Gözlərim pencərədə



Gözlərim pencərədə

“Gəlmirəm!”

Dedin “gəlmirəm”
qəbul etdim mən
amma inanmadı
sənin üçün təpən
ürəyim, mənim.

Nə çoxumuş pencərələr burda
mavi qapı bağlanmış
səni axtarır gözlərim
qəlbim fərmanilə
pencərədən pencərəyə
pencərədən pencərəyə həyəcanla
içim, ürəyim dolu dua
axtarır gözlərim səni pencərədə
deyirəm:
“dedi gəlmirəm
gəlmiyəcaq inan ona
axtarma böş camları
dəmir qapiyi.”

Deyir:
“get …
ötür məni
tək qalım
yanım oduma.”

Bir başsız quşdur
gözlərim mənim
pencərədən pencərəyə …
pencərədən pencərəyə …
pencərədən pencərəyə
ordan dəmir mavi qapiyə
həyəcanla
pencərədən pencərəyə …
pencərədən pencərəyə …
pencərədən pencərəyə …
və yenə mavi dəmir qapi bağlı ...
 həyəcanla
səni axtarır 
darıxmış gözlərim
camların arxasında
pencərədən pencəriyə hızla gedərkən
min xiyal gəlir
“olmaya digərində intiuzar çəkir
əl
sallır mənə və fəryad edir ismimi
gəl qapıyı aç!
 diyə.

Və hər an
tənhalığım
dərinləşir
və tək qalıram
bu həyəcanda, mən
sənin üçün
min bir şer yazıram
zehnimdə və sənə tohfə.

O yaxında
iki göyərçin
su mocu içində
təbli, Lərzan, sıcaq və həyəcanlı
dodaqlar
uzun uzun busələrdən doymurlar
və …
atəşlə məni yaxır,
yanıram.

Yanıram,
suyun içindəyəm
amma ətəşi söndürmək için
so yox
isti, canlı, lərzan, təbli, həyəcanlı, qurumuş …
ləblərin  atəşi lazim.
Gözlərim hələdə
pencərədən pencərəyə qaçır
amma sən gəlmirsən pencərənin camına
və mən təkliyimdə
cumuram
dərin
tənhalığımın uqyanusuna 
odlanmış halda.

Üzgüçü bilmir mən yanıram
heç kim atəşimi görmür
və birisi bilirsə,
“Bilir!
demişəm kəndinə”
əlacsız dərdimə
  dərman verməkdən korkiyor,
çəkiniyor məndən
səbr və intizarilə
alavlarda yanmağıma rızadır.

Ay … !
ay … insanlar!
ay aşiqlər …
təkəm!
 inanın.

Tınhalığıma inanın
aşıq olmuşam bu yaşımda
heş kimsə inanmır məndə eşq ola …

İstəmirəm …
busə verməyin mənə
dərdimə dərman busədisə
hər busə deyil, deyim.

Bu dərdə
yarın ləbləri,
aram verir
və atəşi söndürür
və tənhaliğıma əlac .


Ensafali Hedayat
Toronto- Canda
March 21. 2012
20:57 first edit 


* * * * * * 

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر