Sunday, November 14, 2010

İRNA: Mahabad bomba patlayışında 12 nəfər öldü və 80 nəfər yaralandı



İranin rəsmi xəbər ajansı elan etdi ki Ğərbi Azərbaycan iyalətinin Mahabad şəhərinin bomba patlayışında 11 xanım və bir 6 yaşlı öğlan üşağı canın əldən verib. Bu patlayış, Çərşənbə günü sahat 10:30 və İran-Əraq 8 illik savaşın qeydiyyat həftəsinin bir inci gününün və qoşun marşının 50 metirliyində üz verib. Vahid Cəlalzadə: Gərbi Azərbaycan iyalətinin valisi, olənlərin sayın 12 nəfər və yaralanların tedadın 80 nəfərdən şoc bildi və bu monasibətə,Urmuda, bir gün um
umi əza və uç gündə Mahabadda elan etdi ki Cumaaxşamımdan başlayacaq.

İranın Pasdarlarına bağlı olan "Fars Xəbər Ajansı", Ustandar ya iyalət valisinin moavinin dilindən, bu patlayışı, intiharçi bildirdi. Amma Vali özu, elan etmişdir ki bomba bir ağacın qanadindan asıliymiş. Bu halda "Cəhani İmrooz" sitəsi, adı şəkmədiyi mənbəə istinadən 2 nəfərin tutulmasindan xəəbər verir amma Mahabadın İran parlımanındaki millət vəkili; Səfər İsazadə eddia edir ki patlayışla ilgili bir nəfər tutulub. Bu xəbərə rağmən, bura dək bir kimsə ya qurup patlayışı boynuna almayıb.
Bizim moxbirimiz; İnsafəliu Hidayət, iki qazetəşiylə Mahabad şəhərində mosahibə apardı ki oların biri, patlayışı, intiharçı bildi və Əlavə etdi ki intiharçı çalışırdı ki özün qoşun kumandanları doran yerə yetirsin amma qabağın aldılar. Bu səbəbdən, bomba yarı yolda patlayıb. Amma obiri qazetəçi patlayışı intiharçı bilmədi və dedi: hər zaman ki devlət məqamları ziddinə bir iş olsa, ono inqilab ziddinə olanlara və Amerikaylən İsrayilə bağlamağa çalışarlar.
Mahabad şəhəri Ğərbi Azərbaycanın "Cunub ğərbində"dir və 198000 nofosu var. Gərçi İran Kürdləri bu bölgədə silahlı tiror əməliyyatı aparırlar amma1987 ilindən buyana Mahabadda intiharçı əməliyyat üz verməmişdi.

İran-Azəriləri, Rasizm dizzinə FİFAya şikayət apardılar




Bir tedad İran-Azəriləri, İrandakı "Rasizm" ziddinə donya Futböl Fedrasiyonona şikayət aparıblar. Bu şikayəti yazan və İran-Azərilərinin tanınmış alimlərinin imzalarına yetirən şəxs, Kanadanın Toronto şəhərində yaşayan və "York Üniversitəsinin" profosoru; Əlirza Əsğərzadə dir. Amerika Səsinin Azərbaycani Servisi "Iran and the Challenge of Diversity" kitabının yazarilə ki İrandaki rasizmə gora yazəb bir mosahibə aparıbş Bu mosahibəni sitəmizdə dinliyə bilərsiniz.

Pr. Əlirza Əsğərzadə deyir ki İranın hər sahəsində, Farslardan ğeyri xalqların haqqında ayrı seçgilik siyasəti irəli sürülür. Ona gora, məktəblərdə, üniversitələrdə və idarələrdə Farsdan ğeyri dillər qadağadər və kimsənin haqqi yoxdu ki bu mövzularda, bir yerə şikayət aparsın. onon fikrinə gora, bu ayrı seçgilik fikri "ırq"dan köklənir və obiri insanların təməlli haqların danır.

FİFAya yazılan məktub, iddia edir ki son zamanlarda, İrandakı rasizm, özün futböl maçları və meydanlarındada gostərdi və İranın rəsmi televizyasıda bir sahata yaxın, minlər farsların şuar və səslərin canlı olaraq yaydı ki onda İrandaki Turklərə tohin və təhqirli sözlər deyilirdi. O sozlər bu məktübda, İngilis və Fars dillərində qeyd olob.

Profesor Əlirza iddia edir ki rasizmə dayanaraq, həm Azərbaycanlılara tohin və təhqir olob, həmdə Təbrizin futböl takım ya timi, tamaşaçi və tərəfdarlarının hüzurundı oynamaqdan məhrum olob. O əlavə edir: FİFA qanunlarna əsasən, ırqçılıq və rasizm, futböl meydanlarında qadağdı və gərək ki qabağı alınsın. Ona gora; FİFA gərək ki Tehran və Fars komandasın və onon zəhmət keşlərin cəzalandırsın və futböl meydanlarında gedən rasizmə son noqtası qoysun.

"Olabilər ki FİFAnın zoro İran içində, bu qanunları icra etməyə olmasın" Əlirza bəy bunu diyə artırır: amma FİFAnın etirazı, donyanın İranda gedən rasizmidən xəbərdarlığına səbəb olar və İranın takımlarının başqa olkələrdə mosabiqə ya yarışının qabağın alabilər.

Futböl donyasında gedən orfə gora, futböl, siyasətdən kanarda olmalıdı amma İranın Fars kumandanlarilən, İran-Azərbaycan kumandanları və xüsusuylə Tıraxtor komandanı yarışı, siyasi maç olob. Əcəba bu siyasi olmax, sədəcə Farslar tərəfindəndirmi yoxsa Turklərində tərəfindəndir? Profosor Əsğərzadənin fikrinə əsasən; ona gora ki İranda Farsdan ğeyri millətlərin haqları inkar olonor, bu xalqlar və o cömlədən, İran Azəriləri də hər forsətdən faydalanıb və İranın Əsası Qanununa dayanaraq, öz haqlarin tələb edirlər və buda futbölun siyasi olmasına, Azərbaycanlılar tərəfindən səəbəb olor.

Bu şikayət rəsmi bir şikayətdir və ona qol atanlar, FİFAdan cavab gozlorlər. Əsğərzadə fikir edir ki FİFA tezlikdə təhqiyqat aparıb və cavab vermək məcburiyətindədir. İmza atanların içində bu adlar goronor: Siddiqə xanım Ədaləti; Almanda sosyolog məəllimi, Dr. Əlirza Əsğərzadə; York Üniversitetinin sosyoloji məəllimi, Profesor Riza Bərahəni; Kanadanın York Üniversitəsinin çağdaş ədəbiyyat Məəllimi, Dr. Əli Qaracalı; beynalxaq siyasətlər mətəxəssisi, Dr. Maşahha Rəzmi; Fəransədə qazetəçi və yazar, Dr. Ziya Sədroləşrafi, Federal İran Millətlərinin sədri və sosyoloq, və 38 digər İranlı ziyalilar.

Əlirza Fərşi üniversitə məəllimliyindən atıldı



Bir məktüb əsasında ki onon şəkili xəbər sitələrində yayılıb, Azərbaycanlı fəaal; Əlirza bəy Fərşı Diyzəci Yekan, “Culfa” şəhərinin “Azad Üniversitəsi”ndə məəllimlikdən atıldi. Bu şəkil, Savalan Səsi sitəsində yayılıb və “Danişcu Niyoz” sitəsi ona istinadən yazıb: Bu məktübü Colfanın Azad Üniversitəsinin rəyisi imzalayıb və onda qeyd olob ki “bu üniversitə, Azərbaycanlı mədəni fəaalınin məəllimçiliyinə son qoyor və ono bu üniversıtənin alimlər heyətindən atır.”

Savalan səsi yazır ki: üniversitənin bu qərarı əsası, Təbriz İnqilab məhkəməsinin hokmüdü ki onda Əlirzanı bir il həbsə məhkum etmişdi. Gərçi o hokm, ikinci məhkəmədə 6 aya azalıb.
Əlirza kampiyoter məəllimidi və ictimasından kəsilmədiyinə əsasən, Azərbaycanlıların istəklərin daşır. O 15 ay əvvəlki Təbrizin “Şah Gülü”sündə ki marşda iştirak etmişdi və başqa Azərbaycanlılara tay “Türk dilində mədrəsə” şüarın səslənmişdi. Həmən nomayişdə tutulub və 3 ay məvəqqət həbsidə qlmışdı vı sonra vəsiqə qoyob, azad olmuşdu.
Qeyd olonor ki məhəndis Fərşidən əlavə, onlar İran-Azərbaycanlısı, qanunda verilmiş haqlarının tələbinə əsasən, tutulandan sonra, işlərindən atılıblar. Bu sırada, Abdollah Abbasi Cavan, Səyid Mətinpur, Mehdi Nəyimi, və Fərzad Səmədlidən ad çəkmək olar.

Bu arada xəbər gəlir ki”Səyid Muradi Nəqədeh” yöksək lisan oxümaxdan məhrum oldu. Güney Azərbaycan Xəbər Mərkəzi sitəsi bu xəbəri yayıb və artırır ki Səyid İranın millət vəkillərinə bir məktüb yazıb və İran məqamlarının ona cavab verməməsindən şikayət edib.

Savalan Səsənə gora, Səyid, “Giylan” üniversitəsində hüquq oxormuş və “Qopüz” və “Çağrı” tələbə dərgilərinin əsli üzvü və fəaal bir Azəri tələbedir.

Ərdəbili 25 zilzilə tərpədib



Ərdəbil İyalətinin rəsmi məqamı deyir: keçən 5 ayda 25 dəfə Ərdəbil iyalətinin toplaqlarında zilzilə üz verib. İranın Tələbələr Xəbər Ajansı (İSNA) Əli İslami; Ərdəbil iyalətinin "Böhran" mödörönden nəql edir: bu yer tərpənişlərinin gücü, 1 dən 3.8 dərəcə həddində olob.

Ərdəbil rəsmisinin verdiyi məlumatlara dayanaraq, keçən il o iyalətdə 95 dəfə yer tərpəşib. Həmən məlumatlara gora, keçən 2 və 3 cü ildə hər il, Ərdəbildə 150 zilzilə üz vermişdi ki ən azı bir dərəcə və ən çoxu 5.1 dərəcə qodrətində olob. həmən bu üç ildə ən qovvəli zilzilə Nəmin şəhərində goronob ki 5.1 qodrətdeymiş. Keçən ilin Xalxal zilziləsinin gücüdə 5 qeyd olob.

Əli İslami iddia edir ki bu neçə gün ərzində, Ərdəbilin 25 kilometirliyindəki "Nir" şəhərinin zilziləsinin goco, 3.8 di. Xalxal şəhərinin zilziləsi ki 10 gün əvvəl baş vermişdi, 3.4 dərəcə zora malikimiş. Ərdəbilin böhran modoro ediia edir ki bu yer tərpəşmələrin hamısının səbəbi Ərdəbilin öz toplarqarindaki yer altı hərəkətləridi ve qonşu iyalətrəin yer altı hərəkətlərinin əsərində olmayıblar.

İslaminin verdiyi məlumatlara əsasən, bu iyalətdə 4 yer sinixlığı var ki Masulədən ki o şəhərdən başlayıb Xalxala gəlir, Astara ki Nəmin ətrafından başlır və Astaraya qədər gedir, və ikisidə Parsabad və Səreyin sinixliqlarıdılar ki zilzilələrə səbəb olorlar.

Ərdəbil iyalətində 32 yer hərəkəti hizların yazan dastgah ya maşın var bir zilzilə yazan dəsgah fəalldilar. Üst üstə, keçən üç il yarıımda, Ərdəbildə 420 zilzilə baş veribdi.

İran, Azərbaycan cumhuriyytilə sər həddatin hörör



Ərdəbillə Azərbaycan Cumhuriyyətinin sərhəddati İran vasitəsilə hörülür. "Mehr" xəbər ajansi bu xəbəri İranın Sərhəddatın goriyən polisi moavininin dilindən yaydı. General Yaqub Rizazadə bu gün; Doşənbə (Oktobrun 25) bu xəbəri Mehr ajansına verib və artırıb: Ərdəbil sərhəddatinin bağlanması porojəsi, gələn ilin sonuna qədər, təkmil olacaq.

Əsri İran xəbər sitəsi də bu xəbəri Mehr ajansına istinadən nəql edir və yazır: Rizazadə bu sözü Ərdəbilin Germi və Parsabad şəhərlərinin mərzlərindən goroş aparanda dedi və artirdi: Sərhəddatı kamil bağlamağa gora məxsus bir bödca ayırılıb.

"Səri Xətt" sitəsidə artırır; indilikdə, Ərdəbilin Biləsuvar sərhəddatı dağları bağlanmaqdadır. Ərdəbil iyalətilən Azərbaycan Cümhuriyətinin 380 kilometrə uzunluğunda sərhəddatı var.

Qeyd olmalıdı ki İran hakimiyyəti illərdi ki İranin moxtəlif sərhəddatlarında yaşayan azlıq adlanan millətlərin ilgilərin sərhəddatin o biri tərəfində ki qardaş miillətlərlə kəsməyə çalışır. Buna gorada, Sistan və Bəluçistanlıları Əfğanistan və Pakistanda yaşayan Bəluç və Sistanilərdən ayırmaqa çaləşırdı və oların sərhəddatində divar çəkməyə belə çalışır. Əlbəttə ki İran rəsmiləri bunu qaçaqla mobarizənin bir yolu kimi təbliğ aparırlar.

Bu birinci dəfədir ki İranın sərhəddat polisi, iki Azərbaycan lilləinin arasında təbiət torədən manelərdən başqa manelərin təsisinin xəbərin təsdiq edir.

Miyandablı məhkum: "Çoxda pul təklif edirk amma kimsə bizi modafiə etmir"



Dariyuş Əndəlibiyan ki Miyandab məhkəməsində mohakimə və məhkum olob, eddia edir: "Ğərbi Azərbaycanda bir vəkil yoxdo ki siyası və milli məttəhəmlərdən difa etsin." O əlavə edir: Difa üçün, hətta izafə pul da təklif (pişnəhad) edirik amma heş vəkil bizim vikalətimizi qəbel etmir. Dariyuş Əndəlibiyan, aşıq Səttar Bəraziş, Yüsüf Sudbər, Səccad Əzizi və Babək Aksön, 5 Miyandablı mədəni və ictimai fəaldılar ki Mahabad şəhərinin ikinci inqilab məhkəməsində mohakimə və hərəsi 1500 Doolar ya bir milyon 500 min tümən ödəməyə məhkum oloblar. Bu xəbəri Əndəlibiyan, bizim moxbirimiz; İnsafəli Hidayətə verdiyi mosahibədə elan etdi.

Dariyuş eddia edir ki bundan əvvəl "İran" qazetində çap olan hiqarətli karikatöra etiraz zamanıda tutulub və 30 gün həbsidə qalıb amma Ğərbi Azərbaycanda heş vəkil onon vikalətin qəbul etməmişdi. O əlavə edir: Mənim bir vəkil yoldaşım var. O vəkil mənə dedi; O zaman ki birin inqilab məhkəməsinə verdilər, vəkilə heş yer yoxdu. Hər şey irəlidən pılanlaşıb.

Bu 5 məhkum, Miyandab inqilab məhkəməsinin hökmün qəbul etmayıblar və ona etiraz göstəriblər. Dariyuş deyir: illəırdi ki biz Novruz Bayramının 13 ki Təbiyət günüdü, Miyandabın ətrafında şənliklə keçirdərik. Olar, bu il, "Tək Ağac" kəndinin yerlərində otraq etmişlərdi. "Məmurlar gəldilər. Hamıdan şəkil və filim çəkməyə başladılar. Xalq etiraz etdilar amma polis məmurları etirazlara iltifat göstermədi. Xalq oları daşlamağa başladı.

Bu mərasimdə, aşıq Səttar bəy Bəraziş bir az oxor amma məmurlar izin vermirlər ki aşıq Ələsgər ki Urmu şəhərindən dəvət olmüşu, oxusun. Polis, aşıq Səttar, Dariyoş, Yüsüf, Səccad və Babəki tutur amma İttilaat oları polsdən alır və axşamadək sorqulur.

Bir gün sonra, olar məhkəməyə verilirlər. Hər beşınındə 4 ittiham " Nizam ziddinə təbliğ aparnax, Milli əmniyyəti təhlokiyə salmaq, Qanundan kanarda ictima etmək və qanundan kənarda olan Pan Türkist qurupun nəfinə təbliğat" vororlar. Dariyuş deyir: Bizə ittiham vormuşdular amma heş sənədləri yoxudu. Hakim oz hökmöndə yazmışdı ki biz etiraf vermişik amma doğru deyil. İnqilab məhkəməsinin ikinci şöbəsinin hakimi, oz hökmön olara verməkdən imtina edir və deyir: əmirdir ki siyasilərin hökmölərin məhkəmə olara verməsin bəlkə kökmö hər şəhərin ittilaat idarəsi möttəhəmlərə versin.

Dariyuş deyir: Hakim hökmö vermədi amma bizdən imza aldı ki bizə hökmö deyib. Bizim azadlıqımız üçün 75 milyon Tümən ya 75 min Dollar vəsiyqə tələb etdi ki Behbüd Qolizadə verdi amma özü bir gen sonra tutuldu.

Bolevi perezidenti Təbrizə gedir


Şərqi Azərbaycan rəsmilərindən; Babək Məhəmmədzadə "Boleviya perzidenti Təbrizə səfər edəck" xəbərin, İranın Fars xəbər ajansına verdi. O əlavə etdi ki Evo Morales, Şərqi Azərbaycan məqamlarilə görüşüb və bu iyalətin sənayei və karxanalarının imkanlarilə tanış olacaq. Bu fabrikaların içində, Təbrizin Tıraxtur sazi karxanası gorüş listəsinin ən başında gəlir.

Morales, birinci dəfə olaraq, Doşənbə günü İrana girdi. Evo Moralesin ziyarəti İrandan 4 gün uzunu olacaq və bu görüşlərdə "iki tərəfin marağın çəkən məsələlər" mozakirə olonacaqi xəbərin İranin İngilis dilli Press TVsı verdi. Morales deyib ki bu görüş, Tehranla- La-Pazın siyasi rabitələrin daha yöksək səviyyəyə qovzayabilər. Morales bu səfəri "birlik" simbolo adlandırdı.

Boleviya rəyis cumhuru Liybi perezidenti; Möəmmər Qəzzafilə gorüşündən sonra İrana getdi. Perss TVyə gorə, Morales, İranla Bolevini "iki dost və inqilabçi" məmləkət adlandırdı ki hər ikisidə neft istihsal edir və ABŞlada döşmınçiliyə çalışırlar.

Gözlənir ki İranla Bolevi arasında yeni siyasi, iqtisadi, ticari, sənaye, əkinçılik, qaz və neft ilgiləri yaransın və dərinləşsin. İran perezidenti; Mahmıd Əhmədinejad və Evo Morales ozlərin America impiriyalizmi ziddi bilirlər.

Bolevi Mərkəzi Amerikada yerləşir və paytəxti La-Paz dır. O Berezilya, Arjantin, Paragova və Şiylilə qonşudu və dənizə yolu yoxdu.

İran parlımanının 30 nomayəndəsi "Bəhar Zəncan" qazetinin yeniden açilmasın tələb etdilər



İranən Şura Məclisinin 30 millət vəkili, Zəncan iyalətinin "Bahari Zəncan" qazetinin yenidən işə başlamağına müsaidət istədilər. İranin Üniversitet tələbələrinin xəbər Ajansə; İSNA, bu 30 millət vəkilinin Kültür ya "Fərhəng və İrşadi İslami" nazirliyinə yazdiqı məktubun şəkilin və imza atan nomayəndələrin adların yayıb. Bu millət vəkilləri vəzirə xitabən yazırlar: Əyər həmən məqaliyə ki Bəhari Zəncanın bağlanmasına səbəb olüb, baxsanız, görərsiniz ki onon yazanının heş sui qəsdi yoxomüş. Məktub əlavə edir ki o yazı, hormətli insanları təhqır və tohinə məruz qoymağı tənqidə çəkir.

Bəhari Zəncan özünün 426 inci nümrəsində Tehrandaki Fars nohəxan və tehran hizbollahında sahibi nufuz olan Mənsur Ərzi-nin çıxışın tınqıd etmişdi və yazmışdı ki "tohin və təhqir hərkimə olorsa pisdi və Məhəmməd Xatəmi ya Mehdi Kərrubiyə tohin olanda yaxşı olmaz." Bu qzatilən ilgidə olan birisi ki istəmədi adı xəbərdə çəkilsin, bizim möxbirimizə dedi: Devlət deyir ki siz niyə tohinə gora yazmısız? Tohin edəni qoyob, Bəhari ZƏncandan yapışıblar.
Bəhari Zəncan qazeti İran -Azərbaycanının Zancan şəhərində nəşr olordu amma 426 nomrə və 9 il çap və yayəlandan sonra, İranın kültür nazirliyinin məbuata olan Nizarət Komitəsi, Bəhari Zəncanın bağlanmasının qərarına gəldi ki Septamber ayının 27 o qərari elan etdi.

Bir ayrı tərəfdən, Bəharı Zəncan, Əhmədinəjad devlətinin cibhəsində deyil ki heş bəlkə islahçı aydiyaları daşır və Mehdi Kərrubidən himayət aparır ki devlətlə üzbə üz dayanıb. Eyni halda ki onon bir səhifəsidə Turk dilinə ayidimiş ki bizim moxbirimizə verilən məlumata əsasən, bir möddətdir ki turklərə olan basqılara əsasən, o bir səhifənidə çox göröblər və Bəhari Zəncan həmən səhiyfənin azaldmağına məcbür qalıb.

Bəhari Zəncanın sahibi bir molladır ki nomayəndələrin yazdıqlarına əsasən, Molla Rəhmətollah Begdili 20 il Üniversitet və din məktəblərinin məəllimi olob və bir tedad ayətollahın Zəncandaki nəmayəndəsidi.

Bu məktuba imza atan millət vəkillərinin 10 Azərbaycan mahallarının nümayəndəsidi. Bu o haldadı ki İranın Azərbaycan və Türklər yaşayan olkələrinin 50 əlavə Numayəndəsi İran parlımanına yerləşiblər.

808 İranlı, Əzərbaycanlı siyasi məhbösların azdlıqların tələb etdilər



Bir kompaniya və açıq məktübda 808 İranlı Türk, Fars, Ərəb, Kürd, Bəluç və digər etniklərdən, İran-Azərbaycanlı siyasi məhbüsların azadliqların tələb etdilər. Bu imza atanların bir çöxu bəşər haqları yada tanınmış siyasi fəaldilar ki o comlədən Dr. Riza Bərahəni; Adlim Azərbaycanlı yazıçı, Dr. Əlirza Əsğərzadə; üniversitə məəllimi və məhəqqiqi, Həsən Zerehi; Kanadada qazet modoro, Nuşabə xanım Əmiri, Fəriyba xanım Davudi Mohacir, Məhbubə xanım Abbasqolizadə və Əxtər xanım Qasimi kimi jurnalistlər və Asiyə xanım Əmini kimi ədliyyə vəkili vardilər.

Bu siyası məhbüsların azadlıqların tələb edənlər, İran-Azərbaycanlılarının dil, Kültür, siyasi, iqtisadi və İctimaei tələbatın bərhəq bilib və oların tələblərindən öz himayətlərin gostərib və əlavə edirlər "Bizim etiqadımıza, dimokrası uğurunda mübarizə aparmaq, məmləkətin möxtəlif etniklərinin birinci haqlarından himayədə mobarizə etməkdən kanarda olabilməz və biz, İranın mərkəzi hokumətlərinin ayrı seçgili siyasətlərin ki məxtəlif bölğələrin daliyə qalmasına səbəb olob, şiddətlə məhkum edirik."

Kampaniyaya gol atanların yazdıqlarına əsasən, "diktatorloğonan mobarizədə, Türklər, Kürdlər, Ərəblər, Türkəmənlər, Bəluçlar və digər etniklərin haqların gorməməyilə məvəffəq bir sonoca çatamax olmaz" diyə, artırıblar: biz hər növi işkəncəni, basqını, ihanəti, tohini və məhbusların özəl haqların nəzərdə tutulmamasın məkum edirik. Olar eyni halda ki möstəqil miyalardan və bəşər haqları təşkilatlarından isteyiblər ki məhbüsların xəbərlərin geniş şəkildə yaysınlar, məhbüsların şərtsiz azadlıqların isteyıblər və oların bir adil məhkəmədə mohakimə olmaların tələb ediblər.

Məktübda gəlibki; bu ilin bahar fəslindən ində qədər, İran-Azərbaycanının Mədəni və kültorol fəallarından onlar nəfər Təbriz, Tehran, Kərəc, Urumiyə, Ərdəbil, Miyandab, Makı, Kəleybər, Meşkinşəhər, Xoy, Sofyan və digər şəhərlərdə tutulublar və həbsə atılıblar. Onlan belə ki tutulanların bir tedadı vəsiqə və səndlə azad oloblar amma Həmidə Fərəczadə və Zahra Fərəczadə; xanım haqları fəalları, Əkbər Azad, Həsən Rəhiymi Bəyat, Hoseyn Nəsiri, Dr. Əlirza Abdollahi, Dr. Lətif həsəni, Məhəndis Mahmıd Fəzli, Məhəndis Şəhram Radmehr, Ayət Merəlibəyli, Behbud Qolizadə, Aydın Xaceyi, Bəhmən Nəsirzadə, Heydər Kəriymi, Nəeim Əhmədi, Yonos Soleymani, Şokrollah Qəhrəmanifard, üst üstə hərəsi üç ay hocrədə qalıblar. Bundan əlavə, Səid Mətinpur, Əli Abbasi, Vədud Səadəti, Rəhim Ğolami, və Behruz Əlizadə kimiləri keçən ildən həbsidədilər. Məktüba əsasən; sön zamanlarda, Haniyə xanım Farşi Şotorban kimiləridə tutulob və oncəkilərə qoşoloblar.
Məktübü yazanlar eddia edirlər ki tutulanlar ədliyyə hökmü əsasında tutulmayıblar. Olara gora, tutulanlar bir nəfərlik hocrələrdə saxlanıblar və vəkil tutmağa haqları yoxdu. Olar əlavə edirlər ki tutulanların bəzisi ağır işkəncələr altındadılar və ayılələrin ziyarət etmək və ya olarınan telefon vasitəsilən əlaqadə olmaqdan məhrümdular.
.

İran ədliyyə məqami: həbsxanalarımızda 15 casus var




Tehranın aali ədliyyə məqami dedi: 15 casus bizim zindanlarımızda 10 ildən 15 ilə qədər həbsə məhkum olmuş var ki onların ayilələrinin abırısı üçün oların adlarin çəkmiriz. BBCnin Fars radiyosu xəbər verir ki Abbas Cəfər Devlətabadi; iddia etdi ki 7 yeni casusluq pərvəndə ya dosiyəsi ədliyyədə açılıb. BBC artırır: Abbas dedi; İranlıların bir tedadı xarici səfərdə, əcnəbi casusluq servislərilə əlaqiyə girib və olara xəbər vermək üçün pul alıblar. Bu xəbərə əsasən, Devlətabadi oların birin "İranın Xəlq Mucahidlərinə" və ikisində İsrayil devlətinə bağlı bildirdi.

Fərda Radiyosu Həmən ədliyyə məqamı dilindən əlavə edir ki İsrayilə casusluğa möttəhəm olanlarin pərvəndə ya dosiyələri Octobrun 26 məhkəmiyə göndərilmək üçün hazırlanmışdı. Devlətabadi 15 gün əvvəl " 5 İranlının xarici ölkələrə məlumat satmağından" xəbər verib və oların casusluq ittihamına tutulmaların demişdi. O iddia etmişdi ki "Amerika, İrandan məlumatı eşiyə çiğartmağa gora çox çalışlir".

35 Gün əvvəl İranın İttilaat vəziri: Heydər Moslihi iddia etmişdi ki bir neçə "Növə casusu" göz altına alınıb. Bu sözün arxasıcan, Əliəkbər Salehi; İranın növə poroqramının müdürü, demişdi ki onon işçilərindən bir neçəsi məlumatı eşiyə verməyə çalişırmışlar.

İranın ədliyyə və ittilaat məqamları bir xeyli moxaliflərə casuslux ittihamın vororlar. O cömlədən İran Azərbaycan fəaallarinin bir tedadı bu ittihamlar qarşı qarşıyə çıxırlar və indilikdə ən azı iki Azərbaycanlı məhbusun ittihamlarından biri casusluqdu və buna dayir həbsə məhkum oloblar.



بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292

  بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292 https://youtube.com/live/3iyA9DZwBYs