Dan ulduzum darıxıram



Dan ulduzum




Qaranlıq gecələrim uzun olur ay Dan Ulduzum
sən bulut arxasında qalarkən
məni bimarın, yanıram, gizlin təbilə
hicranım uzun olduqca səndən dan ulduzum.


Ey …
Hardasan … ay mənim dan ulduzum
bilirsən …
doğuram
hər zaman fərağında
analar necə döğan kimi
ərkəkliyim gedir uzaqlara
həvəsim ölür
və təkcə bir ruhi xalıs
 bir eşq,
bir tufanım qalır, ay dan ulduzum.


və mən,
 sənə,
hamilə qalıram
mənə tay dəli ərkək olmasan,
nə bilərsən bunu ay dan ulduzum.


aşiq həmişə
hər zaman
gizlicəsinə,
xəfada
hamilə dir
və mən
sənin uzaqlığından
hər gün varım
min bir zayimanım ay dan ulduzum.


Məni hər gün
minlər kərə döğdurur
döğmusan mı biləsən döğma dərdimi
hər gün döquram fərağında ay dan ulduzum.


Mən sənə hər gün açıram sirri dərdimi
ya ki gündərirəm hər gün elçimi
o zam,
 toxmi cəninim içimdə boylanır
umud qanadlarım can alır,
havalanır
həvəslənir
uçur şoqi eşqindən
hər gün, sən gələndə
zayımanım başlayır, həm sən gedəndə dan ay ulduzum.


Sən,
Sən hardasan ay …
gecəm … gündüzüm
 qaranlıqdır, hicranım kimi ay dan ulduzum.


indisə burdan
baxıram iki pencərəmdən dışarı,
hər yan
bulanlıq
qaranlıq bulut dur
heç bir sitarəm
belə yuxdur asımanı pişimdə
dəmir başında əlovlanır
kiçik lampalar, xiyabanda
xəlvətdə əmma
atəşi eşqi pünhan
çəkir əlov  mənə ay dan ulduzum.


Nə zaman, sənlə mən
iki bikəran fasilədən
qaçıb əl ələ verib
bərabər bir ulduz mu olacayıq ay dan ulduzum?


Baxıram bu şəbi fərağımda
pencərəmdən dışarı
hər kimsə öz munisilə
 qol boyun,
mənisə lakin
hicrınlə həm ağuşəm ay dan ulduzum.


Kimsəyə bu hicranidən
həmən atəşi suzanidən
bu şirin dərdi ponhanidən
söz açmaqmı olar
kimsımi inanar bu hicranıma ay dan ulduzum?


Yatmıram
dərdi hican yandırır,
yaxır məni
hətta sən belə …
 sən mənə inanmırsan ay dan ulduzum.


Hər gün sənə
dərdimi əyan edirsəm əyər
bir an
belə inanırsan mənə ay dan ulduzum?


Canimdə həm də ruhum da
minlər təəssüb küfrü var
min qorxu
min bəla
min ordu
qaçmaq mümkün deyil ay dan ulduzum.


Dayana bilmirəm ki hiç
qaçıb getməyi
uzaqlarda kəndimi
topraqa təslim etməyi bacarmıram ay dan ulduzum.


Nə üsyan aləmi vardır məndə
üsyangərlik pişə qılam
nə bir arif var içimdə
nə məcnun aləmi var məndə
nə həllac kimi dədrə dözüb, vəsli qazanma
nə xösrov  kübrası var məndə
yoxdur asımanımdə səndən sevay sitarəm ay dan ulduzum.


Etiraf etsəm əgər
bir zaman
şahi vucudidim özümə
gəl gedim, fikri xiyalım varidi
 indisə əzizim bir zəlil
bi xaniman
divanə
dəli
ağıl məndə qaçıb, qalmayıb əsəri
olmuşam bir sərsəri
dərdimi süylürəm
hey …
 sabahdan bəri
sən amma qaçırsan mandən ay dan ulduzum.



Bu səmada görəsən bir nuri umid
bir çirağı nuri sifid
bir həkimi təbib
dərdimə dərman taparmı ay dan ulduzum?


Çıx pərdeyi inkarıdən,
danma məni
gəl ver əlini eşqım əlimə
gəl qaçaq burdan
mənə tay ol dəli ay dan ulduzum.


Bilirəm
mən özüm təbibi həkiməm
həkim, lazim deyil mənə
dərdi bidərmanimə dərman
bir busəndir
lakin bilirəm
busə xiyalı
 bir vəsvəsə dir
busən girandır bilirəm
mənə bir tələdir ay dan ulduzum.


Qoy
ay baharın nişanəsi
ay canimın nəfəsi
ay novruzun gəlmə səsi
bax o xumar gözün güşeyi çəşmindən mənə
 baxışın dəvadır, dərdimi kəsədir
gəl, kəsmə bu nazi nəməti məndən ay dan ulduzum.


Ətraf dolu xarilə … bilirəm
sən, dolu iftixarilə … bilirəm
məni divaniyə yox çarə … bilirəm
etməliyəm dərdimi kəndimlə avarə … bilirəm ay dan ulduzum.


Əlim üzülsə əlindən dan ulduzum
ləbim ayrılsa ləbindən can ulduzum
gözlərim baxmasa bir an roxi siminivə
həyatım payanə çatar ay dan ulduzum.


Ləbi xəndanın dan ulduzum
çeşmi asımanın dan ulduzum
qulqun quneyi qulüzarın
qaçmır bir an xiyalımdan ay dan ulduzum.


Təbində …
giriftar olmayan varmı
ləbində …
çeşmi zarı olmayan varmı
yözləri fəda olub
o şuxi nərgisə
mənə tay divanə olmayanın varmı ay dan ulduzum.


Sən, bi-payan bəhr-sən
mənis, bir kiçik damla
sən,  asimani bi-kəransan
mənisə bir zərrə
sinisə xorşidsən
mənisə bir gərdə
qoy dolanım başına sənin mənzumeyi şəmsində ay dan ulduzum.


Nazlı mənzumədə
dolanır ətrafına
həddən şumarə heyranların
səndən ruzi alan iltimaslə baxanlarin
mənisə batmışam xaki rəhində toza
əcəba, şansım oyanırsa,
öpərsən məni bir gün ay dan ulduzum?


Qorxuram şəhpər açıb
uçasan, qaçasan
yoxsa fəryad çəkib
divanələr içində səs açardım
bir zərrəyi ahən olub
ahəni rubayan çatmağa nə var ay dan ulduzum.


Yiyərəm hər dəm ləbini
əmirəm cismindən tərini
şəhdi şəhvətlə
xiyalımda
tuturam hər iki əllərini ay dan ulduzum.



March  04. 2012
Sahat: 04:25

Ensafali Hedayat
Toronto- Canada




* * * *

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر