Azərbayzanlı məhbuslarından 7 azad oldu



Təbriz və Ərdəbil zindanlarında məhbus olan İran-Azərbaycanlı siyasi və mədəni fəallardan 7 movəqqət olaraq, zindandan azad oldular. Təbriz Səsi sitəsi bu azad olanların 4 dən: Behbüd Qulizadə, Əlirza Əbdollahi, Şəhram Radmehr və Nəim Əhmədi-dən ad çəkir və əlavə edir ki oların mövəqqət azadlıqları üçün 220 Milyon Tümən ya 220.000 dollar zəmanət verilib. Xəbər artırır: Qulizadə 153 gün, Əbdollahi 151 gün, Radmehr 149 gün və Əhmədi də 128 gün movəqqət həbsidə qalandan sonra azad oloblar. Güney Azərbaycan Portalı sitəsidə artərər ki "Bu fəaallar cismi və ruhi işkəncələrə məruz qalıblar."

Savalan səsi sitəsi qeyd aparır ki olar, Urumiyə, Miyandab, Ərdəbil və Meşginşəhər şəhərlərindən tutulub və Təbrizin İttilaat İdarəsinə götürülüblər. Bu sitənin veriyi məlumata əsasən; oların hər birinə 4 ittiham irəli sürülüb. ittihamlar: 1. məmləkətə təhlökə yaratmaq məqsədiylə qeyrı qanun GAMOH partiyasında üzv olmax, 2. Hakimiyyət ziddinə təbliğ aparmax, 3. Əmniyyəti pozmaq məqsədiylən diygərlərlə əl birlik aparmax və 4. Casusluqda yardımcı olmaqdan ibarətdi.

Bu 4 nəfərdən əlavə, Zahra xanım Fərəczadə və Bəhmən Nəsirzadə də bir neçə gün əvvəl azad olmuşdular. Oların hər birinin azadliqi üçün 50 Milyon Tömın ya 50 min Dollar pul zəmanəti məhkəməyə verilmişdi.
Eyni xəbər sitələri Ərdəbilli; Rəhim Ğölaminin azadliğından xəbər verirlər. Rəhim, "Mehri Ərdəbil" həftəlik dərgisinin turku səhiyfəsinin modorodo ki 2 ittihama rastlaşıb və olardan dolayı 5 il həbsə və Həmədan şəhərinin zindanına sürgün olmağa məhkum olmuşdu. Amma o hokmə etiraz edəndən sonra, ikinci ya "Təcdidi Nəzər" məhkəməsində o ittihamlar və hokm silinib və "Təbliğ" ittihamı düzəllənib və bir il həbsidə qalmağa məhkum olub. Həbsə alınandan sonra 89 gün zindanda qalıb və azad olub.

Bu halda xəbərlərə əsasən; zindanda qalanların sayı 30 çöxdu və oların 10, dörd aydan çox zindanda qalıblar. O cümlədən; Həmiydə xanım Fərəczadə 151 gün, Ayət Mehrəlibəyli 168 gün, Aydın Xaceyi 154 gün, lətif Həsəni 151 gün, Əkbər Azad 150 gün, Heydər Kəriymi 137 gün, Mahmıd Fəzli 137 gün, Yonos Süleymani 128 gün, Şökrullah Qəhrəmanifərd 123 gün, və Həsən Rəhiymibəyat 112 gün movəqqət həbsidə qalıblar.

Həmən mənbələr iddia edirlər ki məhbusların bir çoxu bu uzun zamanda, vəkilə əlləri çatmaqdan məhrum olmuşlar. Bu o haldaydı ki Nəqi Mahmudi və Abbas Cəmali, təbrizdən olarin vikalətin ohdələrinə almışdılar. Bu iki Təblirzli vəkillərdən əlavə, Məhəmmədirza Fəqihi də Tehrandan oların vəkiliydi amma məhbuslara bir iş gərəbimayıblar.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر