|
A Journalist for South Azerbaijan's' independence! Güney Azerbaycan'ın İstiqlalı Üçün Gazeteçilik! !روزنامه نگاری برای ایستقلال آذربایجانی جنوبی
Tuesday, January 12, 2010
BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edib
‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə “Mahmud Əhmədinejad İranın ABŞ-la yaxınlaşma siyasətini həyata keçirəcək siyasətçi görüntüsünə malik deyil” Bu sözləri bu gün Amerikanın səsi radiosunda “İranda prezident seçkiləri və namizədləri seçki kampaniyası” mövzusunda keçirilən dəyirmi masa söhbəti zamanı Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət deyib. Onun sözlərinə görə, dünyadan təcrid olunmuş İranın xarici siyasətində dəyişiklik etməyi düşünən hakimiyyətinin yeni liderə ehtiyacı var. Cənab Hidayət əsas mübarizənin Mirhüseyn Musəvi ilə Mehdi Kərrubi arasında gedəcəyini bildirir:
“İranda azərbaycanlı bir şəxsin hakimiyyətə gəlməsi az da olsa azərbaycanlıların təəssübünü çəkməsi ilə nəticələnə bilər. Bu baxımda ilk olaraq azərbaycanlılar üçün faydalı namizəd MirHüseyn Musəvidir. Ondan sonra isə Mehdi Kərrubini söyləmək olar”. İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır.
Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə yönəldərək deyir ki, bu hazırkı prezident Mahmud Əhmədinejadın seçki kampaniyasının bir hissəsidir. O deyir ki, keçmiş İran prezidenti Xatəminin nüfuzunu gözdən salmaq üçün belə videolar yayılıb və bu da Musəvinin reytinqinə təsir göstərə bilər.
Buna baxmayaraq cənab Rüstəmxanlı seçki kampaniyası zamanı verilən vədlərin heç birinə inanmadığını deyir. Onun sözlərinə görə, indiyədək hər prezident seçkisii öncəsi bütün namizədlər Təbrizə gedir, orada azərbaycanlıların İranın başlıca qüvvəsi olduğunu bildirir, “İran yatmış şirdi, Azərbaycan onun başıdı”, “Azərbaycan İranın başıdı, onu kəsmək olmaz” kimi şüarlar səsləndirir. “Ancaq hakimiyyətə gələndən sonra isə heç bir inkişaf müşahidə olunmur” - deyə millət vəkili bildirib. Sabir Rüstəmxanlı azərbaycanlıların seçkiləri boykot etməsini dəstəkləmədiyini dilə gətirib.
voa
Amerikanın səsinə müsahibəsi
İnsafəli Hidayətin Amerikanın səsinə müsahibəsi
Kanadada yaşayan Güney Azərbaycanlı jurnalist İnsafəli Hidayət İranda cərəyan edən son hadisələrlə bağlı Amerikanın səsinə müsahibə verib
Sual: İranda etiraz aksiyaları zamanı həbs olunanlardan 140 nəfərin azadlığa buraxıldığı bildirilib. Sizcə bu nə ilə bağlıdır?
Cavab: Ötən bir həftə ərzində Ayətulla Haşimi Rəfsəncani bir növ barışıq üçün rəhbərdən istədi ki, tutulanlar azadlığa buraxılsın. Daha sonra Mir Hüseyn Musəvi çıxışında dedi ki, bu məsələni həll etmək lazımdır. Onların həbsxanada saxlanaraq, işgəncələrə məruz qalması düz deyil. Bundan başqa da dünyanın ən azı 50 ölkəsində insanların azad olunması çağırışları ilə aksiyalar keçirilir. Bütün bunların müəyyən təsiri olub.
Sual: İranın ali dini rəhbərinin Kəhrizad həbsxanasının bağlanması barədə göstərişi və bundan sonra cərəyan edən hadisələr barədə nə deyə bilərsiniz?
Cavab: İranda iki cür həbsxana var. Birincisi, ədliyyə sisteminin nəzarətində olan həbsxanalar. İkincisi isə, təhlükəsizlik və kəşfiyat təşkilatlarının nəzarətindəki, qanunda yeri olmayan həbsxanalardır. Misal üçün Təbrizdə belə ikinci tip üç həbsxana var. Tehranda sayı ən azı 2300 nəfər olan, seçkilərdən sonra tutulanlar bu ikinci tip məhbəslərdə saxlanılırdılar. Xamaneyi də belə həbsxanalardan yalnız birinin bağlanmasına göstəriş verib. Buna səbəb isə orada saxlanma şəraitinin çox bərbad vəziyyətdə olmasıdır.
Sual: Son günlərdə vitse-prezidentin təyinatı və daha sonra bu təyinatın ləğvi və hökumət kabineti daxilindəki başqa dəyişikliklər, istefalar və bunlar ətrafında baş verən mübahisələr barədə nə düşünürsünüz?
Cavab: Bir neçə gün əvvəl Əhmədinejad istədi ki, öz baş müavinini əvəz etsin və onun yerinə onunla işləmiş bir adamı gətirsin. Bu təyinat mollaların etirazına bais oldu. Xamaneyi Əhmədinejada məktub yazaraq ondan təyinatın ləğvini istədi. Məcburiyyət qarşısında qalan Əhmədinejad təyin etdiyi şəxsi istefaya göndərməyə məcbur oldu. Ancaq bu, onu göstərir ki, Əhmədinejadın hökumətində 21 nazir arasında fikir ayrılığı var. Bu arada parlamentin bir üzvə elan edib ki, İran dövləti bir neçə gündə yeni hökumət təşkil olunana kimi heç bir qərara gələ bilməz. Mahmud Əhmədinejadın son 4 illik hakimiyyəti dövründə 11 nazir, 3 müavin dəyişib.
Sual: Bu, ayrı-ayrılıqda baş verən iki hadisə İranda hakimiyyətdə olan mühafizəkar qüvvələrin zəiflədiyindən, yaxud da müxalifətdə olan islahatçı kimi tanınan qüvvələrin gücləndiyindən xəbər verirmi?
Cavab: Doğrudur, bu, islahatçıların qücünü göstərir. Digər tərəfdən mühafizəkarların zəiflədiyinin şahidi oluruq. Onlar milləti idarə etməlidirlər və xalqı nəzərə almalıdırlar. Xalq isə, övladları həlak olduğu, həbs edildiyi üçün etiraz edir. Əhali elə düşünür ki, Əhmədinejad doğrudan da çevriliş edir. Yəni əsgərlər vasitəsilə çevriliş həyata keçirib və xalqı basqı altında qoyub. Qacar dövründə Rza şah gəlib türk hökumətləri əleyhinə çevriliş etdiyi kimi, indi də Əhmədinejad demək olar ki, İnqilab Keşikçilərinin əli ilə bu çevrilişi həyata keçirir. Onun Xamaneyinin qarşısında dayanması bunu göstərir.
http://www.gunaz.tv/xaber/insafeli-hidayetin-amerikanin-sesine-musahibesi
Tehranda siyasi təlatüm
| Tehranda siyasi təlatüm |
| Müəllif: DAK | |
| 2010-01-02 | |
Qabil Hüseynli: “Mübarizə artıq qanlı müstəviyə keçib” İnsafəli Hidayət: “Artıq nümayişçilərə qarşı ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir “
Hadisələri şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İran adlanan yerin xalqı rejimdən ciddi şəkildə narazıdır və illərdən bəri artan narazılıq özünü iri şəhərlərin küçələrində büruzə verməkdədir. Onun sözlərinə görə, xalq qəzəbi təkcə hakimiyyətdaxili yerdəyişmələrlə kifayətlənmək niyyətində deyil və bütünlükdə rejimə qarşı yönəlib: “İran adlanan yerdə mövcud olan teokratik rejimdən təngə gələn insanlar köklü dəyişikliyə can atırlar və bu yolda onların apardıqları mübarizə artıq qanlı müstəviyə keçib. Politoloq hesab edir ki, əvvəlki aylarla müqayisədə azərbaycanlılar daha çox aktivlik göstərməyə başlayıblar: “İlk əvvəl İran adlanan yerdə cərəyan edən siyasi qarşıdurma saraydaxili çəkişmələr kimi qiymətləndirilirdi. İndi isə bir çoxları dərk edir ki, ölkədə baş verə biləcək rejim dəyişikliyindən bütün vətəndaşlar faydalana bilər. |
“Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər”
| İnsafəli Hidayət: “Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər” | |
| Böyük Bölünməz Qafqaz | |
| (4.07.2009) “Tehranda yaşayan azərbaycanlılar etiraz aksiyalarında fəal iştirak edib”. Bu sözləri kanadada yaşayan İran Azərbaycanlı Jurnalist İnsafəli Hidayət redaksiyamıza müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Urmiyədə və Təbrizdə də onlarla insan həbs olunub. Cənab Hidayət deyir ki, azərbaycanlılar İrandakı etirazların mühüm bir parçasıdır. O hesab edir ki, Azərbaycan siyasiləri gərək indidən çalışsınlar ki, bu hərəkatın yalnız farsların adı ilə bağlı olmasının qarşısını alsınlar. İnsafəli Hidayətlə müsahibəni səsli faylı yükləməklə dinləyə bilərsiniz. VOA | |
İnsafəli Hidayət «Azadlıq» radiosunda
XƏBƏRLƏR
İnsafəli Hidayət «Azadlıq» radiosunda
Səs: Real audio
İnsafəli Hidayət 2004-cü ildə Təbrizdə «xarici KIV-lərə məlumat verdiyi» üçün 18 ay müddətinə həbs edilib. Daha sonra «İran xalqına və İslam Respublikası rəhbərliyinə açıq məktubu»nda İran azərbaycanlılarına edilən təzyiqləri ifşa etdiyinə görə, yenidən məhkum olunub və işgəncələrə məruz qalıb.
İnsafəli Hidayət İran azərbaycanlıları arasında cəsarəti və jurnalist məharətiylə seçilir.
İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir
| Siyasi mühacir İnsafəli Hidayət İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir | |
13/06/2007 |
- انصافعلی هدایت ایله مصاحبه
2007 İran üçün uğurlu il olmayıb
| Jurnalist Insafəli Hidayət: 2007 İran üçün uğurlu il olmayıb | |
08/01/2008 |
Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət Bulud Mehmandarlıya verdiyi müsahibəsində 2007-ci ildə İranda baş vermiş başlıca hadisələri şərh edib
İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq'
| İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq' | |
| By Emil Quliyev 21/07/2009 |
Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Bu gün isə İranda 1952-ci il hadisələrinin ildönümüdür. İranda baş verən son hadisələr barədə Kanadada yaşayan azərbaycanlı jurnalist İnsafəli Hidayətlə müsahibə aparmışıq.
Sual: Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Sizcə, bu çağırış bir növ hökumətin qanuniliyini sual altına qoymurmu?
Cavab: İran qanunları əsasında ümumi çağırışlara imkan verilir. İran qanunları icazə verir ki, parlament üzvlərinin üçdə birinin imzası ilə belə bir çağırışlar olsun. Məhəmməd Xatəmi böyük bir adamdı, İranın keçmiş prezidentidir və siyasətdə böyük rola malik olduğu üçün belə bir çağırış edib. Ancaq bu, qeyri-adi bir çağırışdır. Bunu İran rəsmiləri həyata keçirmək istəsəydi, elə seçkilərin nəticələrini ləğv edərdi və yenidən keçirilməsinə şərait yaradardı. Ona görə də inanmıram ki, nə dövlət, nə də parlament bunu qəbul etsin.
Sual: Keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin Mir Hüseyn Musəviyə dəstəyi İranın ordu və digər təhlükəsizlik qüvvələrinin mövqeyinə təsir göstərə bilərmi?
Cavab: Əl Cəzirə telekanalının dediyinə görə, Musəvinin 5 milyon tərəfdarı ilə birlikdə aksiya keçirdiyi zaman polis ciddi müqavimət nümayişçilərə göstərmədi. Çünki polis onlar arasında mühüm adamların olduğunu görürdü. İki sabiq prezidentin olması yetərli idi. Burada əsas məsələ Əli Xameneinin iradəsidir. O bunu qəbul etmir. Nümayişçilər asanlıqla təslim olmadığını göstərsə də, məncə, nəhayətdə bu proses islahatçıların məğlubiyyəti ilə nəticələnəcək.
Sual: Bu gün 1952-ci il hadisələrinin il dönümüdür. Bununla əlaqədar bu gün İranda hər hansı mərasimlər və ya aksiyalar keçirilirmi?
Cavab: 1952-ci ildə İranda Məhəmmədi Müsəddiq əleyhinə bir hərbi kampaniya oldu. Bunun tərəfdarları küçələrə axışaraq, şüarlar səsləndirdilər. Hər il bu hadisə ilə əlaqədar toplaşmalar olur. Bu gün də İrandan daxil olan xəbərlərdə deyilir ki, insanlar bununla əlaqədar yürüş keçirməklə yeni aksiyalara yol açmağa çalışır. Ancaq polis xəbərdarlıq etmişdi ki, küçələrə çıxan hər bir kəs təqib olunacaq. Ancaq aksiyaların keçirilib-keçirilməməsi barədə hələlik dəqiq məlumat əldə edə bilməmişik.
İnsafəli Hidayət: 'Azərbaycanlıların Tehrandakı hadisələrə dəstəyi az oldu'

Insafali Hidayat
03/08/2009
VOA Azerbaijani Radiosuna:
Kanadada yaşayan İran azərbaycanlı jurnalist İnsafəli Hidayətlə "Etnik azlıqların, xüsusilə də azərbaycanlıların Tehranda cərayan edən hadisələrə təsiri" mövzusunda müsahibə aparmışıq
Sual: İranda prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı həlak olanların xatirəsi anıldı. Ölənlərin 40-nın qeyd edilməsi üçün azərbaycanlılar nə kimi tədbirlər təşkil edib?
Cavab: Azərbaycanlılar İranın hər yerində olduqları üçün tam bəlli deyil. Ancaq Ürmiyə şəhərində dəqiq demək olar ki, azərbaycanlıların bir çoxu küçələrə çıxaraq, şüarlar səsləndiriblər və ölənlərin xatirəsini yad ediblər. Paytaxt Tehranın özündə küçələrə çıxanların çoxu türklərdi. Hətta ölənlərin də bir çoxu, o cümlədən gənc qız Neda Ağasultan türkdü. Habelə orada, tutulanlar, Təbrizdə həbs edilənlər hələ də azad olunmayıbdır. Hər halda, deməliyəm ki, Azərbaycan mahallarında Tehranda baş verən bu hadisələrə çox az dəstək oldu.
Sual: Həqiqətən də başqa yerlərlə müqayisədə Azərbaycan vilayətlərində sakitlik hiss olunurdu.
Cavab: Tək azərbaycanlılar deyildi. Kürdlər də, ərəblər, bəluclar, türkmənlər də sakit idilər. Çünki onların təcrübəsi yoxdur. Məsələn 8 il əvvəl Tehran universitetinin tələbələri yatan binalara polis hücum edir və onları həbs edir, öldürür. O zaman islahatçıların əlində olan parlament hadisənin araşdırılması üçün bir komitə yaradır. İki gün sonra Təbriz universitetinin tələbələri küçələrə axışır. Eyni hadisə burada təkrarlanır. Bəsicilər, pastarlar universitetə daxil olaraq tələbələrə hücum edir. Ölənlər, yaralananlar və həbs edilənlər olur. Parlamentdə isə bu hadisəni araşdırırlar. O zaman parlamentdə Təbrizi təmsil edən Əkbər Ələmi böyük çətinliklə bir komitənin yaradılmasına nail olur. Araşdırmaların nəticəsi göstərir ki, hadisə zaman çoxlu azərbaycanlı ölmüşdü və Tehranla müqayisədə Təbriz universitetində baş vermiş faciə daha iri miqyaslı olmuşdu. Ancaq parlament, məhkəmə heç bir şey etmirdi. Yəni bu gəstörir ki, azərbaycanlılar siyasi islahatçılardan da (hazır da Mir Hüseyn Musəvi və Mehdi Kərrubi) dəstək almır.
Sual: İranda seçkilərin tarixinə və siyasi hadisələrə nəzər salanda Azərbaycanda nədənsə Tehrana ehtiyatla yanaşırlar. Buna səbəb nədir?
Cavab: Azərbaycanlılar tarixi yaddan çıxartmırlar. Ona görə, görürlər ki, Tehranda tutulanlar, nümayiş keçirilənlər, döyülənlər siyasi adamlardır. Azərbaycan bunlara etimad etmir.
بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292
بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292 https://youtube.com/live/3iyA9DZwBYs
-
مهندسی جهل 006 راه خروج از دنیای مهندسی شده جهل چیست؟ در ششمین بخش از سری برنامه " مهندسی جهل" در ایران، درباره چند کتاب که در آ...
-
انصافعلی هدایت؛ روزنامه نگار آزد و مستقل آذربایجانی کانادا – تورنتو hedayat222@yahoo.com 001 – 647 – 740 – 8070 ...
-
ان باشدا عاغیللار سیلاحلانمالی اگر کوردلر بیر خاریجی دوولتدن سیلاح آلئرلارسا، بیز نییه آلمایالئم؟ دونیادا، بیر چون میللتلر، دوولتلر حاضی...