İran parlımanı Azərbaycanlıların sayın 10 milyonda demədi
İran məclisinin 9 inci seçgisi üçün, iyalətlərin cəmiyyət nufusu elan oldu və bu elan səbəbinə İran Azərbaycan əhalisinin nufusu 2011 (1390) ildə 9 milyon 353 min 791 nəfər oldu. İyalətlərin nufusu əsasdada İran məclisinə seçilən numayəndələrin tedadına 19 numayəndə əlavə oldu.
Parlımanın 290 numayəndəsi varidi ki Tehran iyaləti 38 numayəndeylə ən başda gəlirdi. Sonku yerlərdə Şərqi Azərbaycan, İsvahan və Xorasani Rəzəvi hər iyalət 19 millət vəkililə yerləşmişdilər. Bulardan sonra Fars iyaləti 18 numayəndə sahibidi. İran Azərbaycanının digər: Ğərbi Azərbaycanın 12, Ərdəbilin 7 və Zəncan iyalətinin 5 numayəndəsi var.
Muasir devranda, 1335 (1956) ilində İran əhalisinin nufusu sayılmışdı və İranın 18 milyon 954 min 704 nəfər nufusu varidi. O zaman Tehranda 1 milyon 560 min 934 nəfər sakinidi. Ondan sonra Təbriz ikinci yerdə dururdu və Məşəd, İsvahan, Abadan, Şiraz, Kirmanşah, Əhvaz və Rəşt şəhərləri tərtiblə sonrakı yerləri tutmuşlar. Amma 1345 (1966) ilin nufus sayında Təbriz, Tehran, İsvahan və Məşəddən sonra dördincü yerə yendi və hələ ki var dördincü məqamdadi.
Aşağadaki listədə İranda olan rəsmi Azərbaycan iyalətlərinin nufusu sayı, İran parlımanı tərəfindən elan olub. Bu o haldadır ki bəzi siyasi sitələr və Azərbaycanlı siyasi fəallar İran Azərbaycanlılarının nufusun ən azı 20 milyonla 35 milyon arasında elan edirlər ki təkcə Azərbaycanda yox bəlkə İranın başadan başına muhacirət idib və işə məşğuldular amma bu iddialara sənəd verilmir və gumana bağlı sözlərdi.
İyalət 1378 (1999) 1388 (2009) 1389 (2010) 1390 (2011) Nufus artımı 12 ildə (1999-2011)
Şərqi Azərbaycan 3.406.978 3.667.978 3.691.270 3.864.760 (457.782)
Ğərbi Azərbaycan 2.607.899 2.979.604 3.016.301 3.158.068 (550.169)
Ərdəbil 1.185.327 1.238.778 1.242.956 1.301.375 ( 116.048)
Zəncan 919.437 978.310 983.369 1.029.588 (110.151)
-------------------------------------------------------------------------------------------------------------------------------------
1378 (1999) 8.119.649 8.864.670 9.353.791 (1.234.149)
Qeyd olur ki İran parlımanı İranlıların 1390 (2011) ilinin nufusun 78.245.692 yazır. Bu o haldadi ki İranın "Amar" (say) tutan idarəsi, öz sitəsində sahat əsasına İranın cəmiyət nufusun göstərir və onun əsasına 75 milyon 480 min 340 nəfər görünür ki bu cümlə yazılanda onu göstərirdi. (http://www.amar.org.ir/default-386.aspx) və bu iki say arasında, parlıman 2. 765.352 yuxarı göstərir. İranın Say idarəsi hər 10 ildə bir və beşə xətm olan illərdə say tutur.
Əlavə olmalıdı ki əhalinin yazıb oxumaq başaramax sayında, Şərqi Azərbaycan İyaləti 17 inci məqamda və Tehran, Simnan, İsvahan, Fars, Yəzd, Mazəndəran, Qəzvin, Buşehr, Qum, Xorasani Rəzəvi, Giylan, Mərkəzi, Həmədan, Kirmanşah, Xuzistan və İylamdan sonra yer alıb və Şərqi Azərbaycan əhalisinin 74 fayızı Fars dilində yazıb oxumax başarır. Bu o haldadır ki oların bir fayızı belə öz ana dilində yazıb oxumaq başarmır.
Şərqi Azərbaycandan sonra Zəncan İyaləti 74 fayız yazıb ozuyanların sayilə 19-inci, Ərdəbil İyalətidə 72 fayızla əhalinin savadlığında 24-cu məqamı və Ğərbi Azərbaycan 69 fayızla 29-inci iyalət İranın 30 iyaləti içində durub.
İranın ən savadsız İyalətı 30 iyalətin içində Sistan və Bəluçistan iyalətidir ki öz ana dilində yazmaq və oxumaqdam məhrumdu və ana dilində təhsil almaq üçün silahlı mübarizə aparır. Amma Azərbaycan əhalisi, ana dilində təhsil almaq və digər haqların əldə etməyi mədəni yollarla axtarırlar. O halda, onlar mədəni və siyasi Azərbaycanlı xanım və bəy İranın müxtəlif həbsxanalarında bu istəklər üçün cəzalanırlar ki İranın Əsasi Qanunu, Fars dilinin kənarında, iyalətlərin öz dilində təhsili azad elan edib.
Comments
Post a Comment