Tuesday, September 8, 2026

Azərbaycan Türkcəsinin Online Təhsil sistemi

 Azərbaycan Türkcəsinin Online Təhsil sistemi




Yirmi birinci əsrdə, riqabət daha sıx və hər kəsə əlverişli amma daha ucuz olmali dır. Çün bu əsridə dünya bir kənd kimi olub. Hər kimsə, bu kəntdə əlin hara və nəyə uzadərsa anında ucuz şəklində bulmalı, yoxsa yüzlər başqa seçənəklər var.

Dil və Azərbaycan Türkcəsidə buna uyqun olmalı dır yoxsa başqa dillərlə yarışda, öz adamların belə uduzar.

Bu əsrin gətirdiklərindən biridə “online”, sadə və ucuz təhsil sistimi dir.

İndi devlətlər yox, bəlkə böyük şirkətlər online təhsil işinə girmişlər və dünyadan milyonların beyinlərin əllərinə almış, insanları çox amma dərdə dəyməz məlumatlarla yormadan, təhsil verib, uzman edirlər.

“Coursera”, “edX”, “Udacity”, “Khan Academy” və “Skillshare” kimi 24 online universitetler var ki minlər sahədə təhsil verirlər.

Coursera Google-in üniversiteti dir.

Təbii ki bunlarda təhsil alanların başqa dildə savadları var və bu dili iş üçün, tehsil üçün yada Turist amaçlı öyrənmək istirlər. 

Google ilə müzakirə aparıb, onun istandartlarına uyqun Azərbaycan Türkcəsinin təhsilin bir neçə səviyyədə yaratmaq olar. 

Google olmasada “Youtube” ya digər pılatformalarda, sitələrdə də online təhsil üçün lazim olan sistimi yaratmaq mümkündür.

 Məsələn 10-12 sahatlıq Coursera da alfabetdən başlayaraq, Yazıb oxumaq, qıssa hikayə ya xəbərləri yazıb oxumaq, Yanlışlıkların fərqinə varmaq kimi yetərli olar. Hər dərsde neçə defə imtahan alınar. Dövrənin sonunda da həmən dərsə gora bir diploma verir ki o adamın iş rezöməsinə daxil olsun.

Bəlkə birisi istər ki Şəhriyar şünaslıq, Nizamı şünaslıq, Qəzəl, Məsnəvi, Kilasik ədəbiyyat, Hikayə və navel yazmaq və sairə kimi işlək sahələri öyrənsin. Dünyanın hər yerində bunlara olan maraqlara çox ucuz cavab verilər.

Güney Azərbaycan Türk milləti, habelə İran adlı siyası varlıqdan 40 milyondan çox Türk var kı öz anadılındə təhsil alınmır. İran-fars devləti Türk dilinin rəsmi olması və təhsil sistemində yer alması ilə düşmənlik aparır.

İstər istəməz o 40 milyon farslaşmaya və İran-fars dili və siyasi maraqlarına sürükləyəcək dir.

Bu milləti öz kimliyində saxlamaq amacla ən azından böyük platformalarının birində bir neçə sahədə Türkcənin ədəbi dilinin ən aşağadan uzmanlıqa dək təhsil sistimi yaranmalı və hər dövrənin sonunda dimloma verilməli dir.

Bu sistim Quzey Azərbaycanlı yada Güney Azərbaycanlı biletlərin əlində olursa, İran-fars sistemi ona qarşı çıxar və bir çox Türk o dərsləri oxumaqdan üz çevirər.

Belə bit layihənin icrası üçün online olan üniversitetlərdən biri o cümlədən, Coursera səlah görünür və diplomatiya geçərli dir.

Əlbəttə ki xeyriyyə cəmiyyətləri və şirkətləridə bu işi qurub, irəli aparıblar. Bu şərtlə ki o xeyriyyə cəmiyyət ya şirkət, Avropa ya Quzey Amerikada olmuş olsun və heç bir siyası adam onun ayında olub, İran dövlətinə bahana verməməli dir.

Bucür bir platforma yaranandan sonra dır ki iran və üzərinə yayılan tüm TVlərdə, radyolarda, sitələrdə, hətta Farsların TVlərində reklam verib, onu tanımaq gərəkir.

Ta bu online uşeniversitetin səsi hamının qulaqlarına deysin.

Aynı halda, bunu reklamı, onun dərslərinin ən aşagı və savadsız səviyyədən başlamasına və diplomatının Türk dünyasında geçərli olmasına barmaq basmalı dır ki insanlar, dili və təhsilin bir çox Türk məmləkətlərində geçərli olmasına inansın və ondan faydalanabiləcəyinə idman gətirsin.

Çün insanlar faydası olmayan və onla qazanc eldə etməyə yada prestijli görünməyə inanmazsan, vaxtın qoyub oxumaq.


Sayqılarımla


İnsafəli Hidayət 









No comments:

Post a Comment

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 483

  بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 483 https://youtu.be/I2sXUEHxlpk VİDEO METADATA Video ID: I2sXUEHxlpk Title: بئیین موهندی...