Azərbaycan İstiqlalı üçün Cəhad verildi



Bir dostum Facebookda mənə xitab yazı yaymışdı. Bu yazını ona cavab olaraq yazdım. Dostumun yazısın mənim cavabımın sonunda oxuyabilərsiniz.


Salamlar hörmətli Polat Korkmaz,Bəhs etdiginiz yazı mənim olmadığından dolayı mənim sizə cavab yazmam doğru düşməz amma qəbul etməliyəm ki boylə bir cəmiyyətlərin yeri Azərbaycan Milli Hərəkətində boşudur və mənim ürək arzılarımdan birisi böylə bir qurumun qurulmasidir.Milli Hərəkət bildigimiz, MİLLİ olmalıdır. Yanı Azərbaycanlıların tək təkinin iştirakın qazanmalı dır ta Milli sifəti qazansın.Siz, yazınızda, insanları inanc üzərə bölmüsünüz. Saydığınız inanc sahiblərinin- Şiyə xaric- heç birisi milli hərəkətə qoşulmaz. Cün Şiyə çoxunluqdadır və obiri inanc sahibləri azlıqda dırlar.Onlar özlərin qorumaq üçün Milli Hərəkətə girməzlər amma Azərbaycan Şiyəsi Azərbaycan Türk Millətinin -ən azı- 90 fayızın özündə tutur.Sizin ya çənim ürəgimiz ya fikrimiz Azərbaycan Şiyəligin qəbul edə ya rədd edə, o qədərdə önəm daşımır. Çün, Azərbaycan milləti öz inancından, özünün tərifi və düşüncəsi var və həmən tərifə inanır.Bu inanc, Azərbaycan Turk Millətin, Farslar iylə bir yerə gətirir.Bildik, Farslar, Azərbaycan Milli Ayətullahlarına ciddi və öldürücü zərbələr vurub və hətta demək olar, Azərbaycan Din Xadimlərin qətli-am edib ta Azərbaycan Din Xadimlərinin boşlugunda, Azərbaycan Türklüyünün inancın, mal və sərvətin və hətta canın öz ixtiyarına alsın.Bu millət Şiyədir və Şiyə din xadimlərindən söz eşidir və onlara hər il milyardlar dollar pul və sərvət verir.Soru bundan ibarət dir, Azərbaycanlıların din adına verdikləri canlar və sərvətlər, hanki xalqın güclənməsinə və hankı xallqın zəyiflənməsinə səbəb olur?Əgər indi bir neçə din xadimləri meydana giriblər ta Azərbaycan Türkünün din xadimləri boşlugun dordursunlar və o kəskin din silahın, Fars Ayatüşşeytanlarının əlindən alsınlar, və Azərbaycan Türk millətının amacları yolunda xidmətkar olsunlar, onları dəstəklənmək lazim dir.Siz işarə etmisiniz ki bu mətni oxumusuz. Bu soruları sizdən sormaliyəm:Bu mətnə hankı iyradları tutursunuz?Bu yazını Azərbaycan Türk mənfəətləri yolunda görürsunuz ya yox?Mənim fikrim və inancim sizlə fərqili dir. Mən inanıram, hər kim, hər hankı siyasi və dini baxışla Azərbaycanın İstiqlalı üçün yola çıxırsa, dətəklənməlidir. Çün bir neçə insanı bir inanc əsasına bir yerə toplar.Kaş mənin, Azərbaycanın Türk millətinin siz işarə edən kəsimlərində böylə bir cəmiyyət qurmağa təşviq edib, dəstəkləməyə gücüm olaydı.Burda sizdən izin istirəm, bu elanda yazılan bir neçə mevzuya işarə edim:1. Azərbaycan Xalqı Din Xadimləri Fətva Şurası, Türk Şiyə din xadimləri iylə Fars “Ayatüşşeytanları” arasında gedən ciddi savaşa giriblər ki Azərbaycan milləti mənfəətləri uğurunda dır. Sizdə və məndə bu güc varmıdır, boylə bir cəsarət etmək?2. Geçmişdə Azərbaycan din xadimlərinin sukut səbəblərin saymışlar və bu lal qalmağın məsuliyyətin boyunlarına almışlar və Azərbaycan millətinə geri dönmüşlər.3. Azərbaycan Xalqı Din Xadimləri Fətva Şurası burda bir neçə fətva veriblər. Əcəba bu fətvalar Azərbaycan Milli hərəkətinin təqviyətində dir, və Fars ayatüşşeytanlarının qarşısında yeni bir cəbhə açıblar?4. Bu şura “vətən” anlayışın, din baxımından ortaya qoyub və vətən yolunda "öldürməgi” və “ölməyi" təşviq edib və ölənləri “şəhad” sayıb. Yəni vətən yolunda öldürməgi və ölməgi “Şəri vacib” biliblər.Hankı siyası təşkilat böylə bir fətva verəbilər?5. Azərbaycanlıların Milli hakimiyyət və iqtidar qurmaqların və müstəqil devlət-millət yaratmaqın müasir tarıxdə ortaya qoyub və müdafiə ediblər. Bu baxışla sizin hankı bir müxalifətiniz var dır?6. Siz və mən Milli və Azərbaycan yolunda can verənlərimizi “şehid” adlandırmaxdan çəkilirkən, onlar yeni edəbiyyat və tarixə baxım yolun açmışlar və bu cəsarəti etmişlər.7. Azərbaycan din xadimləri, Şəhid Ayətullah Şəriətmədarıdən sonra sakit qalmaqlarının səbəblərin, “iki milyon Azərbaycanlının malı və canı” Xumeyninin əlində olduğu iylə açıqlamışlar.8. Fars dilin, Qurana istinadən, “mülhidlərin dili” elan edib və onla ilgilənməyi cayiz bilmeyiblər.9. Farsları və İrançıları, Azərbaycan Türk millətinin mal, can, namus və topraqları düşmanı bəlirtmişlər və hər kəsə öz iş və ixtisası sahəsində farslarla mübarizə üçün Cəhad elan etmişlər və bu Cəhadi namaz kimi vacib bilmişlər.10. Azərbaycan Xalqı Din Xadimləri Fətva Şurası elan etmiş, hər kimsə Farsla gedən müqəddəs cəhadda ölürsə Şəhid dir və mal və ticarətin əldən verənlər, şəhadət əcri aparacaqlar. Bu sözlərlə, Azərbaycan yolunda mali və cani cəhadı təşviq etmişlər11. Fars Ayətullahlarından təqlid etməgi Tüm şiyələrə və xususi iylə Azərbaycanlılara haram bilmişlər.12. Fars Ayətullahlarına və fars idarə edən mali qurumlara, mal və pul verməyi haram bilmişlər.13. Azərbaycan Şəyəsinə inanan insanlara xitabən demişlər, din, ibadət və siyasətdə üzləşdikləri soruları bu şuradan sorsunlar amma Azərbaycan Xalqı Din Xadimləri Fətva Şurasının fətvası olmayan mevzularda, Fars din xayinlərindən yox bəlkə Azərbaycanın Şəhidi Ayətullah Şəriətmədarisindən təqlid etsinlər.
Məncə bu fətvalar, Güney Azərbaycandan geçib, hətta Quzey Azərbaycan xalqınada yeni yol açır.Əlbəttə, belə görünür, bu Şura dinə inanmayanlara yaranmamış. Bunla beylə dinə inanan siyasətçilər bu fətvalardan faydalanabilərlər. Bu cəmiyyətin təşkil tapması bir boşluğu doldurabilər.   



Polat Korkmaz dostum Facebookda mənə xitabən boylə yazmış:
Ensafali Hedayat cenabları,Sizin bu paylaşdığınız yazını oxudum. Sizin bu yazınız çox çeşitli boyutlardan Milli hereketin menfetine yox belki onu milletçilik yönünden çıxardıb ve#Mezhebçilik Yönüne sürüklemekdir.Güney Azerbaycan milli hereketi heç bir dini inanca mahsus değildir onun Şiesi, Sunnisi, Bahayısı, Ahli Heqqi, xıristiyeni ve....vardır.Güney Azerbaycan milli azadlıq herekatı cinsiyet ve inancından asılı olmuyaraq #TÜRK MİLLETINE ayiddır.Sayın Ensafali Hedayat bey birde bir milletin birinci kim olub ve nece terif olunmasın bilmelisiz #TÜRK milleti qovm ya qebile değildir bir büyük #Millet ve#Ulusdur.Bu parçalıyıcı ve Fars faşizmine hizmet eden ve Güney Azerbaycana zerbe vuran bir önergedir , bu her qurum ve teşkilatın terefinden yayılıb ve qollanıbsa bilimli ya bilimsiz olmuyaraq xidmet yerine xeyanetdir (( qaşı düzeltmek yerine gözü çıxartmaqdır)).Fars Faşizmi zaten bölgede öz işqalın ŞİA ve SUNNİ hesablaşması olaraq gösterir ki öz milli menfetlerine ulaşsın. Siz ve sizin kimi bele beyanati yayib ve destekliyenlerde Farsin deyirmanina su tökürsunuz.Güney Azerbaycan milli azadlıq herekatı Şiecilik, Sunnilik ve ya her hansi bir inanca mahsus değildir. Bu hereketin daha çox keskinleşmesi onun #MİLLİ#SİYASİ #ÖRGÜTLÜ çalışmalarından asılıdır. Bu ve bunun kimi önergeler esasinda daha çox Fars Faşizminin Şiecilik düşüncesi ile meşqul olan kesimler milli hereketi parçalamaq için bir güzel durumda bulunub ve yararlanacaqlar.Bu Milletin her bireyi bu gün yalnız ve yalnız bilecek ve savunacaq yalnız Milli huququdur.Fars faşizmi Güney Azerbaycanın Şie olmasının qarşısın almıyıb, namaz, oruc ve.....yasaqlamıyıb onun #Ana dili #kültürü #TÜRKLÜĞÜ#AZADLIĞI #MILLI DEVLETI #BAYRAĞI yasaqlayıb, onun yer altı yer üstü qaynaqların taliyib ve talamaqda, doğasın Urmu gölüsün dağıdıb, igitleri tutuqluyub, işkence edam ve sürgün edibdir.Milli hereketde 3 bölüm insan var :@ Bilerek xidmet eliyenler@ Bilerek xeyanet edenler@ Bilgisiz olaraq yanlış yapanlar,Teşkilatlar daha çox milleti esaretden qurtarma çabalarında yalnız Milli deģerli güclendirmek ve siyadallaşdirib milleti bilincli örgütlendirmekle uğurlu ola bilecekler.Ortaya qoyduğun fikire olan yorumları sayqı ve sevgi ile beklerim.

Sayqılarla,




Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر