İranın nufusu 75 milyonu aşdi



İranın istatistika ya Amar Mərkəzinin rəyisi, Adil Azər, İranın əhalisinin sayın 75 milyon 149 min 669 nəfər elan etdi. İran nufusunun sayılması hər 10 ildən bir dəfə tikrar olmalıdır amma geçən il bir qanun təsvib oldu ki istisna olaraq, 5 ildən sonra və geçən il əhali yenidən sayılsın. Bu iş o zaman lazim göründü ki, İran prezidenti, Mahmıd Əhmədinəjad İran əhalisinin nufusunun çoxalmasın tələb etmişdir. 

Bu xəbərə əsasən İranıların nufus sayı altı il əvvəl 1385 (2006) 70 milyon 495 min 782 nəfəridi ki bu beş il ərzində 5 milyon 253 min 887 nəfər qalxıb və bu o demək dir ki, geçən beş ildə, hər il 1 milyon 50 min 777 nəfər İran nufusuna əlavə olub. 

75 milyon 149 min 669 nəfərin 50.5 fayızı kişi və 49.6 xanimdır. Həmən mənbəyin verdiyi məlumata dayanaraq, əhalinin 28.5 fayızı kəndlərdə və 71.5 fayızıda şəhərlərdə yaşırlar.

35 il bu sayılışdan əvvəl yəni 1355 (1976) ildə İranda 33.7 milyon adam varımış ki indi 75.1 milyona çatıb və bu o anlamdadır ki, geçən 35 ildə İranlıların nufusuna 41 milyon 400 min nəfər çoxalıb. 35 il əvvəl hər 100 xanımın qarşısında 106 kişi varımış ki, indi 102 kişiyə yenib. 

Jəmiyətin çoxalmasına baxmayaraq, ayilə üzvü kiçilib. 35 il əvvəl hər ayilədə 5.2 üzv varımış  indisə 3.55 üzvə var və bu səbəbdən dolayı altı il əvvəl iranda 17 milyon 500 min ayilə varımış ki, indi 21 milyon 185 min 647 ayiliyə çatıb. Yəni bu beş ildə 3 milyon 685 min 647 yeni ayilə qurulub. 

İranın nufus artımı beş il əvvələ gora yenə enib və 1.62 fayızdan 1.29 fayiza düşüb. 

Nufusun sayının çox artan yeri Buşehr və Əlborz iyalətləri dir. Nufusun artımı Buşehr-də 3.11 fayız və Əlborz ya Kərəc-də 3.04 fayızdır. 

Bunlarla qarşıda Ərdəbil iyalətinin nufusu dur ki, İranın ən az çoxalan yeridir və nufusu 0.33 fayız çoxalıb. 

Həmən məlumata əsasən 56 il əvvəl (1335 ya 1956)-da iranda 201 şəhər varımış ki, geçən ilədək 1331 şəhərə çoxalıb. Bu şəhərlərin içində səggiz şəhərin nufusu bir milyondan çoxdur. Bu şəhərlər Tehran, Məşəd, Kərəj, İsvahan, Təbriz, Şiraz və Qum şəhərlərindən ibarətdirlər və o cür ki, görünür Azərbaycan şəhərlərindən təkcə Təbrizin adı var.

Bunlan beylə ki, Amar ya İstatistika Mərkəzinin rəyisi, Adil Azər iddia edib ki, İranlıların yüzdə 93.2 fayızı savadlıdılar amma əlavə edib, 5 milyon 400 min nəfərin universitə və din məktəbləri həddində savadları var. 

Buna əsasən xanimların savadlıq fayızı kişilərdən çoxdur. Kişilərin yüzdə 18.2 fayızı və xanımların 18.4 fayızı danişgahda oxurlar ya dərslərin qurtarıblar.

Önəmli budur ki, İranın 75 milyon 149 min 669 nəfərindən 11 milyon 221 min nəfərinin əli internetə çatır.



*      ***      *****    ***    *

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر