900 ildən sonra Nizami Gəncəvinin kitabi sansura məruz qaldı
Nizami Gəncəvinin “Xosrov və Şirin” şer kitabi 900 ildən sonra İranın sansur qılıcinin altına alındı. Xəbər, İranın içində nəşr olan qazetlər və xəbər ajansıları o cümlədən pasdarlara bağlı olan “Mehr Xəbər Ajansı”, islahçılara bağlı olan “İbtikar” və “Mərdomsaları” gündəliyi tərəfindən yayılıb.
İranlılar Nizami Gəncəvini, Azərbaycanlı və Türk yox, bəlkə bir İranlı tanirlar və onun şer mənzumələrinin məktəblərdə və üniversitələrdə oxurlar. Təkcə “Peydayiş nışr evi” 7 dəfə Nizaminin “Xosrov və Şirin” adlı mənzuməsin çap edib və istirmiş ki 8 inci dəfə üçün, onun zahirin deyişdirsin və yeni şəkildə bazara versin. Buna əsasən “İranın Kultür və İrşad Nazirliyi”ndən nəşr izni almaq istir. Əlbəttə ki İranın rəsmi sansur nazirliyi Nizaminin “Xosrov və Şirin”inin çapilə bir şərtlərə üzərinə muxalifət göstərmir.
Fəriba xanım Nəbati; “Peydayiş nışr evi”nin müdürü ki İranın medyalarına deyib: Bizdən istədilər ki Nizamiyə tutulan iyradları deyişək.
Fəriba xanim İradların birinin barəsində belə deyir: Nizaminin şeri mənzuməsi
nin bir hissəsində belə deyilir:
“Ləbi şəkərinin varıdı bir badə südü
Verdi əlinə ki bunu mənim adıma iç
Cavanmərd aldı südü şirin əlindən
Necə deyim şirin şəkər kimi başə çəkdi
Niyə ki şirin kimi həmağuş saqilə
Süd ki heş zəhər olasa belə nuş olar
Məst kimi meyin badəsin boşaltdi
Çün məclisdən getməyə qərar verdi saqi”
Fars dilində belədi:
«شکر لب داشت با خود ساغری شیر
به دستش داد کاین بر یاد من گیر
ستد شیر از کف شیرین جوانمرد
به شیرینی چه گویم چون شکر خورد
چو شیرین ساقیای باشد هم آغوش
نه شیر ار زهر باشد هم شود نوش
چو مست از جام می نگذاشت باقی
ز مجلس عزم رفتن کرد ساقی»
Nəbati xanım deyir ki Kültür və İrşad Nazirliyi bizdən istədi ki “Məst kimi meyin badəsin boşaltdi” bəndi (7 inci bəndi) ortadan qaldırax.
Nəbati əlavə edir ki “Xosrov və Şirin” Farsısının 135 səhifənin 14-inci sətrində olan “qucağa almaq” kələməsi “silinsin” deyiblər. Burda macəra bundan ibarətdir ki Xosrovo yuxudaykən oldürüblər və Şırın onun başı üstünə gedib, cəsədin qucağına alıb və ağlır.
O əlavə edir ki 45-inci səhifənin 1,2 və 3-ncü beytlərindən “xanımların rəqsi” kələmələri ortadan götürülsün. Bundan əlavə; 62, 81 və 82-inci səhifələrdədə “xəlvəte getmək”, “qucaq” və“əl tutmax” kələmələri “qaldırılsın” deyiblər.
Deyirlər: Riza Şahın sansur idarələri savadsız bir adamlarla idərə olurdu. Hafizin divani ki İranın Fars dilində ən adlım qəzəl şayir və divanıdı, çap üçün o idariyə gedir. Sansurçu onu oxur və hər yerdə “Riza” kələməsilə raslaşır, onu silib və məsəla “Qurbanəli”lə deyişdormək istir.
Nəbati xanım əlavə edir ki bucör işkallarla adamda kultürdə işləməyə marax qalmır.
*** *** *********** *** *** ***
Comments
Post a Comment