Tərk qıl bu eşqi bu sevdanı


Tərk qıl bu eşqi bu sevdanı

Tərk qıl bu eşqi bi sevdanı
bu dədri alma boynuna bu mevlanı
Azad et kəndini misli geçmişin dedim kəndi kəndimə

bu eşqidən qaç özünü
əlac verməz sənə bu təbib
təbibim özü aşiqdir düşüb mənim dərdimə dedim kəndi kəndimə

gəl kafir eşq ol kafiri xuda kimi
qurani, toratı, incili at tut kəndi nəfsini
azad et hər dinidən kitabidən eşqidən  bu gün dedim kəndi kəndimə

Məhəmməd, İsa ya ki Musa allah adamları
heç bu atəşi eşqi cəhimin dadını danmışlar
heç eşqə inanmışlar aflatunlar, ərəstular
sənə tay aşiq olmuşlar mahi pəriyə dəfələrcə dedim kəndi kəndimə

qaçmaq istərəm bu suzan eşq cəhimidur mollalar demiş
azad istəməm kəndimi bu cəhimidən bu dinidən bu küfrüdən
eşq cəhənnəmin bir parçasıdır düşüb canimə qaçabilməm dedim kəndi kəndimə

dedim görməsəm səni ey nazlı nigarım, yarım
tərk qıllam bu sevdanı eşqi ey nov bəharım
ataram səni,  gedər ruhum tutaram zindegiyi heyvanı dedim kəndi kəndimə

sən amma ruhi xalissən, eşqi nabisən, susan susuza
mən sədən ruhi nab o şirin su istərəm ey saqi
qorxur, inanmır, yanmır sənə bu ruh bu su qaç burdan dedim kəndi kəndimə

intizar çəkirəm zəncirini gərdənimə atasan
mən olam qul sənə aram tapam ey can
raziyəm həlqə beguş olam sənə uzun zaman dedim kəndi kəndimə

yalvarıram sənə, nazilə cavab verib çəkirsan darə
yaxırsan cani ruhimi asmırsan qurtaram bu dərddən dedim kəndi kəndimə

sən və eşqin bir bəlasız bilirəm
düşmüsüz cismimə canimə bu yaşda bilirəm
gülür mənə hər kim bilsə aşiqəm, baxma gelənlər sözünə dedim kəndi kəndimə

Şeyxi Sənan da sən yanan dərdələ yanıb
o nəxoşbəxtimiş ki yari sənə tay müsəlman deyilmiş dedim kəndi kəndimə

bu allahsız müslümdır çəkər atəşi fətvanı
hər an ki istər ürəyi çəkər meyli bu ona eyni diyvandır dedim kəndi kəndimə

o busə verərmiş naləyi Sənani dinləyər kən
mən almıram bir nigahi kəc çeşmi nərgisindən bu müsəlmanın
yanıram kəbabi tək eşq odun közləndirirəm
bilir hətmən o nazənin eşqin atəş dərdini bilirəm dedim kəndi kəndimə

nə olar busənə mehman olam edə dərdimə çarə
necə razı qalasan olam bitab, avarə
həm ağuş olasan mənlə verə cani dubarə mənə dedim kəndi kəndimə

 eşq bir parça oddur bilməz yanmayan kimsə
bu iş əfasanə dir bilməz dastanın yazmayan kimsə
mən bu felidə ustadam şəmidən pərvanədən bilmir o dedim kəndi kəndimə

məndə gər alavlanan eşqi dərdi deyil deyil
həvəs olsa tök suyu söndür, xar et məni
qoy atəşfişanım, əfsanəm, dastanım əyan olsun sənə dedim kəndi kəndimə

bu acıyı çəkdirmə mənə bəsdir ölürəm
ölərəm əfsus edərsən xalis eşqimə
riza verməsən eşqimə sər götürrəm biyabanə dedim kəndi kəndimə

görməsəm səni bir gün ğəm basır bağrına
qossəndən izrayilə can verməyə hazıram
nə olar yalvarıram, razi ol, ver dərmani eşqimi dedim kəndi kəndimə

gəlmirsən əyər görəm səni çağır mən gəlim
gedax gizlinlərə pönhana, bağa bostana
xalqın, yoldaşın sözündən qaçırsan bilirəm dərdini dedim kəndi kəndimə

bu dostların düşmənlərin dayim olacaq sözləri
olmaz verəsən həyatın ipini ğeyr əlinə
gəl, otur, üsyan et bu əfkarə, ətrafə. yara xiyalımda dedim kəndi kəndimə

xalqa baxıb avarə qalıb məni avarə edirsən
qəsd qılma canına səndə əgər var zərrə qədər
eşqinlə yaşa hər dəm o an baxma əğyarə nazlım dedim kəndi kəndimə

aşiq bilir kəbirə günah dir aşiqi
salasan eşq cürmünə qır qazanına
bir busə və ağuş nədir qılasan həzər verməkdən yarə dedim kəndi kəndimə

gəl dəvayi dərdimi ver hətta aşiq olmasan
o gözlər aşiqdir mənə, danışır mənə baxanda
gəl gedax büt xaniyə allahdan uzaq olax, sevişax sənlə dedim kəndi kəndimə

İnsaf yazırsan demirsən qəlbi istəyin yarinə sən
od vurursan ona, vermirsən bir bir yol bir çarə sən
Istə ondan, o hatəmdir, verər iltimasın cəvabını hər gün dedim kəndi kəndimə

tərk qıl bu eşqi ey binəva insafi aşiq
Bu məşuq elə zalımdir ki baxmaz çəşmin əşginə dedim kəndi kəndimə

Sənin məşuqən İnsaf aqıllıdır yalvar şəb o ruz
Bir gün nazila çağırar səni xatirati eşqilə gər çi dir ola dedim kəndi kəndimə

 gözlə, açma eşqin rismanın boynundan
Insanda eşq lazim sənə bu risman yaraşır gərdən bəndi kimi dedim kəndi kəndimə 


Ensafali Hedayat
Toronto-Canada
March 21. 2012
 First edit: 23:49


* *  **   ***    ****

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر