Şəhid Qacar Şahı Nasiriddinin Xatirələrin Təhrif Ediblər

 

Şəhid Qacar Şahı Nasiriddinin Xatirələrin Təhrif Ediblər



Salamlar. 


Mən bu yazını oxudum. Yazı daha gözəl olabilərdi, bu şərtlə ki çevirmən ya tərcüməçi Şahın zamanasi ilə indiki zamanı bir birinin içinə soxub, tarixi lilləndirmasaydı. 

Məsələn,burada  şəhid şahın dilicən tarix yazır amma buna gora ki tarixi düz yazmasin, o günkü tarixdən çıxır bu günə gəlir.

Baxın tarixi necə dəyişdirir. Yazır "Mayın 29-da şah gərbə doğru yola çıxaraq, bu günkü Almanlya, Böyük Biritanya, fransa, İsveçrə, İtalya, Yunanıstan və Türkiyeni gəzib, İrana geri dönəndə isə Gürcüstandan geçib."


Bu cümlələrə baxılıb. “Mayın 29-da şah gərbə doğru yola çıxaraq, bu günkü …” 

Sormalıdır niyə bu günkü məmləkətlərin adın yazdın?

 Niyə demədin ki Şah Usmanlının cürbəcür məmləkətlərindən getdi? 

Nədən onların adların yazmadın?

Sormalı niyə yazmadın ki o zaman bu günkü Yunanıstan, Türkiyə və Gürcüstan diyə bit yer yox idi.

Burada bu günkü Ermənistan və Azərbaycandan da söz etmir. 

Niyə?

Çenke o zaman Ermənistanda yox jdi. Azərbaycan Cümhuriyyəti də Rus işğalı altındaydı.

Daha bir başqa bölümdə şahın sözündən fərqili sonuc əldə edir və şaha sıralamada çalışır.

Yazır “Avqustun 29-da Şah qatarla Tiblisiyə çatır. Göründüyünə görə, şəhərin görüntüsü onun xoşuna gəlmir.” bu cümlə çevirməyin əldə etdiyi sonuc dür.

İndisə Şahın dırnaq arası yazdığı sozlərə baxılıb. “50 il əvvəl bu şəhər bərbad və çirkli idi.”

Yəni indi 50 il öncədən daha gözəl anlamına gəlməz mi?


Bu qədər yetər

Sayqılarımla

İnsafəli Hidayət 




Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر