Ətiyyə xanım: Səyid Mətinpur ayaqlarının zəncirlənməsin qəbul etmir



Ətiyyə xanım: Səyid Mətinpur ayaqlarının zəncirlənməsin qəbul etmir


Səyid Mətinpur, Tehranın İnqilab məhkəməsində mühakimə və 8 il həbs cəzasına məhkum olub və ust ust, indiyədək 3 il 9 ay həbs çəkib. Ondan əlavə ki 9 ay İttilaat idarəsində istintaqda qaldığı devran, onun həbs devranına daxil olmur. Mətinpurun məhkum olduğu ittihamlar "əcnəbilərlə əlaqədarlıq və İran İslam Cumhuriyyəti ziddinə təbliğat"-dan ibarətdir. Ətiyyə xanım bu barədə VOA (Amerika səsinin Azərbaycani Servisi)-nə müsahibə verib ki onun xulasəsin burda oxursuz amma səs faylın sitəmizdə və youtube-da dinleyib və görəbilərsiniz.

Səyidin azadlığı yolunda beynəlmiləl səviyyədə imzalar toplanır və İran rəsmilərindən onun azadlığı tələb olur. Ətiyyə xanım bu kampaniyaların İran rəsmilərində əsər quyub qoymamasına gora heş bir söz demir amma deyir "bu işlərin olması lazımdı. Nəticə verməsədə gərək olsun."
Səyid Mətinpurla eyni 11 ittihama məruz qalan müttəhəmlərdən təkcə Səyid bəyi mühakimə olub və 8 il həbsə məhkum edib və "bundan ağır bir şey yoxdu ki biz qorxax." Ətiyyə xanim, bu səzləri, Bulut Mihmandarlının sorusona cavabda deyir. Amma "mənə heş mozahimət yaratmayəblar" diyə artırır.

Ətiyyənin verdiyi məlumata əsasən İran rəsmiləri iki kərə Mətinpurdan isteyiblər ki "Əfv" tələb etsin amma o qəbul etmeyib və göstərib ki fikirlərindən dönmeyib və fikirlərindən və apardığı işlərdən hər məhkəmədə difa üçün hazirdi.

Ətiyyə xanım Tahiri: Səyidin həyat yoldaşı, hər iki həftədən bir Zəncan şəhərindən Tehrana musafirət edib və Səyidi cam dalısından görür və tilfun vasitəsilə onla, 25 - 30 dəqiqə danışır. Ətiyyə xanım iddia edir ki Səyidin belinin sümüyündə müşkül var və oturub durabilmir. Beli və bounu ağrır.

Ətiyyə deyir ki onun "ürəyidə xəstədi" və əlavə edir: ən son dəfə ki halı yaxşı deyilmiş, zindanın xəstəxanasına götürüblər. Həkimlər onun zindandan eşikdə mualicə olmasın söyleyiblər amma çün onun əl ayaqlarına zəncir vurub aparmax istirlər, ayaqlarına zəncirin vurulmasın qəbul edib və əli ayaqı zəncirli xəstəxanaya getmir.

Ətiyyə xanım, Səyid Mətinpurdan uzaq qalmasına dözməsinin səbəbin, onun "Azad qalmasi uğurunda mucadiləylə" və "bir çöx şeylərdən göz örtməsilə" səbəbləndirir. Ətiyyə deyir: Səyid istir ki öz içindən rahat olsun və milləti, haqlarına çatsın və bir insan kimi yaşasın. Ondan dolayı da azadlığının olmamasın təhəmmül edir.

"Səyid insanların ən kiçik haqlarına gorada çalışırdı. İnsanların ən kiçik haqları uğurunda yazırdı. Danışırdı və çalışırdı." ətiyyə xanım əlavə edir ki bu azadlıq devranına həsr olan bir mevzu deyil bəlkə zindandada buları axtarır, məndən sorur. Azərbaycan fəllarının durumların, apardığı işləri və getdikləri yolları sorur.

Ətiyyə fikir edir ki Azərbaycanlıların ən kiçik işləri və hərəkətləri gələcəkdə öz təsirin buraxacaq. Ətiyyə xanımın fikrinə əsasən, zindan məmurları onun Səyidlə tilefun vasitəsilə danışıqları sözləri zəbt edirlər (yazırlar). "Amma bizim gizlətməyə bir sözümüz yoxdu" Ətiyyə xanım VOAnin Azərbaycanı Servisinə deyir.




Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر