiniz. ❤️🌹. Ben 12 yıl önce facebooktan size yazardım. Tüm programlarınızı izlerdim."
Qarpız işin gördü. Men, qurulmuş teleye, bir daha düşdüm.
Dostum əlavə etdi; "Sorularımı eskisi gibi, vaktiniz oldukça bizahmet cevaplayınız. Biz endişe içindeyiz. 😔. Sizler bize umutsunuz. Unutmayın. Benim sizden 3 sorum olacak."
Diqqətli olun. Məndən üç soru sormaq istədi haaa!
Dostum davam edir:
" 1. Sayın Çöhreganlı sizce niye keçici meclisi onaylamadı, Sayın Hidayet?
2. Siz niye yoktunuz? Siz ömrünuzü bu yola vermişsinizdir. (Buda ikinci qarpız).
3. Birde Piruz Dilenci beyin çok terhlikeli bir açıklaması var. Diyor ki Tahran Günay Azerbeycan değildir!!! Ne derdiniz bu mevzuda?"
Mənim cavabım: 1. Çohrəganlı cənablarının niyyətindən xəbərim yox. Zənnimcə:
1. Geçici məclisə çağırılmamış.
2. Rəyisliyə çağırılmamış.
3. Geçici parlımanla müxalif dir.
4. Bu məclisin işləyinə inanmır.
5. İran tərəfindən mi?
Ağlıma gələn, olabilən, olabilməyənləri yazdım. Ağlıma, o anda bu qədər gəldi.
İkinci sorunun cavabı: Məni kimsə çağırmamış. Bundan belə ki bu fikirin sahibi mənəm və 2007dən bunun üzərində yazıb, cızmişəm.
Cavaba diqqət etməmiş kimi görünür. "Yok güney azerbeycan keçici meclisi." diye yazdı.
Sonra Ejder beyı artırdı: "Ejder bey de vardı."
Həmən mənim qoltuğuma qayıdır ve mənə qaz verir: "Sizi cağırmamışlarsa çok yanlış yapmışlar, bence. En bilgin milliyetcilerimizin başındasınız." Dabanın basaraq deyir: "Kuşkusuz."
Menise, Pifuz bəyə bağlanan sözə geçərək yazıram: Tehran ya başka torpaqlar güclünün dür. Güclü olursunuz, sizin olar. Gücsüz olarsınız, üstündə yaşadığınızıda əldən verərsiniz.
Burada, üç soruda bitdi. Dostum, yeni sorulara başladı. Mene, özbaşına qaz vermirdi ki. Bu gündən ötrü qarpızladı meni.
Dostum: "Ama Tahran da hükümeti bir fars kurarsa, toprak bütünlüğünü savunarak, aynı Piseveri olmaz mıyız?!! Sizce?" yazdı.
Davamında "Ayrıca, bizim Tahran Ve Elborz vilayetlerinde 15 milyondan fazla soydaşımız nolacak?!!" dedi.
"Zor, qapıdan girərsə, hər şey bacadan çıxar", dedim ve "Zor", "Güc", "gücsüzlük" düşüncəmi ortaya atdım. Bəlkə sözü ala və məni boş buraxa. Ayaqlarımı uzaldıb, dincələm. Bundan dolayı, mən, cavabi qıssa kəsim ve yeni sorulara yer vermeyim diyə, tarixə giriş yapdım: "Pişəvəri zamanında millətçilik çox azmış. İndi farklı dır."
Sordu: "Sizce onlar bizim tek başımıza hükümet kurmamıza izin verirler mi?!!"
Məndən qıssa soru gəldi: Kimlər? dedim.
Cavabda yazdı: "Abd Tahrandaki fars hükümetini resmiyete tanırsa aynı Pişeveri durumunu yaşamazmıyız?"
Məndən cavab belə gəldi: Bizim zorumuz olursa, biz Tehrana və başqa topraqlara girərik. Başqaları qəbullanar. Başqaları isə güclü olursa, biz bacadan qaçarıx.
Dostum ortaya girərək "Tebrizi ,kazvini elde etmek çok zor bir iş değil. Daha dündü, Kürtler Uşnuyu ele gecirmişler. Önemli olan onun devamıdır" diye yazdı.
Mənsə Amerika Birləşmiş Devlətlərin (ABD) izin verib, verməməsinə dondüm və misal olaraq İraq və Türkiyədəki Kürtlərin durumu göz,önünə çəkdim: "ABD Kürdləri tanıdı, silahlandırdı, hakimiyyətlərin belə tanıdı, refrandumunda tanıdı amma güclü Türkiyə hər şeyi pozdu" düşüncəmi ortaya,qoydum.
Dostum isə Amerikanın farslardan himayəsində qalmış "Abd tahrandaki Fars hükümetini resmiyete tanırsa, aynı Pişeveri durumunu yaşamaz mıyız?" diyə sordu.
Mən "Güc" və Gücsüzlük" məsələsinə şahid bit canlı misalla yanaşdım "vaxtında, gücsüz Azərbaycan, Erməni işğalına boyun əydi. Bir neçə il sonrası, güclü Türkiye və Azərbaycan, Ermənilərə boyun eydirfilər" vurğuladım.
Dostum, hələdəki var farslardan çəkinir diyə "Tahrandaki Bir Fars devlet, toprak bütünlüğü ABDni yanına alarak, bahane edip, bize saldırırsa?" dedi amma dilə gətirəbilmədi ki bizim başımıza nələr gələr?
Bir neçə saniyə duraraq artırdı: "Pişeverini yerle yeksan ettiler." Demək istəmədi "bizidə yerlə yeksan edərlər" desin.
Dostum, dərdli kədərli durub, nəfıs almış kimi göründü, sonra bir acı cümlə jlə davam verdi: "Türkiye ve kuzey bu işe karşımaz, bence. Tahran bizim olmadan."
O söz ki üzlənib başında gəlməli idi, sonunda gəldi və mövzunun ağırlığını göstərdi.
Mənsə sözün baş alacağını yığmaq istirəm. Daha qıssa yazaraq, dostumu, ədəb, ərkanla sona dəvət edirəm: "Güc və güvsüzluyun tiorisinə diqqət edin" diyə, düşüncənin dibini göstərirəm. Niyə ki mən bu haqda çox uzun uzun danışmışam. Əyər dostum dediyi kimi mənim yazılarımı oxumuşsa ya danışıqlarımı eşitmişsə, mənim bu baxışından xəbərsiz olmamalı dır.
Dostum, mənim teorimlə mənə qayıtdı: "Ama o zaman güç farsta olur. Tahran onda (farsda) olursa, ABDde Farsa destek verir." dedi.
Doğru amma mənim sözümün canı budur ki "Güclü olmaq zorundadır. Gücsüz olarsınız, əzilibən aradan gedərsiniz."
"Türkiye ve kuzey bu işe girişmez, bence." dedi.
Mən dostumun Türkiyə və Azərbaycan cumhurluqlaına olan üstü örtülü tənqidinə dönük fikrimi açıqlamaq istədim: "Pişəvəri çağında Türkiyyə gücsüz idi. Azərbaycanda Ruslara bağlı ıdi."
Dostum mənfi baxaraq artırdı: "Şimdide bir nevi bağlı. Toprak bütünlüğünü dünya savunuyor. Ne yapacağız?! ABD kesin farstan yana olacak. Eminim."
Siyasətdə bu cür baxmaqda çox mühüm dür, məncə. Hər zaman müsbət baxarsansa, uduzarsan. Burdan dır ki dostuma haq parçası verirəm.
Mən, dostumun "topraq bütövlüyünə" qayıdaraq, yazdım: "Son hərəkətdə, Türk devlətləri, Arab devlətləri, Avrupalıların bir çox devləti, Amerikanın bir çox siyasətçisi və … İranın bir kaç millətli ölkəyə bölünməsini istirlər."
Dostumun tərsinə, Azərbaycan və Türkiyə haqda, mən fərqili görürəm. Son zamanların gəlişatına baxaraq: "Türkiyə və Azərbaycan cumhurluqları, Güney Azərbaycanın bağımsızlığına daha sıcak baxırlar" diyə düşüncəmi xatırlatdım.
Dostum, umudla dolu dur: Bakıyorumda, Tahran-da hükümet bizim olursa (ış çok gözel olur). Tahran bizim olmadıkça, iş olmayacak gibi görünüyor 😔. Fars hakimiyyeti Tahranda kurulmamalı. Kurulursa, bittik demek değil mi?! Bu sözlərlə, arzılarılə qorxuların düşüncə meydanına atır.
Şəklə dolu dur. Ondan dolayı, yazır "Bilmiyorum. Çok muğlak.
Daha qarpızlardan xəbər yox. Soru maşını işə düşüb. Gəldiyində sorur: "Sizden bir sorum olacak."
Mənim cavabımı və durumunu gözləmir. "Biz niye Tahrana çok odaklı olmayalım, Gücümüzü toplarsak bitmez mi iş? Orası merkez.Türk nüfüsu da çok." Sorarak, cavabında verdi. Bəlli ki qəsdi soru sormaq deyil. Fikirini mənə yetirmək dir. Mənim baxışımı dəyişdirmək dir. Məni dəyişdirmək istir.
Nə etməliyəm? Qarşısında durum? Sözlərin, eşitməməzlikdən tutum? Daynasor olum və mən düşüncəmi küçədən tapmamışam ki dəyişdirim, deyim? Yoxsa daha diqqətli qulaq asmalı və öyrənməlilər varsa, qəbul etməliyəm? Deyişmə açıq olmalıyıq? Deyişmə açıq olmazsam, yıxalanmış beynımı necə azad edəbilərəm? Bilirəm ki beynimdə olanlara təəssübüm var. Təəssübdən qurtarmaq və azadlaşmaq, dünyanın ən Zor və çətin işidir. Niyə ki beynimizdəkilərlə kişiliyimiz və kimliyimiz, şəxsiyyətimiz formalaşmış. Onla qaşı qarşıya duraraq, bizi şəkilləndirənlərlə qarşılaşarıq. Bu, içimizdə bir dava ulaşdırar. Bu dava, geçmişə olan təəssüblə, yenilər arasında bir savaş dır. Onlar dünyanın davranan çarxın dəyişdiriblər ki içlərindəki təəssüblələ qələbə çalıblar. Çün dünyanı yeni baxışlar deyışdırıblər. Köhnə baxışlarda deyışım qüdrəti olsaydı, dünya dəyişim halında olardı. O halda ki köhnə təəssüblər dünyanın çarxın dayandırıb ta bir qurumun və kimsələrin mənafeyin və qazancların saxlasın.
Dostuma qayıtmaması, dedim: Güclü və gücsüzlük məsələsi dir.
Sorulardan yorğun olduğumu göstərəcək "50 soru oldu" dedim.
Bir cavanla mənim yerimə mıxladı "Vatan aşkıdır Sayın Hidayet." Sonra, qarpızları qoltuğuma verməyə başladı: "Bütün Programlarınızı izlemişimdir. Neler öğrenmisiz sizlerden.
Mən burada, dostumun o sözünə dönürəm ki "Biz niye Tahrana çok odaklı olmayalım, Gücümüzü toplarsak bitmez mi iş?" demişdi və yazıram: "Arzi, təkbaşına bir şey deyil. Güc olursa, arzular doğrulaşar, yaranar. Güc hər şeyi çözməyə qadir dir. Prezident İlham Əıiyev cənablarıda buna barmaq basmış."
Dostum, genə Tehran və Kərəc Türklərinə qayıdır, "Aynen. Ama siz düşünün, bunu Tahran, Kerecdeki bir Türk kabullenir mi?!! Orası çok tehlikeli. Onlar Farsta kalsınlar, bizse Güney Azerbeycanda. Qardaşı qardaşa boğuştursunlar."
"Baxın, mən Günaz TVdən də demişəm. Sabah, hərkəsin gucu çox olursa, haracan atın sürürsə, surər və o topraqlara sahib çıxar. Bu sözü Amirahmadi və Nasir Karami-nin olduğu proqramlarda da demişəm."
Yəni, güclü işğal edər və işğal gücü ilədə işğalı məşrulaşdırar. Gücsüzlərə etiraz,belə edəməzlər. Etməyə gücləri olmaz. Güc, qanun dur. Qanunu yaradar. Gücsüz isə, qanunlara uymaq zorluğundafır.
Mənim sözümü çürütməyə başladı "Aynen, demişsinizde ama ikinci Karabağ Trajedisini yaşaya biliriz. 15 milyondan artık bir nüfüsümüz Fars elinde qalırsa, çox tehlikeli. Hakimiyeti kastediyorum." Yazdı.
Mən isə, daha İrandakı türklərin yalnız olmasına inanmıyaraq dedim "İndi, güclü Türkiye və güclü Azərbaycan Cumhurluqları var. Türklər bu iki dövlətə fəxr ilə baxırlar. Türklərdən əlavə olaraqda, Farslar, Kürdlər, Arablər, Bəluçlar, Giləklər, Mazənilər və … belə Türkiyənin pasportunun həsrətin çəkirlər."
Dostumun "amma"sı, "əyəri" dalbadal gəlir: "Çekirlerde. Söz konusu İransa, durum fark ede bilir. Bir Pehlevi Ve Paniranist gerçeği var. Mahmut Bilgin beye senatorlar demişler ki Biz size İran Çerçevesinde Güney Azerbeycan tanıya biliriz. Aksi taktirde karşıyız." dedi.
Mən sinatorların sözünə istinad,edərək "Buda bir addım dır. Karşı çıkmamalıyık." Dedim.
"Nasıl yani?" Sordu.
Dedim: Onlar bağımsız Azərbaycan üçün nə istilər? O fiyatı verəlim, bağımsızlığımızı alalım.
"Yeni ne tapsax qazancdir." dedi.
Mənim düşüncəm Güclülük dür: Siz güclü olun. Güclüləri də yanınızaa alın. Nədən farslar ABDnı yanlarına alsınlar da, biz almiyalım? Məyər, biz siyasəti bilmirik? Yoxsa güclü və gücsüzləri tanımırıq? Yoxsa anti ABDəyiz? Yoxsa milli qazanclarımız üçün ən güclülərlə yolbir olmalı və bərabər yürüməməliyik?" diyə soraraq, solçulara barmaq uzaldaraq yazdım: Biz, solçuların tələsinə düşməməlidir. Anti Amefika olmamalıyıq.
Burada, güpünü indirərək "Farslar ABDyə nə verərək, onun himayəsin qazanırlar? Biz nədən onu ABDyə vermiyəlim? Nədən ən böyük gücü yanımızda tutmiyəlim ki? sordum.
Cavabımda "Abd bir birleşik Türk dünyasını istemiyor!" Dedi.
Mənim cavabım yenədə GÜCdən gəlir "Zorlu olursan, zorsuzlardan istəmək gücündə olarsan. Gücsüz olursaq, biz, zorlunun istəyinə boyun əymək zorunda qalarıq." daha çox açıqlamaq üçün artırdım.
İsrarla və tikrarla "O zaman Tahranı ve ya Hakimiyeti ele geçirmeyi düşünelim ki Güney Azerbeycana erelim. Çoxu tut, ne tapsan qazancdır. Yoxsa Güney Azerbeycan da bize yetişme." dedi.
"Özüzü gücsüz sanırsak, her ne verseler, qənimet dir. Güclü olursak, oyunu biz Türklər kurar ve başkaların, bizim oyunu qebul etmek zorunda buraxarız. Buna şahid, Qarabağın işğalı ve 44 günlük azadlık savaşı dır ki Rus, Fıransa, İran, filistin, ve ... Minsk kimi devletler ve qurumlar bir ış göremediler. Nədən? Güclü Azərbaycan və Türkiyə vardır ki istədilər və dünya onların iradəsinə boyun eydi." yazdım.
"Aynen öyle "dedi.
Burada Güney Azərbaycan Türklərinin üstündə durmağı səlah görmürəm diyə "İranda Qəşqay, Türkəmən, ve diger Türkləri ayıltmaq ve bu hərəkətə qoşmaq gərəkir ta sopamız daha güclü olsun." yazdım.
Dedi: Aynen. Biz bunları Tahrana yurudursek, hakimiyeti ele keçire biliriz. Az değiliz. En azı 35 milyonuz. Fars Tahranda hükümet qurmamalı. Heçbir şekilde. Getsin İsfahana. O zaman kesin Güney Azerbeycan istiklal alır. Diğerleri de öyle.
Mən bir Türkçü olaraq unutmamaliyam ki "Birdə Farsistan dediyimiz bölgələrdə Türk nufusunu diqqətə almalı. Onlar bu gün sakit və fars yanlısı görünəbilir amma yarın, Türk ayağa qalxırsa, Tehran, Kerec, Qum, ve ... Türkleri ürəklənib, ayağa qalxar. Niyə? Çün, diqqət etməli dir ki Tehran, Qum, Kərəc və … Türk düşüncə mərkəzidir. Esas Türk düşünürləri, basın-yayın evləri, ocaklar, dinsəl kuruluşlar, və ... oradadırlar və bir cür orgütlənmışlər. Ermənistanın, Qarabağ işğalına qarşı Tehranda hərəkət oldu mu yoxsa Təbrizdə mi?" varlar və onlarsız, tamam hərəkətlərimiz yarımçıq qalar.
Cavab aldım: Tehran da. Tehran tam bir Türk sehridir. Tebrizimiz sembolik olarak Türklük simgesidir.
Mənisə "Tehrandakılar, Farslığa qarşı çox ciddi dayanışma aparırlar. Üçüncü nasıl belə Türkcə danışır." dedim.
Sevinərək cavab verdi: O zaman zafer bizimdir. Tahran dan günde 15 veya daha cok uçuş istanbula gerçeklesir. Ankaraya da var ve Bakü ne bilim İzmir. Tahranda şimdi en cok calışan dil kursları Türkcedi. İstanbul Türkçesi. Bu çok çok önemli. Herkes Türkiye izliyor.
Məndə dostumu təsdiq etmək amacı ilə "Türkiyədə ve Azərbaycanda ev alanların bir çoxu, bu gün, Farsistan adlanan yerlərdən gelen Türk kökenliler dirler" dedim.
Sevincək "İnanın, yemin ederim, kuzey medyalarından çok Türkiye medyaları, sabahtan akşama kadar izliyorlar. Tahran ve kerecde. Diğer bölgelerimizde hakeza. Zafer bizimdir. 😊❤️🌹
Bu sözlər qurtarar qurtarmaz Xəlxali mevzuduna girdi. Mən yazmaqdan yoruldum. Başqa bir zaman onü, bu yazıya argırram.
İnsafəli Hidayət
Toronto, Kanada
14.12.2022
Comments
Post a Comment