Saturday, November 14, 2009

Fətva: Hər İranli Turk ki ozonon şərii və qanoni haqlarının yolonda olə, Şəhiddir



Fətva:

Hər İranli Turk ki ozonon şəri və qanoni haqlarının yolonda olə, Şəhiddir


Əşağada İnsafəli Hedayət-in, Ayətollah Hoseynəli Montəziri-yə xitabən yazdığı məktubu, 9 sorusu və o Ayətollah-ın fatvaları gəlir.


Yazının en sononda, fatvalarin şəkilin yer alıb:


Salam olsün İranın şüca ve boyok Ayətollahına: Ayətollah əl-ozma Montəziri damət bərəkatoh və ifazatoh


Mən İranli Turk qazetəçi: İnsafəli Hedayət-əm ki 13 – 14 yaşımdan məhzərizə iradətim varıdı və var. Mən sizi din adamlarının ən boyoklərindən tanıram vı sizi təhsin edirəm.


O zaman ki mən Fəqihin Motləq Vilayətinin zindanındaydim, ayiləm sizing mali və mənəvi yardımızdan faydalanmışdir. Biz sizing işizin qədrini bilirdik və bilirik.


Bir moddətdir ki sizin adniza bir fətva internet sitələrində yayılır ki mən və İran Turkləri və hətta bir çox Azərbaycan Cumhüriyəti və Turkiyə Cumhuriyəti Turkləri, ono gorob və zoq ediblər. Şoqa gəliblər. Onların vucudunda yeni Umud çıraqları yanir ki İslamın alimləri, Ərəblər və Farslardan ğeyri mosəlmanlarada iltifatları var və onlarında haqlarından difa edirlər.


Ocor ki bilirsizniz, İran Azerbaycan və Turklərinin boyok hissəsi və Azırbaycan Cumhuriyətinin xalqı moslom və on iki imamçıdılar. Bilirsiniz ki Səfəvilər bir Turk silsilədi ki bu dini İranda rəsmi etdilər. Turklər bu dinə və İrana yozlər min qorban veriblər.


Tamam o qərnilərdə ki Turklər iranın mərkəzi hükümətinə hakimidilər, heç bir xalqin dili və kültoronə hiqarət olmadı. Turklər devrində İran bir corə İyalət və Fedral şəkilində idarə olonordo. Məmləkətin hər guşəsində, hər kim ozonə ayid enenələr, rəsmlər, Danışıq və yazi dilləri varıdır. Turk hukumətləri və Turklər heç cəhd etmıdilər ki İranin Turklərden sivayki xalqılarin dillərini Turkiyə çevirsinlər ya o xalqıları, Turk kültorondə zob etsinlər.


Amma Riza Şah devranından ki İranın hükomətin Farslar mərkəzdə ələ geçirtdilər, Məmləkətin idarəsini, İyalət və vilayət şəklindən çığardıb, mərkəzdən idarə etməyə çevirdilər. İranda qanun, dil və modorlok (mənicerlik) birliyin və İranın tamam xalqılarının manafeyinin yerinə, Fars tayfasının (ethnic) mənafeyin otortdolar.


Bu zaman içində, indiyə dək, Farslardan ğeyri digər xalqıların, xosusən Turklərin yazarlarına və qələm sahiblərinə, izin vermədilər ki oz uşaqların və camiyələrin oz kültürlərinə və mədəniyyətlərinə (təməddonlərinə) dayanaraq tərbiyət edib və boyotsonlər.Uşaqlarını oyrətmək haqlarını onlardan oğorladılar.


Turkləri, Turkəmənləri, Giylanlılari, Mazəndəranlılari, Kürdləri, Ərəbləri, Bəluçları və … oz danışıq və yazılarında məzhəkə etdilər. Onların ozlərini, Kültor və tarixlərini təhqir etməyə çalışdılar. Çalışdılar ki onların balaları oz kültür və tarixlərindən biganə olsunlar.


Bilə bilə, bu millətlərin; xosusən Turk millətinin boyok adamlarına və tarixi hadisələriynən ilgili, kitablarda, dərsliklərdə, Məktəblərin porogramlarında, Universitetlərdə, elm və təhqiq mərkəzlərində, qazetlərdə, Radyo və tilvizyonon araşdırıci poroqramlarında, onlara layiq olan yer verilmədi.


Eylə bil ki bucor millətlər nə İranın geçacağinda variymiş, nə də indi vardılar. Ocor oldu ki, o zaman ki İranın Turkləri universitetlərdən dərəcə alırlar, heç bir şey oz dillərinə, Tarixlərinə, Təməddonlərinə (mədəniyyət) və geçacaqlarına gora bilmirlər.

O zaman ki ozlərinin adlım adamlarının qəbirləri ustunə toplanırlar, hədə-hərbə və qorxonc hesaba gəlirlər. Məmurlar onları doyorlər. Tutuqlorlar. Həbsə salırlar. İşkəncə verirlər. Onları vəkilsiz mohakimə edirlər. Hətta belə edam da edirlər. Amma İranın hamı istiyənləri, Fars mehvərli partiyalar və toplomlar, Siyasətçilər, İnsan haqlarına çalişanlar, Yazarlar, Qazetəçılər və … sakit olorlar.

Eyləbil ki devlətin haqqıdır ki Turkləri, Turkəmənləri, Kürdləri, Bəluçları, Ərəbləri, Lorları, Giyləkiləri, Mazəniyləri, və … vorsun. İşkəncə etsin. Həbsə salsın. Edam etsin. Təhqir etsin.

Məzhəkiyə tutsun. Eylə bilki o xalqlar, İranlı deyirlər. İrana Farslarınan şərik deyirlər. Bəlkə Bərdə (alınmış adam- qul) və möstəmirədilər və Gərəkməz ki etiraz səsləri çıxsın.


Buna gorada, İrançı siyasi cəmiyətlərin heç biri bu məhbuslardan və işkəncə qorbanlarından himayət etmirlər. sakit oloblar. Hamısi, Hakimiyyətdə olanlara tay, “Milli Emniyyət” və “Bolocolok” xiyalinın qorxosonon altında gizləniblər.


Devlətdə Farsların, Turklərin İrandan ayırılmasından qorxolarin və qorxonc xiyallarından sui- istifadə edir və Farslardan ğeyri xalqıların mədəni, kultürül və siyasi çalışqanlarin, bölocoloyə mottəhəm edir. Onları Pan-Turkismə mottəhəm edir.


Nəzərə gəlir ki Turk kultürü, Dili, Tarixi, Təməddono, Musiqisi, Şeri, Ədəbiyyatı, Ədəbi adamları, Tarixi şəxsiyyətlərinə, Maraq gostərmək ya o bolgənin iqtisadiyyatına, xalqının yaşayışının rahatlığına, və devlətin o yerdəki siyasətlərinə diqqət etmək ya xod, devlətin o siyasətlərini tənqidə çəkmək və onlara etiraz gostərmək, cormdor. Gərəkməz ki Turklər oz tarix, Kultorol və mədəni varlıqlarina maraq gostərsinlər.


Yerinə gərək ki Pan-Farsist olsünlar. Yalniz, Farsların olob-olmamazlarına diqqət yetirsinlər. Onları oyrənsinlər və onlardan difa etsinlər.


Bu o haldadır ki İslamda, Əsasi Qanunda və normal (cari) qanunlarda bir maddə ya qanun yoxdor ki Pan-Turkism və Turkon kultürül və mədəni varliğına məzaəf əlaqə və marağı, corm gostərsin. Amma devlət, əmniyət idarələri və məhkəmələrin hakimləri, onları oz xalqlarına və kultorlərinə oldoğo məhəbbətə gora, mottəhəm edırlər. Oləmanın və İnsan Haqları öcon çalışqanlarin sokutu altında, onlara işkəncə verirlər. Onları mohakimə və edam edirlər.


Bunlan beylə, bu xalqın çox hissəsinin İrandan ayrılmağa meyli yoxdor. Amma inkar etnək olmaz ki Pan-Farsist devlətin və Pan-Farsisitlərin ləcbazliqi əsərində ki İran Turkləri və digər xalqlarının haqların, ğəsb ediblər, İrandan ayrılmaq fikri, bu xalqin yeni nəsilinin ortasında sorətilən irəlilir.


Bu cavanlar, din və dinin məqamların, Devlət və devlətin rəsmilərin ki İslam və Şiyə hukuməti adina zolm edirləri, bu zolmoləri sorənlər, tanırlar ki Farslardan ğeyri xalqılara olan ədalətsizliyin qarşısında sokut edirlər. Ona gorada, bu zolmolərdən qortarmağın yolono, mostəqillikdə və İrandan ayirilmaqda axtarırlar. Amma agər din alimləri və devlət onların istəklərinə iltifat etsələr, və Əsasi Qanunun icra olmasına izin versələr, Turklərin, Kürdlərin, Ərəblərin, Bəluçların və … istiqlalçılarinin silahları əllərindən alınar.


Sevinməlidir ki siz o fətvada, Əsasi Qanunun 15 və 19ci əslilərinə istinadən, Əsasi Qanunun icrasını və Turklərin dillərinin oyrətməsini istəmisiniz və onların haqlarından modafiyə etmisiniz.


Əyər vaxtiniz olsa və internet sitələrində axtarəş etsəniz, gorəcıksiniz ki sizin o məktubunuz və fatvanızdan nə qədər, istiqbal olob. İndiyədək beylə bir şey İran və Donya Turkləri arasında goronməmişdir.


Bu sizin siyasi, zəkavət və xalqın haqlarına olan əlaqənizi gostərir ki siz insanların arasında olan ixtilaflar: Tayfa, Irq, Dil, Kultür, Rəng və tarix kimi şeylərə baxmırsınız. Adamlara, bu dəlilə gora ki adamdılar, dəyər verib və hormət gostərirsiniz. Insanların hər movzuda: İnsan Haqlarında, Oyrətimdə, Kitab və Mətbuat yayımında, hər ırqın ozonə ayid olan milli və tayfa kimliyinin barabərliyin qəbul edirsiniz. Bu da size, devlətdən gəlirləri olan oləmadan üstünlüyünüzü gostərir ki yeri var onlar sizdən təqlid etsinlər.

Aşağıda bir neçə soro ortaya atıram ki ömidim var sizdən cavab alam:


Birənci soru: Aya o yazənı cənabınız yazmısınız?

Ayətollah Montəzerinin Fətvası: Sizin məktubun cavabını ozom vermişəm və dəftər (office) ono, tayp və gondərməyə məsuldormo.


İkincı soru: Din baxımından, əcəba, Əsasi Qanunun icra olonmaması, o cömlədən; Farslardan ğeyri millətlərin ozlərinə ayid məktəbləri, universitetləri, dil, tarix və sosyal movzularda təhqiq mərkəzlərinin olmamasından məsuliyyət geçmiş 30 ildəki məsulların boynunda varmı ki bu millətlərin haqlarını danıblar və danırlar.


Ayətollah Montəzerinin Fətvası: Hər kim millətin cor bə cor sınıflarının, təbəqələrinin (class) və ırqlarının haqlarının təmin və icrasında əsirgəsə ya ılindən gələni yerinə gətirməsə, boyok allahın yanında məsuldormo.


Uçonco soru: O adamlar ki hokm verirlər ta turk millətinin koltorol, dil, tarix çalışqanlarin, məktəblər və universitetlərdə turk dilin oyrıtməyə çalışanları tutuqlasınlar, sorqulasınlar, Həbsə alsınlar, İşkəncə versinlər, ya onları oldorsonlər, o adamların nə hokmo var? Onlar ki xalqın ziddinə əmir verirlər ya onlar ki o əmirləri icra edirlər, millətə xidmət edirlər ya xiyanətkardılar?


Ayətollah Montəzerinin Fətvası: Gonahsız adamları; hər tayfa və sinifdan ki olalar, tutuqlamaq, sorqulamaq, Həbsə almaq, işkənciyə məruz qoymaq, hələ qalsınki oldormək, boyok (kəbirə) gonahlardandır və xiyanətdir.


Dordoncu soru: Əcəba, din, qanun, əmniyyət və Fars dilin qoromaq adına, Turk millətinin ictimayi, ədəbi, incə sənətləri (arts), insan haqları çalışqanları, qazetəçiləri və yazarlarına olan zorakılıqları, şərii və qanuni olabiləmi? Əcəba, din və dinin qaynaqları, Farsıdan başqa dillərin, o jümlədən Turk dilinin oyrətməsi və yaymasilən moxalifdirmi?

Ayətollah Montəzerinin Fətvası: Hər corə basqi, nəsihət verənlərə, ürəkləri yananlara və o admlara ki ozlərinin şərii və qanuni haqların istirlər, din, qanun və əmniyyət adına, gönah və cormodor və din olçülərinin xılafidır.

Beşinci soru: əcəba, İranın Turk xalqı və ozlərinin tarixdəki qəhramanlarına və azadlıq yolonda mobarizə aparanlarına; Babək Xorrəmdin, Səttar xan: Milli Sərdar, Baqır xan; Milli Salar kimi qəhrəmanlar ya Profesor Mohəmmədtəqi Zehtabi; Azərbaycan tarixi və kultürünün adlım mohəqqiqi və Səməd Behrəngi kimi insanların əlaqəsi (maraqı) olanları, onların məzarları üstündə toplanmaq, dinin usulu və çarçivəsilən moxalifmidir? Aya keçmişə tay, devlətin məmurları, eliyəbilərlər ki din və qanun adilən ocor yerlərdə toplanan adamlarınan pis rəftar etsinlərmi? Onları tutsunlarmı? Həbsə alsınlarmı? və mohakimə etsinlərmi?

Ayətollah Montəzerinin Fətvası: İran millətinin azadlıqı yolonda mobarizə aparan insanlardan təclil etmək, çox yaxşı bir işdir, həm dininimizin həmdə xalqımızın təsdiqindədir. Fərq etməz ki hanki tayfadan ya ırqdan olalar.

Altınci soru: Əcəba Turklər ozlərinin qanundaki haqlarını berəpa etmək yolonda və İranın Turklərinin əsasi haqları uğurunda kı devlət həmən qanunları icra etmir və Turklərin haqların rəsmiyyətə tanımır, əgər bu yolda və hükümətin əlində ölsələr, onların hokum nədirmi?


Ayətollah Montəzerinin Fətvası: Hər bir adamın və hər bir toplomon (cəmiyyətin) şərdə və qanundaki haqlarından modafiyə etməyi, milli və dini bir borcdor (vəzifədir) və hər kimsə oz din vəzifələrinin yolonda donyadan getsə, allah yanında əcirli və savablı olacaqdır.

Yeddinci soru: Mosəlmanların vəziyfələri (məsuliyyətləri) tutulanların həyat yoldaşları və onların uşaqlarının yaşayışın təminatı uçun nədirmi?

Ayətollah Montəzerinin Fətvası: Məhbusların, xüsusən siyasi məhbusların və onlar ki oz haqların əldə etmək yolonda məhbus oloblar, onların ayılələrinin mali və ruhi doromona yetişmək, din, Vicdan və əxlaq borclarıdı və hami onlarin onondə məsuldo.

Seggizinci soru: Əcəba momkondor ki onların yaşayışları, şərii pullardan təmin olson? Aya mömünlərin şərii pulların bu məqsəd uçun toplamaq olarmı?

Ayətollah Montəzerinin Fətvası: Bəli. Əgər şərii ehtiyacları olsa, imkanı var ki şəriyyə pullardan onlara komək olunsun. Və hər morid (case) uçun izin intənilsinlər ta izin verilsin.

Doqqozinci soru: Əcəba (Aya) momkondor o adamlar uçun ki millətin ğəsb olonmoş haqları, Əsasi Qanunda adı gəlmiş qanunlar, kültür və tarixi ehya etmək (diritmək), Azərbaycan millətinin balalarının məktəblərdə və universitetlərdə Turkuno oyrənmək haqqi uğurunda olənlərə ya zənn olor ki hukumətin əliynən oldorolənlərə, Şəhid demək olarmı?


Ayətollah Montəzerinin Fətvas: Bəzi rivayətlərə əsasən, hər kim oz malından modafiyədə olsə, şəhid əcri aparır. Bəs, əgər ozonon şərii və qanuni haqlarından difada oldorolsə, hətmən şəhid əcri aparar.


İradət və Hormətlərilən

İnsafəli Hedayət

Abanın yeddisi 1388

(Əsli yazıda, səhvə gora, tarixi 1378 yazılmış)


Ayətollah Montəzeri: İnşa allah movəffəq olasız

15/8/1388

Hoseynəli Montəzırı

No comments:

Post a Comment

دوشونجه‌نین شرطلری

دوشونجه‌نین شرطلری بورادا، "دوشونجه"، "فیکیر" یا "فلسفه"نین شرایطی حاقدا دانیشدیم. نورمال، گونده لیک فیکیرلشمه...