Bir Ərdəbilli siyasi və mədəni fəali Təbrizin İttilaatına verdilər


Ərdəbilli siyasi və mədəni fəal, Dariyuş Pərvanə, Ərdəbil iyalətinin İttilaat İdarəsindən Şərqi Azərbaycan iyalətinin İttilaat İdarəsinə verildi. Bu fəalın istintaq yerinin deyişılməsi AZOH (Azərbaycan Öyrəni Hərəkatı), Təbriz Səsi və Qırmızı kimi vebsaytlarda yayılıb.

Dariyuş 15 gün əvvəl və Tir ayının 12 (Julay 02) Ərdəbil şəhərində İttilaat məmurları vasitəsilə tutulub və istintaq üçün həbsə atılmışdır. O, bir az müddət Ərdəbildə saxlanılandan sonar, Təbrizin İttilaat idarəsinə verilib ta ondan daha dərin istintaq olunsun və habelə ayiləsindən uzaqlansın.

Bu siyasi və mədəni fəalın ayiləsinin çalışmaları sonuca oturub və onlar Dariyuşla Təbrizin Mərkəzi Zindanında yerləşən 37 nümrəli İttilaatın otağında görüşüblər. 37 nümrəli otağ, İttilaat İdarəsinin zindanda kı otağıdır. İttilaatda məhbus olan siyası və Əmniyyəti məhbuslar orda ayilələrilə görüşərlər və bəzi siyasi fəallar orda ittilaatın qıssa istintağına cavab verərlər. 

Dariyuşun ayiləsilə bu otaqda görüşməsi bu anlamdadır ki, onun istintaqının hələ davamı olacaq.
Təsdiq olmayan raporlar (guzarişlər) göstərir ki, Dariyuşun bir sürü ittihamı var ki, onlara cavab verməlidir. Bu ittihamların başında gələnlərdən, “Azərbaycançılık”, “pan-türkism” və “seperatçı ya təcziyə tələblıq”- liki ittihamlardan ibarətdirlər.

Qeyd olur, İranın əmniyyət və təhlükəsizlik quvvələrinə lazim deyil ki bir adamı müttəhəm etmək üçün ona dəlil və sənəd gətirsinlər bəlkə, ittihama məruz qalan adam məcburdur öz gunahsızlığın sabit etsın yoxsa günahkardır.

Bu qanunsuzluqla mübarizə amacilə, İranın geçmiş prezidenti, Seyid Məhəmməd Xatəmi zamanında “Vətəndaşlıq huquqları” adlı bir qanun təsvib oldu ki, onun əsasına İttilaat İdarələri və hər hankı təhlükəsizlik quvvələr məcbur oldular hər kimsəni tutmaq üçüm məhkəmənin əmrin daşısınlar və məruz qalan ittihamlar atydın olsun və ittihamlardan qeyri soru sorulmasın və habelə tutulan harda saxlanırsa ayilə üzvlərinə xəbərdarlıq olsun amma əldə olan xəbərlərdən bəlli olur ki, səggiz il o qanunun təsvibindən geçməmiş, Vətəndaşlıq Qanunu məmurlar  ayaqları altında əzilib.



*   ***    ***   ***    *

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر