Təbrizli bir siyasi fəaal zindana verildi






Təbtizli; Ğulamriza Nəcəfi tutuqlanıb və Təbrizin zindanına göndərildi. Güney Azərbaycan Oyrənci Hərəkatının sitəsi xəbərə əlavə edir ki Təbrizin İnqilab Məhkəməsi onu məhkəməyə çağırandan sonra, onu tutuqlandırıb və zindana verdi.

Sana Niyuz da yazır: Nəcəfi 16 ay əvvəl "Nizam və hakimiyyət ziddinə təbliğ" ittihamına tutulmuşdu. İttiham buna əsaslanırdi ki o "Azərbaycanın Xordad ayının həmasəsinə bir baxış" adlı özəl (məxsus) dərgi çap edib, yaymışdı. Güney Portalı sitəsidə yazır ki Nəcəfi o zaman tutuldu və 30 gün ittlaatin işkəncələrinə bir nəfərlik hocrələrdə məruz qaldı amma sonunda pul və milk zəmanəti qabaqlığında, müvəqqət olaraq, azad oldu.

Nəcəfi inqilab məhkəməsində muhakimə olob və bir il həbsə məhkum oldu ki o möddətin 3 ayin zindanda qalıb və azadlığın əldən verməlidi. Qalan 9 ay, asılı olacaq və əyər sonlarda bir yeni ittihama məhkum olsa, yeni cürmüdən əlavə, əvvəlki 9 ayıda həbisdə qalmalı olacaq.

Güney Azərbaycan Xəbər Mərkəzi də artırır ki Nəcəfi İnqilab məhkəməsinin hokmonə etiraz edib amma Etiraz ya ikinci məhkəmə ki Təbrizdə "Təcdidi Nəzər"ə mərufdu, etiraza baxmayaraq, inqila məhkəməsinin hökmün təsdiq edib.


Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر