Dr. Riza Bərahəni hardan qalxıb və indi hardadı






"Mən, üst üstə fiqir bir ayilədən gəlmişəm" Dr. Riza Bərahəni onlar kitab yazarı və Azərbaycan, Türk, Fars, İngilis, Fırasiz və Ərəbcəni bilan və oxuyan bu sözü deyir. Gərçi Bərahəninin ayiləsi fəqirimiş amma oları yaxşı məktəbə qoyoblar. Bərahəninin dediyinə əsasən, onon böyük qardaşı İranın elmi saykolojisinin banisidir. Riza "o kişi ki arvadın itirmişdi" nağıl kitabın oxuyandan sonra kəşf edir ki onda yazma putansiyeli var və yazır.

Riza Bərahəninin kitabları İngilis və Fıransıza çevrilib və satılır. Dönyada adlım yazar olduğuna gora, iki il Kanadanin Pen Kulubunun rəyisi olüb. Bərahəni İranın şah devrində solçuluq fikrinə malikimiş və ondan dolayı həbsə düşmüşömöş. İranın İslami İnqilabından sonra da tutulur və dar ağacına dək aparılır amma ölümdən qaçır ta ədəbiyyatda yaradıcılığına davam versin. Daha İranda qala bilmir və qaçmaq məcburiyyətində qalır. Bərahəni indilikdə Kanadanın Toronto şəhərində yerləşib və Yörk Universitəsində yüzlər tələbiyə Moaasir və Tənqiydi Ədəbiyyat dərsi verir.

Doğrudu ki Bərahəni Azərbaycani ya Türk dilində yazmayıb amma Cəfər Pişəvəri dimokrat devləti zamanında bir il Türkü oxuduğuna əsasən, tamam novellərində, şerlərində və digər janirlarinda azərbaycan mevzusun daşır və Azərbaycanlı karekterləri və məkanları canlandırır. O deyir "4 inci sınıfdaydım ki gördüm evdəki dilimlə məktəbdəki dilimin arasında heş fərq yoxdu. Buna göra tənha həmən bir ilin içində, özü özündən biyganəlik hissi yoxudu. Sonra Tehran ordusü gəldi və yenidən məktəb dili fars dili oldu." Tamam tələbələr məktəbdə ikinci dili, İngilis dilini seçib və oxumağa məcbur qalırlar amma o zamanki universitəyə girir və İngilis dil və ədəbiyyatın oxur, məcbur qalır yenidən universitədə də ikinci dili seçsin və Fıransizcə, universitənin ikinci dili olor. İkinci ya üçüncü dildən məqsəd Türk dili deyilmiş. "və beləliklə neçə dilli bir adam oldum" 75 yaşlı Dr. Bərahəni deyir.

"Mən əvvəldən 3 janırda yazmağa başlamışam və davam da verirəm. Həm şeyr həm ruman ya novel və həmdə ədəbi tənqid yazıram" deyən Bərahəni artırır "cün şeyr və novel digər dillərə çevrilib, onlrla çox tanınıram amma mənim ədəbi nəqdilərim tərcümə olmayıb."

Bərahəni İranlılar arasında bir Azərbaycanlı və radikal siyasətçiyə məşhurdu. Ozü deyir " Mən 40-50 il milli demokratik haqlar özərində çalışmışam. Dillərin azadlığı mənim məqsədlərimdən biri olob. Sansörla möbarizələrə qoşulmuşam.Yoxsul ayilədən qalxdığıma göra təbəqələr (social classes) məsələsi həmişə mənim fikrimin bir parşası olob və 40-45 il əvvəldən kişilərlə xanimların bərabər haqlara sahib olmaların mödafiyə aparmişam."

Dr. Riza Bərahəni Azərbaycanlıların ən yoksık səsidi. Bu səs 4-5 il əvvəl Ədəbiyyat Nobelinin namizədi olonob amma bəzi iranlı moxalifətlərə əsasən, Nobelin namizədlər listəsindən atılıb. lakin onon kitablarının böyük həssəsi İranda çap olob. Onun yazılarından 3500 səhifə də Fıransiz dilində və bir adlım naşir vasitəsilə çap olob. Bulardan əlavə, onon yazılarına əsasən 7-8 numayiş yazılıb və oynanıb. "Şah zamanı mənim yazdıqlarım bir neçə kitab ABŞin Niyo York şəhərində çap olob amma İran inqilabından buyana ABŞda heş kitab çapa verməmişəm" Dr. Riza Bərahəbi Amerikanın Azərbaycani Servisilə müsahibədə deyir. O Kanada yaşayan az Azərbaycanlılardandır ki "Kanada- İran-Azərbaycanlıların Dil və Ədəbiyyat" cəmiyyətinin möəssisidi və illərcə onon başçısı olob.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر