150 Urumiyyəli həbsidən azad olblar





Ğərbi Azərbaycanın paytəxti: Urumiyyə şəhərindən xəbər gəlir ki bu şəhərdə və Urmu Gülünün qurumasilə əlaqədə olan etiraz numayişlərində tutuqlananlardan 150 nəfər azad olublar.


Bu xəbər rəsmi və müstəqil xəbər ajansları tərəfindən təsdiqlənmeyib və İranın rəsmiləri bu barədə sukut ixtiyar ediblər amma Şərqi və Ğərbi Azərbaycan radio və tilviziyalarında tutulanları “ərazıl və obaş” ya əskik diyə həhqir edir. Digər tərəfdənisə, Azərbaycanlı siyasi, mədəni və muhit fəalları iddia edirlər ki Aqustosun 27-dəki etiraz numayışlərində 300 əlavə tutuqlanmışdılar.



Azərbaycanlı Siyası Məhbuslardan Mudafiə Təşkilatı: ADAPP, bir bəyanatda iddia edib ki həmən etirazlarda 3 nəfər öldürülüb. Elanda ölənlərin adların vermeyiblər amma Faxtə xanım Zəmani Fars dilində BBC radiyosuna deyib: olabilsin ki gələn günlərdə ölənlərin birinin ayiləsin məlumat almax üçün razı salax. Qeyd olur ki bəzi Azərbaycanlı fəallar, bu etirazlarda bir xanımın uşaq salmasın iddia ediblər.



ADAPP-da digər xəbər mənbələrinə tay iddia edib ki Urmu polisi yaş gətirici gazdan, güllədən və supadan, əhalini dağıtmaq üçün istifadə edib. Iddia olunur ki tutuqlananların bir hissəsi, yaralananlardı ki bimaristan (xəstəxanada) dava dərman olarkən tutuqlanıblar.


Fıransada olan Səyid Peyvəndi: İranlı sosyoloq iddia edir ki “Urmu Gülü Şərqi və Ğərbi Azərbaycanlılar üçün hoviyyət və kimlik məsələsidi və bu etirazların kokün siyasi və ictimayi mevzuilarda tapmaq olar.” O əlavə edir: Buna goradır ki olar bu şiddətlə reaksiya göstərirlər. Niyə ki Azərbaycanlılar ədalətsizliyin qarşısında fəryad çəkirlər.



BU arada İran Azərbaycanlıları çalışırlar ta gələn Şənbə günü Aqustosun 3 və Şəhrivərin 12-də İran Azərbaycan şəhərlərində aksiyalara davam versinlər. Olarda bu umud varidi ki Mahmıd Əhmədinəjad: İran prezidenti Ğərbi Azərbaycana etiraz numayişlərində sonrakı səfərində, Urmu Gülünə su gətirmək projəsinə dixalət etsin amma İran prezidenti bu etirazları və habelə Təbriz şəhərində onlar min futbol tərəfdarlarının “Urmu gülü canverir- Məclis onun qətlinə fərman verir” etiraz səslərin eşitmədin miki tutduğu movqe, Azərbaycanlıları reaksiyanın davamına çağırır.



*** *** *** ** *

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر