Posts

Showing posts from January, 2010

چند میلیون تومان جایزه

Image
چند میلیون تومان جایزه مسابقه برای نوشتن نرم افزارهایی برای ترجمه زبان ترکی آذربایجانی به دیگر زبان ها از همه دانشجویان و متخصصان رشته نرم افزار نویسی دعوت می شود تا در مسابقه نرم افزار نویسی برای ترجمه متون ترکی به دیگر زبان ها، شرکت کنند: 1.ترجمه متون کوتاه یا بلند زبان ترکی (با الفبای فارسی یا عربی) به زبان فارسی 2. ترجمه متون کوتاه یا بلند زبان فارسی به ترکی با الفبای فارسی 2. ترجمه متون ترکی از الفبای فارسی یا عربی، به ترکی با الفبای لاتین 3.ترجمه متون ترکی به زبان های فارسی و عربی از الفبای لاتین 4. تبدیل آدیوها یا صداهای ترکی به نوشتار ترکی با الفبای فارسی 5. تبدیل آدیوها یا فایل های صوتی ترکی به فایل های نوشتاری ترکی با الفبای لاتین 6. تبدیل فایل های آدیو به نوشتار ترکی (هم زمان یا زنده) با دو الفبای فارسی و لاتین علاقه مندان به شرکت در این مسابقه، می توانند با انصافعلی هدایت در شهر تورنتو، در کانادا تماس بگیرند. شماره تماس تلفنی: 0014164978070 تماس از طریق ایمیل: Hedayat222@yahoo.com موفق باشید

Təbrizdə fars dili konfransının keçirilməsi soydaşlarımızın etirazına səbəb olub

Image
İnsafəli Hidayət: “Konfransda İran adlanan yerin qonşuluğunda yerləşən dövlətlərdə fars dilini yaymaq üçün pul xərclənməsi, xarici dövlətlərə fars dilli müəllimlərinin göndərilməsi və həmin ölkələrdə fars dilini bilənlər üçün bu dili daha yaxşı öyrənmək imkanlarının yaradılması istənilib” Fars dili və ədəbiyyatının inkişafı məqsədilə dördüncü konferans Təbriz şəhərində keçirilib. Ancaq Güney Azərbaycanın bir çox təşkilatları, ziyalıları belə bir əhəmiyyətsiz tədbirin Təbrizdə keçirilməsini kəskin şəkildə pisləyiblər. Hazırda Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət yazır ki, bu konfransda da fars dilini daha çox yaymaq haqda 130 məruzəçi və alim çıxış edib. Tədbirdə bir neçə maddəlik qərar qəbul olunub: "Həmin qərarda qeyd edilir ki, fars dili neçə min illik dildir və “iranlılar”ın milli kimliklərinin əsasnı təşkil edir. Bu dil İran adlanan yerin milli birlik və bütövlüyünün səbəbbidir”. Toplantıya qatılanlar İran adlanan yerdən özünün hər hansı böyük ...

ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR

Image
İRANIN 7 NARAZI YAZIÇI və JURNALİSTİ BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB. ONLARIN ARASINDA AZƏRBAYCANLI DA VAR 2007-02-07 - 17:24:00 İranın 7 narazı yazıçı və jurnalisti beynəlxalq «Hellmən-Həmmet» mükafatına layiq görülüb. «Media forum» saytı «Hyuman Rayts Votç» təşkilatının fevralın 6-da yaydığı məlumata istinadən xəbər verir ki, dünyanın 22 ölkəsindən bu mükafata layiq görülən 45 yazardan 7-si İrandandır. «Hyuman Rayts Votç»un Orta Şərq bölməsinin direktoru Sara Li Vitson mükafata layiq görülmüş iranlı yazarlar haqqında deyib: «2006-cı il iranlı yazarlar üçün çətin il olub. Onlar nəşr sahəsində tətbiq edilən və çoxlu məhdudiyyətə səbəb olan ağır qanunların hakim olduğu bir şəraitdə işləmək məcburiyyətində qalıblar. Onların bu qədər məhdudiyyət və təzyiq altında əldə etdikləri yaradıcılıq uğurlarının dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət daşıyır». «Media forum» saytının məlumatına görə, mükafatı qazanan yazarlar arasında azərbaycanlı jurnalist İnsafəli Hidayət də var. İnsa...

Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýb

Ýki azərbaycanlý jurnalist beynəlxalq insan hüquqlarý mükafatý alýb Əbülfəzl Paþaoðlu Ýki azərbaycanlý jurnalistə beynəlxalq insan hüquqlarý mükafatý veriblər. Bunlar Ýran Azərbaycanýndan olan Ýnsafəli Hudayət və Həsən Zarezadədi. Mükafatý «Human Rights Watch» və «Hellman Hamett» insan haqlarý təþkilatlarý verib. Bu mükafatý hər il dünyada repressiyalarla üzləþən ən fəal jurnalist, yazýçý və þairə təqdim edirlər. Mükafatlarý yazarlara repressiyalara sinə gərməkdə kömək üçün verirlər. Ýnsafəli Hidayətin təqdimatýnda deyilir ki, 41 yaþlý jurnalist insan hüquqlarý ilə baðlý yazdýðý yazýlara görə həbs olunub. Həbs müddətinin 74 gününü təkadamlýq kamerada, 18 ayýný isə adi rejimli koloniyada keçirən Ýnsafəli Hidayət məruz qaldýðý iþgəncələri memuarlarýnda əks etdirib. Hazýrda 29 yaþý olan Həsən Zarezadə bütün çətinliklərə baxmayaraq dayanmadan yaþadýðý ölkəndə insan hüquqlarýnýn tapdalandýðýný ifþa edib. Elə buna görə də 2003-cü ildə 8 ay Ýranýn dəhþətli Evin həbsxanasýnda saxlanýlýb. O, 20...

"Onların əksəriyyəti azərbaycanlılardır"

"İran həbsxanaları siyasi məhbuslarla doludur" İnsafəli Hidayət: "Onların əksəriyyəti azərbaycanlılardır" İran 2007-ci ildə edam cəzasının tətbiqinə görə dünya dövlətləri arasında yerini qorudu. Yəni fars-molla rejimi Çindən sonra öz vətəndaşlarını dara çəkən ikinci ölkə olaraq qalmaqda davam edir. Ötən il bu ölkədə 271 nəfər edam olunub. Ancaq dara çəkilənlərin sayının 300 nəfərdən çox olduğu barədə də məlumatlar var. Bunu Kanadada mühacirət həyatı yaşayan güneyli jurnalist İnsafəli Hidayət bildirib. Onun sözlərinə görə, bu insanlar şəhərlərin mərkəzi meydanlarında yerli camaatın gözü qarşısında dara çəkiliblər. Real Bunların arasında siyasi məhbuslar üstünlük təşkil edir: "Axı İranda öz tarixi torpaqlarında yaşayan qeyri-fars millətləri öz milli və mədəni hüquqlarının bərpa etmək uğrunda mübarizə aparırlar. Ona görə də ölkə həbsxanaları siyasi məhbuslarla demək olar doludur. Onların da əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Ancaq ötən il ərzində bir n...

İranda müxalifət mübarizəsini davam etdirir

İranda müxalifət mübarizəsini davam etdirir 04/11/2009 İranda ABŞ səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümü münasibətilə cərəyan edən gərginlikləri şərh edən İnsafəli Hidayət cəmiyyətdə anti-rejim ruhunun hələ də güclü olduğunu bildirib. Onun sözlərinə görə mübahisəli seçkilərdən bir neçə ay ötməsinə baxmayaraq, insanlar hələ də demokratik hüquqlarının pozulmasından qəzəblidirlər. Cənab Hidayət bildirib ki, bu gün Tehranla bərabər Təbrizdə də tələbələrin nümayiş keçirməyə cəhd göstərməsinə dair ona məlumatlar daxil olub. Onun dediyinə görə polislə toqquşmadan sonra tələbələr universitetə çəkiliblər. Müxalifətin tərkibi haqda danışarkən cənab Hidayət burada əsasən 30 yaşından aşağı gənclərin çoxluq təşkil etdiyini bildirib. Eyni zamanda müxalifət hərəkatının sıralarında İslam rejiminin sabiq görkəmli xadimləri yer alıb. İranda siyasi mübarizənin yeni mərhələyə daxil olduğunu qeyd edən İnsafəli Hidayət bir çox insanların artıq İslam rejiminin legitimliyini sual altına aldığını...

"İran İslam inqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb"

Image
"İran İslam inqilabına bəslənən ümidlər çoxdan boşa çıxıb" İnsafəli Hidayət: "Dini rejim bərqərar olduqdan sonra Xomeyni keçmiş tərəfdarlarını, siyasi rəqiblərini əzməyə başladı" Tofiq Türkel: "İslam inqilabından sonra da Azərbaycan türklərinə qarşı repressiv münasibətin dəyişməyib" Turqut Bu həftə İran İslam İnqilabının 30-cü ildönümü tamam oldu. Rejimin ölkə daxilində və xaricində yeritdiyi siyasət beynəlxalq gündəmdə başlıca yerlərdən birini tutur. Aparıcı Qərb dövlətləri İranın nüvə proqramından və terrorizmə sponsorluq etməsindən dərin narahatlıq keçirir. Digər tərəfdən, İran daxilində ölkənin etnik azlıqları və qadınlarla rəftar insan hüquqları təşkilatlarının müntəzəm qınaqlarına tuş gəlir. İnqilabın irsini və İran cəmiyyətinə təsirlərini öyrənmək üçün Kanadada yaşayan güneyli jurnalist İnsafəli Hidayət və tarixçi Tofiq Türkelə müraciət etdik. Güneyli jurnalist İnsafəli Hidayət inqilabda Azərbaycan türklərinin oynadığı roldan danışaraq bildirdi ki, ...

BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edib

Image
BMT-də təmsil olunmayan xalqların forumunda İran azərbaycanlıları da iştirak edib Salı, 01 Aralık 2009 İnsafəli Hidayət İşveçrənin Cenevrə şəhərində BMT-də təmsil olunmayanxalqların nümayəndələrinin iştirakı ilə forum keçirilib. Əməkdaşımız İnsafəli Hidayət Həmin tədbirdə iştirak edən Əlirza Nəzmi Əfşarla söhbət aparıb. Söhbət zamanı Nəzmi Əfşar deyib ki, 65-70 millət və ya təşkilatın iştirak etdiyi forumda bu xalqların yaşadığı dövlətlərin nümayəndələri də iştirak edirdi. O deyir ki, Cenevrədə keçirilən konfransa İrandan da bir çox xalqın nümayəndəsi qatılmışdı: “Ərəblərdən bir, kürdlərdən iki qrup, bəluclardan iki qrup, Lor və bəxtiyarılərdən nümayəndələr var idi. İran türk və azərbaycanlılarını isə mən təmsil edirdim”. Cənab Əfşarın sözlərinə görə, forumda İrandan 3 yüksək vəzifəli rəsmi də iştirak edirdi.O deyir ki, xalqların nümayəndələri öz sözlərini deyir, rəsmi tərəf isə buna öz mövqeyini bildirirdi: “Mənim orada iki tələbim var idi. Birinci bu idi ki, İran Konstitusiyasına...

‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’

Dəyirmi masa: ‘İranda prezidentliyə namizədlər və Azərbaycanlılar’ İnsafəli Hidayətin sözlərinə görə, ancaq son 20-25 ildə Musəvinin siyasətdən uzaq qalması insanların onun haqqında pis xatirələrinin olmaması ilə nəticələnib ki, bu da onun reytinqini yüksək saxlayır. Dəyirmi Masa söhbətinin digər iştirakçısı millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə diqqəti son zaman iranda azərbaycanlıları təhqir edən görüntülərə “Mahmud Əhmədinejad İranın ABŞ-la yaxınlaşma siyasətini həyata keçirəcək siyasətçi görüntüsünə malik deyil” Bu sözləri bu gün Amerikanın səsi radiosunda “İranda prezident seçkiləri və namizədləri seçki kampaniyası” mövzusunda keçirilən dəyirmi masa söhbəti zamanı Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət deyib. Onun sözlərinə görə, dünyadan təcrid olunmuş İranın xarici siyasətində dəyişiklik etməyi düşünən hakimiyyətinin yeni liderə ehtiyacı var. Cənab Hidayət əsas mübarizənin Mirhüseyn Musəvi ilə Mehdi Kərrubi arası...

Amerikanın səsinə müsahibəsi

Image
İnsafəli Hidayətin Amerikanın səsinə müsahibəsi Kanadada yaşayan Güney Azərbaycanlı jurnalist İnsafəli Hidayət İranda cərəyan edən son hadisələrlə bağlı Amerikanın səsinə müsahibə verib Sual: İranda etiraz aksiyaları zamanı həbs olunanlardan 140 nəfərin azadlığa buraxıldığı bildirilib. Sizcə bu nə ilə bağlıdır? Cavab: Ötən bir həftə ərzində Ayətulla Haşimi Rəfsəncani bir növ barışıq üçün rəhbərdən istədi ki, tutulanlar azadlığa buraxılsın. Daha sonra Mir Hüseyn Musəvi çıxışında dedi ki, bu məsələni həll etmək lazımdır. Onların həbsxanada saxlanaraq, işgəncələrə məruz qalması düz deyil. Bundan başqa da dünyanın ən azı 50 ölkəsində insanların azad olunması çağırışları ilə aksiyalar keçirilir. Bütün bunların müəyyən təsiri olub. Sual: İranın ali dini rəhbərinin Kəhrizad həbsxanasının bağlanması barədə göstərişi və bundan sonra cərəyan edən hadisələr barədə nə deyə bilərsiniz? Cavab: İranda iki cür həbsxana var. Birincisi, ədliyyə sisteminin nəzarətində olan həbsxanalar. İkincisi isə, təhl...

Tehranda siyasi təlatüm

Image
Tehranda siyasi təlatüm Müəllif: DAK 2010-01-02 Qabil Hüseynli: “Mübarizə artıq qanlı müstəviyə keçib” İnsafəli Hidayət: “Artıq nümayişçilərə qarşı ağır silahlanmış polis və ordu qüvvələrindən istifadə edilməsi nəzərdən keçirilir “ Bitməkdə olan 2009-cu il İran adlanan yerdə təlatümlü keçdi. www.D-A-K.org –a daxil olan məlumata görə, iyunda keçirilən prezident seçkilərinin ardınca aparıcı islahatyönümlü namizəd Mirhüseyn Musəvinin tərəfdarları seçkinin nəticələrinin saxtalaşdırıldığını əsas tutaraq kütləvi nümayişlərə başladılar. İlin sonunadək isə artıq seçki etirazları İran adlanan yerdə nəhəng anti-rejim hərəkatına çevrilmişdi. Elə ötən günlər ərzində ölkədə azadlıqsevər insanlar islamçı rejimin polis qüvvələrilə üz-üzə gələrək itkilər verdilər. Şiddətli siyasi basqılar isə ölkədə hələ də davam edir. Hadisələri şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, İran adlanan yerin xalqı rejimdən ciddi şəkildə narazıdır və illərdən bəri artan narazılıq özünü iri şəhərlərin küçələrind...

“Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər”

İnsafəli Hidayət: “Musəvi məhkəməyə cəlb olunsa, İranda yeni etiraz dalğası başlaya bilər” Böyük Bölünməz Qafqaz (4.07.2009) “Tehranda yaşayan azərbaycanlılar etiraz aksiyalarında fəal iştirak edib”. Bu sözləri kanadada yaşayan İran Azərbaycanlı Jurnalist İnsafəli Hidayət redaksiyamıza müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Urmiyədə və Təbrizdə də onlarla insan həbs olunub. Cənab Hidayət deyir ki, azərbaycanlılar İrandakı etirazların mühüm bir parçasıdır. O hesab edir ki, Azərbaycan siyasiləri gərək indidən çalışsınlar ki, bu hərəkatın yalnız farsların adı ilə bağlı olmasının qarşısını alsınlar. İnsafəli Hidayətlə müsahibəni səsli faylı yükləməklə dinləyə bilərsiniz. VOA http://3view.az/articles/3805/1/

İnsafəli Hidayət «Azadlıq» radiosunda

Image
XƏBƏRLƏR İnsafəli Hidayət «Azadlıq» radiosunda Səs: Real audio Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Çərşənbə günündən başlayaraq İran Azərbaycanının tanınmış jurnalisti İnsafəli Hidayət «Azadlıq» radiosunun müxbirlər qrupuna qoşulur. O, müntəzəm şəkildə İrandakı azərbaycanlıların həyatı haqqında xəbər və məlumat verəcək. İnsafəli Hidayət 2004-cü ildə Təbrizdə «xarici KIV-lərə məlumat verdiyi» üçün 18 ay müddətinə həbs edilib. Daha sonra «İran xalqına və İslam Respublikası rəhbərliyinə açıq məktubu»nda İran azərbaycanlılarına edilən təzyiqləri ifşa etdiyinə görə, yenidən məhkum olunub və işgəncələrə məruz qalıb. İnsafəli Hidayət İran azərbaycanlıları arasında cəsarəti və jurnalist məharətiylə seçilir. http://www.azadliqradiosu.az/archive/news/20060208/1/1.html?id=155096

İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir

Image
Siyasi mühacir İnsafəli Hidayət İranda milli fəalların üzləşdikləri təqibləri təsvir edir 13/06/2007 انصافعلی هدایت ایله مصاحبه - انصافعلی هدایت ایله مصاحبه Hazırda Kanadada siyasi mühacirətdə olan müstəqil jurnalist İnsafəli Hidayət İran Azərbaycanında milli fəalların məruz qaldıqları təqiblərdən və həbsdə ikən üzləşdikdləri sınaqlardan danışıb. O həmçinin edam cəzasına məhkum edilmiş fəal Hüseyn Füruhudə haqda öz bilgilərini açıqlayıb. Səs fiylını Radiyonon oz sitəsində dinliyəbilərsiniz: http://128.11.143.120/azerbaijani/archive/2007-06/2007-06-13-voa9.cfm?textmode=0

2007 İran üçün uğurlu il olmayıb

Image
Jurnalist Insafəli Hidayət: 2007 İran üçün uğurlu il olmayıb 08/01/2008 Insafəli Hidayətlə müsahibə- - Yükləmək (MP3) http://www.voanews.com/mediaassets/azerbaijani/2008_01/Audio/mp3/INSAFELI_IRAN%20080108.mp3 Insafəli Hidayətlə müsahibə- - - (MP3) Kanadada yaşayan İran Azərbaycanlı jurnalist İnsafəli Hidayət Bulud Mehmandarlıya verdiyi müsahibəsində 2007-ci ildə İranda baş vermiş başlıca hadisələri şərh edib

İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq'

İnsafəli Hidayət: 'Xatəminin çağırışına məhəl qoyulmayacaq' By Emil Quliyev 21/07/2009 VOA Azerbaijani Radiosuna: Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Bu gün isə İranda 1952-ci il hadisələrinin ildönümüdür. İranda baş verən son hadisələr barədə Kanadada yaşayan azərbaycanlı jurnalist İnsafəli Hidayətlə müsahibə aparmışıq. Sual: Dünən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə hökumətin legitimliyinə dair referendum keçirilməsinə çağırıb. Sizcə, bu çağırış bir növ hökumətin qanuniliyini sual altına qoymurmu? Cavab: İran qanunları əsasında ümumi çağırışlara imkan verilir. İran qanunları icazə verir ki, parlament üzvlərinin üçdə birinin imzası ilə belə bir çağırışlar olsun. Məhəmməd Xatəmi böyük bir adamdı, İranın keçmiş prezidentidir və siyasətdə böyük rola malik olduğu üçün belə bir çağırış edib. Ancaq bu, qeyri-adi bir çağırışdır. Bunu İran rəsmiləri həyata keçirmək istəsəydi, elə seçkilərin nə...

İnsafəli Hidayət: 'Azərbaycanlıların Tehrandakı hadisələrə dəstəyi az oldu'

Image
Insafali Hidayat 03/08/2009 VOA Azerbaijani Radiosuna: Kanadada yaşayan İran azərbaycanlı jurnalist İnsafəli Hidayətlə "Etnik azlıqların, xüsusilə də azərbaycanlıların Tehranda cərayan edən hadisələrə təsiri" mövzusunda müsahibə aparmışıq Sual: İranda prezident seçkilərindən sonra etiraz nümayişləri zamanı həlak olanların xatirəsi anıldı. Ölənlərin 40-nın qeyd edilməsi üçün azərbaycanlılar nə kimi tədbirlər təşkil edib? Cavab: Azərbaycanlılar İranın hər yerində olduqları üçün tam bəlli deyil. Ancaq Ürmiyə şəhərində dəqiq demək olar ki, azərbaycanlıların bir çoxu küçələrə çıxaraq, şüarlar səsləndiriblər və ölənlərin xatirəsini yad ediblər. Paytaxt Tehranın özündə küçələrə çıxanların çoxu türklərdi. Hətta ölənlərin də bir çoxu, o cümlədən gənc qız Neda Ağasultan türkdü. Habelə orada, tutulanlar, Təbrizdə həbs edilənlər hələ də azad olunmayıbdır. Hər halda, deməliyəm ki, Azərbaycan mahallarında Tehranda baş verən bu hadisələrə çox az dəstək oldu. Sual: Həqiqətən də başqa yerlə...