Urumiyyə Gölü, bodca savaşı və pulun verilməməsi






Urumiyyə Gölü qurumaqdaykən Şərqi Azərbaycan iyalətinin müxtəlif məqamları quru sözlə xalqın başın qatmaq isteyir və dərdə dəymiyən pulları yekə göstərirlər.


Təbriz əhalısınin İran parlımanında olan numayəndəsi: Məhəmmədhüsen Fərhəngi, Təbrizdə olan midya numayəndələri və muxbirlərə 400 milyard Riyal (40 milyard Tümən ya 35 milyon Dollar) bodcanın Urumiyyə Gölünün qurumasilə mubarizəyə ixtisas verilməsindən xəbər vermişdi amma Şərqi Azərbaycan iyalətinin ustandarı (hakimi): Əhməd Əlirza Beygi, Fərhənginin sözün yalan bildi və əlavə etdi ki bu ilin bodcasında 21 Milyard Tümən Urumiyyə Gölünə verilib (Hər 10 Riyal 1 Tümən və hər 1150 Tümən 1 Dollardi).




Xəbər, Təbrizdə yayılan qazetlərdə, o cümlədən Nəsimi Qaradağ-da çap olub. Nəsimi qaradağ həftəliyi Təbriz şəhərinin parlımandakı numayəndəsinin sözlərinə işarə edir ki demişdi: "Araz çayından Urumiyyə Gölünə su gətirmək üçün 10.000 milyard Riyal (1000 milyard Tümən ya 870 milyon Dollar) pul lazimdi.


Şərqi Azərbaycan hakimi, az bodcanıın böyotməyinin səbəbin İran parlımanının seçgilərinin yaxınlanması bildirdi və dedi seçgilərə yaxın olduğundan dolayı, numayəndələr Urumiyyə Gölündən özləri üçün təbliğat edib və sui istifadə aparacaqlar.


Məhəmmədhüsen Fərhəngi verdiyi məlumata dayanarax, Araz çayından Urumiyyəyə gölünə su gətirmək purojəsinin icrası üçün ən azı 1 milyard Dollar lazimdi ki onun dediyinə əsasən bu ilki bodcada 35 milyon Dolar yazılıb. 35 milyon Dollar, 1 milyard Dolların, yüzdə birinin 0.35 fayızı və bir fayızın 3 dən birindən bir az artıqdı. Şərqi Azərbaycan hakimi verdiyi məlumata əsasəndə 1 miylardın 100 birinin 0.21 dən də azdır.


Bu o haldadı ki İran Azərbaycanının əhalisi Urumiyyə Gölünün qurumasına etirazda, etiraz numayişləri geçiri və bir tedadi zindanlarda həbsidə qalırlar. Bu etirazlar səbəb olub ta Urumiyyə Gölünün mevzusu, İran Azərbaycanının midyasının gündəmdəki mezusu olsun. Devlət məqamları və müxtəlif idarələr əl ayağa düşüb və seminarlar tərtib verirlər və Urumiyyə Gölün mubahisiyə qoyurlar amma bu bodcalar göstərir ki Urmu Gölü İran rəsmilər üçün elədə ciddi bir mevzu deyil və mubahisələr və müsahibələrdən sadəcə xalqın narahatlığın yatırmaq istəyirlər.

Bu o haldadı ki İranın tamam rəsmiləri ki Urumiyyə Gölü mevzusunda çıxış ediblər, onun gələn 4-5 ildə tamamən qurumasına barmaq qoyub və nəcatı üçün çalışmanın lazımlığından söz aparıblar.



*** *** **** ***

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر