Nasir Purpirar: İran tarixi yalan üstünə bina olunub
İranlı amma Ərəb yazar və möhəqqiq (tədqiqatçı) Nasir Purpirar (Nasir Binakonəndə) iddia edir ki İranın tarixinin bir çöx hissələri yalan üstündə bina olub və İran tarixinə yenidən baxmx lazimdı.
Purpirar cənabları tədqiqat əsasında, ən azı 33 cild kitab yazıb. İranın sansur nazırliyi (Fərhəng və İrşadi İslami) oların bir çöxuna çap izni vermədiyi üçün Purpirar məcbur qalıb oların bir tedadın digər olkələrdə nəşrə vrsin amma İranda neşr etdiyi kitabları özünün ya şərik olduğu 3 nəşr evində çap edib. Nasir, Ərəb olduğunan dolayı, İranlı Fars tənqidçilar onu “Pan Ərəbizimlə” ittihamlayıb və hucum edərək fikirlərin pisləməyə çalışırlar.
Purpirar yazdiqlarına əsasən, hər kim İranda və İran məktəbləri və üniversitələrində İran tarixi oxumuş, bir sürü yalan öyrənmiş ki oları onutmalı, İran və İran tarixinə yenidən baxmalıdı.
Onun fikirinə əsasən, İslam və Ərəblərin İrana gəlməsindən 2000 il əvvəl, İranlılarla Yəhudilər arasında “Purim” hadisəsi üz vürib və İranlılar “qətl am” (soy qırım) olublar. Purim qətli amı səbəbinə İran coğrafiyasında 2000 il mədəniyyətdə gözə gəlici əsər yaradilmayıb. Bu o haldadı ki həmən hadisənin əsərləri Orta Doğuda (Xavərmiyanə)-də 1200 il davam tapıb.
Purpirarın kitablarında iddia olur ki həmən 2000 ildə İran coğrafiyası adamlardan boşalıb və diri qalanlar, dağlar başında və difa halinda həyatlarına davam verimişlər. Buna tay mevzuları “12 əsirlik sukut” bir seri kitablarında yazır.
Purpirarın əsərlərin taniyən və onla əlaqədə olan Təbrizdə doğulan və təhsil alan, amma indilikdə Kanadanın Toronto şəhərində yaşayan; Dr. Ziya Sədruləşrafi, Amrika Səsinin Azərbaycani Xidmətlərinin qonağı olub və “ağında qarasında diyax” diyə onun fikirlərinə tənqid gözilə baxır.
Purpirar cənabları İran tarixindən “Əşkanilər”, “Sasanilər” silsilələrin inkar edir və “İskəndər”, “Ərəblər” və “Monqullar”-ın İrana hucum etmələrin qəbul etmir. O, Firdosi, Hafiz və Sədi kimi tarixi şayirlərin olmasına şəklə yanaşır və iddia edir ki İranda İslamdan neçə yüz illər sonrayadək mədəniyyətdən az izlər görünür.
Döktür Ziya Sədruləşrafi, Purpirar barədə deyir: “Noxbə Koşi” (Ziyalı öldürmək) adlı bir kitabda göstərilir ki İranlılar hərkimsənin taza bir fikiri olursa, onu məhv etməhə çalışarlar. İran içtiması bunun yerinə ki fikir sahiblərindən himayə etsin, “Eynulquzzati Həmədani” və “Söhrəvərdi” kimi taza fikir sahiblərin oldürüb.
Dr. Ziya, Purpirarın kitablarının bir neçəsinin adın çəkir: “12 əsirlik sukut” bir seri kitabdı ki onda iddia edir ki Həxamənişi silsiləsindən ta İslama dək, İranda heş külrtür və mədəniyyət yoxdu. “Bu ağır bir iddiadi ki mən ona bir tənqid yazdım.” 12 əsirliok sukutun ikinci cildi, özü 3 cildən ibarətdi və “geçmişə bir körpü” unvanında çap olub ki İslam dininin gəlməsi barədə yazıb. Digər kitabı “Əşkanlılar”-di ki bu kitab da Əşkanilərin olmasın inkar edir və oları Sulukilərin davamı gorür. Dr. Ziya fikrinə əsasən, “bu kitab, tənqid olunmalı bir kitabdı.” Dr. Ziya, Əşkanilər barədə Purpirarla eyni fikirləşmir və deyir; “13-ncü Əşk ki Kirasusu oldürübdü, inkar etməsi çətin bir işdi.”
Digər kitabın adı “Sasanilər” 3 cildədir. Dr. Ziya deyir: Sasanilər “12 əsirlik sukut” kitablarının içində şah əsərdi. Dr. Sədruləşrafi “məgər bu beş günü tutasan” kitabına işarə edir və əlavə edir: Purpirar bu kitabda göstərir ki “Sədi” Şıraz şəhərindən xaricə musafirət etmeyib və uzun illər xalqı səriyib. O digər kitabında “İsalam, qılıc dini” adlı kitabda İslam peyğəmbərinə 150 səhabə (yaxın admları) listəleyib ki o adlarda adamlar yoxumuş və yalandan yaradılıblar. Olardan birisi “Səlmani Farsi” adlı bir İranlı Farsdi ki iddia olunur, İslam peyğəmbərinin muşaviriymiş. Purpirar bu adda adamın olmasın qəbul etmir. Dr. Ziya əlavə edir ki bu mevzunu, Purpirardan əvvəl “Lima Sinyon” yazmışdı.
Bu 33 –dən əlavə olan kitabların bir böyük hissəsi bir birinin davamıdı. Yazılmış kitabların 3 cildi Səfəvilərə ayiddi ki İran devləti oların çap olmasına izin vermir. Purpirar öz bloqında söz verib ki həmən üç kitabı öz vebloqında və yavaş yavaş yaysın. Dr. Ziya, purpirarın kitabından oxuyaraq deyir ki onun bir tedad kitabları, öz puliylə Səngapurda çap olandan sonra İranda yayılıb (qaçaq).
Minlər kitab İranda və digər olkələrdə Purpirar inkar etdiyi tarixi qəbul edirlər Dr. Sədruləşrafi oların inkarına dayanan dayaqlara gora deyir: bunun iddialarının bir hissələri əvvəllərdə digər alimlərin kitablarında yazılıb amma hər idiyaloji istədiyi fikirləri alar və ondə saxlar və İstəmədiyi fikirləri ya silməyə çalışar yada siləbiməsə kölgədə saxlamağa çalışar. Məsələn 1575 illərdə bir Aalmanlı; Karesten Nipur, İrana gəlib və “Təxti Cəmşidi” dolanıb və onun qalan hissələrindən, yanmadan əvvəl yarımçıqlıöına dəlillər göstərib amma İranlılar istəmeyiblər ki oları görsünlər.
Dr. Ziya əlavə edir: Purpirar zəhmətlə Təxti Cəmşidə gedib və rəsmlər çəkərək göstərib ki sutunların bir qisməti yonulub, digər qisməti yonulmeyıb. Daşlarda yeni qazma yazılar yazıblar amma oları əski göstərmək üçün daşın üstünə asid səpiblər.
Purpirar iddia edir ki Ərəblər və Mönqullar (Moğullar) İrana həmlə etmeyiblər və ona səbəb, İranlıların kasıb olmasın deyir və iddia edir ki sərvətin nişanəsi qızıl puldu amma Ərəblər və Monqullar həmlə eddiası zamanlarda, əlimizdə və muzələrdə, İranda qızıl pul yoxdu. Olan pullarda gümüşdü və İranlılar yox bəlkə digər millətlər adına vurulublar. Bu deməkdir ki Ərəblər və Mönqulların İrana həmləsi üçün heş bir malı və sərvət marağı olmazmış. Olar nədən dolayı bir fəqir və mədəniyyətsiz topraqlara həmələ aparsınlar.
Dr. Sədruləşrafi, Purpirarla razılaşmır və deyir: Ərəblər Vəlid İbni Əbdülməlik zamanından İrana gəliblər və Türküstana dək gediblər. Sasani şahı; 3 üncü “Yəzd Gerd” qaçıb və İranlılar vasitəsilə öldürülüb. Buları həm Ərəb tarix yazanları yazıblar həmdə Zərtoştilər sinədən siniyə deyiblər və soralar yazılıb.
Onlan beylə ki Purpirar Yəhudilərin İranlıları “qətli am” etməsin qəbul edir və o tiyori üzərində fikirlərin irəli sürür, Dr. Ziya deyir: Kuruş o zamanın sirvətli məmləkətlərin işğal etmişdi və 20.000 əsir olmuş Yəhudiyələrə heç ehtiyacı yoxudu. Misirdən əsir tutulan və Babilə aparılan o yəhudilərin indiyə tay mal və sərvətləri və lobiləri yoxudu və o qudrətə malik olabilməzdilər ki Purim adlı soy qırımı apara bilsinlər. Bular dastandi; Dr Ziya artırır.
Bəs niyə İslamdan əvvəl adlım alım İran topraqlarında yoxdu? Dr. Ziya deyir: “Mani” adlı biri varidi ki özün Babilli tanıtdırır amma adlım adamların olmaması səbəbi, Dr. Sədruləşrafinin tədqiqatına göra “elmi öyrənmək üçün alfabet lazimdi. İran tarixində, Həxamənişilərin
dağılmasından ta İslam İrana gələnə dək, Aramilər İran xalqlarına hukumət edirdilər. İramilərin alfabesin özlərindən sonra nə biri yazabilərdi nə də oxuyabilərdi. Arami dilinin yazması üçün 14 alfabetdən istifadə olurdu. A, B, C, D hərf və əlamətlərinin yerinə sadəcə bir əlamətdən istifadə edərdilər. Çətinidi biri bilsin ki Arami dilində yazılan bir əlamət 4 hərfin hankısı oxunacaq. Bundan əlavə, yazıların oxunulmaması üçün “Hozvarış” dən də istifadə etmişdilər. Bu anlamda kı yazılan kəlmənin oxumasilə fərqi varidi. Numunə üçün: “Xobza” yazılıb, “Nan” oxunarmış, ya “Ləhma” yazılıb və “Guşt” ya ət oxunarmış. Arami əlamətləri yazıb oxumx, bir mütəxəssis işimiş və məmuli Aramidə onları oxuya bilməzmiş. Bundan dolayı bir alımin tərbiyət olası mümkünsüzümüş.
Dr. Ziya fikrinə əsasən, İslamdan 103 il sonra və Yəzid İnbi Əbdulməlik devranında və 725 miladda, Çindən İrana kağaz gəldi və kağazın olması adamların yazıb oxumasına və alimlərin tərbiyə olmasına səbəb oldu.
Nasir Purpirar Fidosini və Şahnaməni, Hafizi və onun kitabın və Sədinidə inkar edir ya soru işarətinin altında saxlır. Dr. Ziya Sədruləşrafi bu barədə deyir: Purpirar cənabları fikri əsasına, Firdosi, Şahnamıni yazan deyil bəlkə bir ayrı dildən tərcümə edən birisidi. Sonralar, İranlılar, Şahnamiyə izafə ediblər. Məxsusən, Məliküşşuərayi Bəhar, Riza Şah dövranında, nasiyonalisti şeriləri şahnamiyə əlavə edib.
Comments
Post a Comment