Thursday, March 21, 2024

Dilənçi Millətləri Düşüncə və Davranışların Güc Mərkəzi İdarə Edər!

 Dilənçi Millətləri Düşüncə və Davranışların Güc Mərkəzi İdarə Edər!



Güney Azərbaycandan Baxış Proqramın 93-inci canlı yayımının mövzusu “Bayram, Urmiyədə yüksələn Bötöve Azərbaycan xəritəsi” idi.


Sayın Oğuz Türk İl bayramın təbrik deyərək, Amerika dövlətinın İl Bayram münasibətinə sadəcə Farsları təbrik etməsini qınadı.


O dedi: İranda, Farslardan başqa millətlərdə var, necəki dünyada da İl Bayramında şənlik edən millətlər daha çöx dur. Amerika dövləri bu realitəni bilir  amma siyasətən, özün cahil göstərir.


İnsafəli Hidayət-sə İl Bayramın İran devləti tərəfindən beyin yıxama aynı halda çox geniş və böyük rüşvət sistemi bildi ki İranda yaşayan 85 milyona böyük rüşvətlər verərək İran-fars hakimiyyətin davam etdirir.


Niyə ki bir tərəfdən dünyanın heş bir yerində “Bayramın dır” diyə 85 milyonluq bir ölkənin ekonomisin, işlərin, idarələrin və sairəni 20 güm tətil edib, bağlamazlar. İran-far rejimi bu işin ustası olub.


O biri tərəfdən isə heş bir dövlət və pul sahibi hər dovlət işçisi və fabriki əmələsinə bir ayın gəlirin  “Bayramlıq” olaraq verməzlər.


İran-far dövləti nədən məmləkətlərin ekonomisin 20 gün bağlıdır və bir ayın gəlirin işçilərə verir? 


Bunlar İran dövləti tərəfindən tüm millətlərə rüşvət olaraq verilir ki Fars-iran dövlətinin istəklərin qəbul etsinlər ki onların ən başında İrançılıq və Farsçılıq gəlir. Bunları qəbul edib, vəfalı qalmalarını rüşvətlə təmin edirlər..


Bu rüşvət iki önəmli siyasəti amaclamış: birində millətləri radyo və tilvizya vasitələri ilə farslaşdırır. 

Onlar, Novruz Bayramı diyə yeni radyo-TVlərdə dəbdəbə kəbkəbə yaradır və bu tətil zamanı yoplumsal yaşamlara  ülgü yaradaraq, İran'a ayid bir bayram və ona uyqun da bir millət yaratmağa çalışır.


İran-farsın İkinci siyasətində isə, 85 milyonu dilənçi etmək dir. 

Beynləri yıkanmış 85 milyon insan, onlar cürə rüşvətə adət etmiş millətlər olmuşlar. 


Onlar adət etmişlər ki hər şeyi dövlət verməli və hər bir şeyi dövlətdən dilənməli dirlər.


Millətlər zəlil bir gündə, hər şeyi  dövlətdən istəməli və dövlətin rəhmi və insafı gəlirsə onların istəklərinə ya cavab verir yada verməz. 


Yəni millət dilənir amma o dövlətə bağlı dır ki dilənçilərə istəklərin versin ya verməsin ya nəqədər versin.


Dilənçi millətlərin, dilənçiliklərinfən dolayı iradəsi və gücü olmaz, olursada dövlətin əlindəki imkanlara bağlı olmalı dır.


Bu dilənçiliyə və rüşvətə adət etmiş millətlərin “düşüncə ədəbiyyatı”da buna əsasən şəkillənir. Onların siyasi ədəbiyyatında hər şey və qavram iki yönlü olmalı dır; Bir tərəfdə dilənçilər, o biri tərəfdə isə güclülər ya dövlət durar.


Bu üzdən dir ki iranda; İslah Tələb, Qanun Tələb, Ədalət Tələb, Hoviyyət Tələb, Təcziyə Tələb, Qadın Haqları Tələb, Bəşər Haqları Tələb, Demukrasi Tələb, Azadlıq Tələb, Ana Dili Tələb və … var.


Bu tələblərin (Ərəb sözünün Türkcəsi Dilənçi olur) hamısı siyası və iradəsiz dilənçilərin diləndiklər dir.


Kimdən dilənirlər?


Kimdən ya hankı qüdrət və güc mənbəyindən bu Haqları dilənirlər ya Tələb edirlər?


Onların hamısı dilənçiliyə adət etdikləri üçün, diktator dövlətdən bu qavramları və bu şeyləri dilənirlər.


Əcəba bu insanlar, qurumlar və qruplar heş düşünürlər ki diktator birey yada dövlət bu kavramları, bu şeyləri, bu Haqları noyə versin?


Amma iran diktator və rüşvət mərkəzi dövləti istir ki insanlar və millətlər, dilənçi olsunlar. İndanlar və millətlər stəklərin və dilənçiliklərin ondan istəsinlər.

Beləliklə, İran dövləti onların umduğu və umud mərkəzi olsun. 

O insanlar və millətlər İran-fars dövlətin, o yerdə və mövqedə görsünlər ki ondan hesab aparsınlar, onun rizayiti qədər qazansınlar. 

İran-farsın gücün və qudrətin qəbul edib, ona sığınsınlar ta ki İran-Farslar, o millətlərin tələblərin və nəqədər o tələblərdən almalı olabiləcəklərın konturol edəbilsın. Sonunda bölən, kontrol edən və verən mərkəz o olsun.


Bu, o dövlətə məşruliyyət verir. İnsanlar və millətlər onun kölgəsinə sığınırar. Dövlət dir ki millətlərə məşruiyyət verir. Millətlər dövlətə məşruiyyət vermirlər.

Çün dilənçilər, varlılardan və güclülədən dilənməkdən başqa haqları yoxdur. 


Bu dilənçilik ruhu və düşüncəsi, millətləri İran-fars dövlətinə bağlar. Bu düşüncə və davranış millətləri iradəsiz qılar. 


Onların dilənçiliyi toplumda heş bir işə və deyişimə yaramaz. Necəki bu yarım çağda yaramamış. Çün dilənçinin yaşamı və umudu, aldığı rüşvətə və qüdrətlinin ilinə bağlı dır.


O zamana dək ki onların dilənçilik ipi dövlətin əlində dir, devlət onların siyasi ədəbiyyatın, düşüncələrin və hankı yolla dilənmələrin yaradar və idarə edər. 


Millətlər isə, o qudrətin çəkdiyi cizgilərin içində dilənçilikdən həzz edib, özlərin fəaal, siyasi və düşünür sayarlar. 


O halda ki onlar, bilsinlər yada bilməsinlər, dövlət tüpürənləri nuşxar edib, gəvşərlər.


Millətlər dilənçilik ruhuna, dilinə, ədəbiyyayına, düşüncəsinə və davranışlarına üsyan etmək istəyirlərsə, özlərinə özəl və müstəqil dil, özəl ədəbiyyat və müstəqil düşüncə yaratmalı və yeni davranış formaların şəkilləndirməli  dırlar.


Çün dil və ədəbiyyat, düşüncəni yaradar. Düşüncə isə amacların forumun, şəklin və necəliyini yaradar. 


Dil, ədəbiyyat və düşüncə haraya bağlı olursa, sonuc oranın çıxarları yönündə formalaşar.


İnsafəli Hidayət



https://youtu.be/F0rTXLIiKY8






 



No comments:

Post a Comment

دوشونجه باغی اوتاقینین سورولاری

دوشونجه باغی اوتاقینین سورولاری       بو سورولار ، توم گونئی آزربایجان سیاسی تشکیلاتلارین منصوبلاریندان ، همده آیری آیری سورولاج...