İran -Azərbaycanlı universitə tələbəsinin üç illik həbs hökmü icriyə keçdi
.
İran -Azərbaycanlı universitə tələbəsinin üç illik həbs hökmü icriyə keçdi
Savalan səsi veb xidmətinin yayadığı xəbərə görə İran Azərbaycanlı Gəmi düzəltmək (mühəndisliyi) tələbəsi Məcid Makuyi İsfahanda tutuldu və Təbriz zindanının mali bölümünə göndərildi.
Tələbələrin Əmi Kəbir saytı da bu barədə məlumat verib.
Məcid Makuyi , İranın dörd illik hərbi universitəsində gəmiçilik dərsi oxuyub, qurtarmışdı. O Lisans dərəcəsi almaq üçün, İsfahanda Maliki Əştər Universitəsinə getmişdi.
Savalan səsi Məcid Makuyinin bir ailəsinə yaxın bir mənbəyə istinadən bildirir ki, Makuyini, İsfahanda, İttilaat idarəsinin məmurları tuturlar. Onu təyyarəynən, Təbrizə gətirirlər və Təbriz zindanına təhvil verirlər.
Məcid Makuyi İran Azəri tələbələrinin fəallarından biridir. O, keçən Yay da, 7 digər Təbriz Universitəsinin azəri tələbəsilən bərabər tutulub ve həbsə salınmışdılar. Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcifi, o cümlədən idilər.
Onlar, o zaman, bir müddət, İttilaatin bir nəfərlik hücrələrində qaldılar. Əmniyyət məmurları onları istintaq altında saxladılar. Onları cismi və ruhi işkəncələrə də məruz qoymuşdular. Onlardan öz əleyhlərinə etiraf Almağa və sənəd toplamağa çalışdılar. Sonra oları İnqilab Məhkəməsinə təslim etdilər.
İnqilab Məhkəməsinin birinci şobəsi, “Həmlibər” hakimin başliğiylən, onları muhakimə edib və bir il lazim və iki il də muəlləq həbsə məhkum etmişdi. O hökmə etiraz olsada, ikinci məhkəmə həmən hökmü təyid etmişdi.
Nəzərə gəlir ki indi onu tutublarki həmin bir illik həbsə salsınlar. Bir ay yarım bundan əvvəl də, Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcifini tutub və zindana salmışdılar.
Makuyinin üç ittihamı “qanundan kənar olan qrup təşkil edib və idarə etmək”, “Əmniyyəti pozmax” və İslam Cumhuriəti ziddinə təbliğat aparmax” dir. Amma, nəhayətdə, hakim Həmlibər onu “Azərbaycan Tələbələrinin Hərəkətı” ünvanındada ki bir veblogı yaratması və idarə etməsi ittihamı ilə onu məhkum etmişdi.
Keçən günlərdə, Azəri tələbələrinə basqi daha da çoxalıbdır. O cümlədən bir neçə universitə tələbısinə dərs oxumaq izni verilmeyib.
Comments
Post a Comment