آذربایجان، برای کویر نشدن به خیابان ها آمده است Azərbaycan, səhra olmamaq üçün xiyabanlara gəlib


03 Sentyabr 2011, Şənbə

Təbriz və Urmiyədə minlərlə azərbaycanlı aksiyalarda iştirak edib (əlavə videolar və məlumatla)

Təbriz və Urmiyədən başqa Azərbaycanıların yaşadıqları başqa şəhərlər də, o cümlədən Ərdəbildə də nümayişlərin keçirildiyi bildirilsə də Amerikanın səsi bunları hələlik müstəqil mənbələrdən təsti edə bilməyib.


Insafəli Hidayət

Təbrizdən aldığımız xəbərlərə görə bu gün minlərlə insan Urmiə və Təbrizdə küçələrə axışaraq Urmiyə gölünün qurumasının qarşısını almaq üçün parlamentə verilən qanun layihəsinin rəddedilməsinə etirazlarını bildirib Urmu gölünün xilas edilməsinə çağırıblar. Təbrizdə əlaqə saxladığımız nümayiş iştirakçıları küçələrdə adamdan dəfələrlə çox təhlükəsizlik qüvvəsi olduğunu deyiblər. Onlar rəsmi paltardakı polis dəsdələrindən dəfələrlə çox mülki paltarda polislərin küçələrdə keşik çəkdiklərini deyiblər.




Nümayişə təşəbbüs edənlərin bir hissəsi polis tərəfindən döyülüb. Yüzlərlə adam yaralanıb. Yüzlərlə adam isə saxlanıb. Şənbə günkü nümayişlərin qarşısını almaq və əhalini dağıtmaq üçün Tehrandan Təbrizə dünən xüsusi təyinatlı qüvvələrin göndərildiyi deyilir.


Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر