Məstlıq istərəm


Məstlıq istərəm

Birdə şərabi sifid-o sorx
içmən diyirəm sənə söz verirəm
həmişə içərəm, məst olaram
ləbləründən aldığım şərabilə mən
bundan dır məni həmişə məst görürsən
yoxsa bir qədəhlə məst olmam ey yar bülüsən.

piyalə dolu ya boş, bəhanə dir
çəkirəm başıma ta ətraf şad ola,
bunu sən ey yar bülüsən.

əğyarın çişmi sənilə mənim əlaqəmdədir
məsti şərab olub, xumar olub,
sənə baxmaq istirəm, ey yar bülüsən.

əğyari yozmaq, ortadan qovmaq gərəkir
səndə çək başa, məst olaq,
cəmidə tək olaq, ey yar bülüsən.

sənilə tək olmaq istərəm, hər sübhü şam
istərəm səni məst-o
aqil olam müdam ey ayr bülüsən.

cami şərabı əldən qoyub
uzaqlaşma məndən ey nazənin
məst ol, qaçaq cəmidən mənə tay, ey yar bülüsən.

məst olmasam bu dərdimi necə daşıram
demə bəsdir, məst olma,
xoşdur mənə, dərmanimdür ey yar bülüsən.

gər çi sən sevirsən mənilə hicranı, fasiləni, ayrılığı
mənisə məst olam ya aqil
yalvarıram sənə “getmə!” diyə ey yar bülüsən.

məst olduqca dərindən sevirəm səni
sənin eşqin dəryasına dalıram
sənilə birləşirəm ey yar bülüsən.

şərab bəhanədir sənilə olan əlaqəyə, atəşə
qoy içim şərabı hey
sevirəm bu atəşi ey yar bülüsən.

şərabın əsərin dərinlədər ləbivin atəşin busələri
ver busə hey, qoy ziyarət edim
kəbeyi ləbivi ey yar bülüsən.

iç mənə tay məst ol, qoy çeşmin daha xumar olsun
məni bitab, bitablaşım, əfasanə olum
sənə ey yar bülüsən.

şərəfim yoxdur içməsəm hər gün çeşmindən şərab
təlxü şirinin içəm içmiyəm
sənin çəşmi şərabından məstəm ey yar bülüsən.

zindana salma İnsafi qoy məst olsun dayıma
məstlik ona bəhanədir
sənin üçün səcdəyə ibadətə ey yar bülüsən.


Ensafali Hedayat
Toronto – Canada
Saturday, March 10, 2012
Written on paper: 11:24
First edit: 12:53



***     ***     ***

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر