Ərdəbilin Ustandarlıqı tətildə







Ərdəbil Ustandarlığının tamam işçiləri gəlirlərinin parçalarının kəsilməsinə etirazda işdən əl çəkib və həmən idarənin namazxanasında toplanıb və idarəni tətilə çəkiblər. Xəbəri Ayətollah Əli Xameneyiyə bağlı olan "İsam Cumhuriyyəti" qazeti dünün Novamberin 14 nəşr edib və onlar xəbər sitəsi o cümlədən HARANA, Güney Azərbaycan Xəbər Ajansı, Cönbişi Rahi Səbz və Cərəs o qazetə istinadən xəbəri nəql ediblər. Bu devlət işçiləri qanuna istinad edərək iddia edirlər ki ayliq gəlirin kəsilən hissələri tamam digər idarələrdə, nazirliklərdə və habelə Cumhur rəyisliyinin işçilərinə odəlinir. Tətildə olanlar deyirlər; bu zamandaki xərc məxaric çoxalmaqdadı, məaşımızın azalması, bizi çətinliklərlə üzbəüz edir. Bu devlət işçilərinin bahalığa işarələri, subsidiyaların tamam əmtəələrdən kəsilməsinə və əmtəələrin bahalaşmasına işarətdi.

Bu Ərdəbil Ustandarlığın tətilə çəkən devlət işçiləri Ərdəbil iyalətin "Məhrum" olan bir iyalət adlandırıblar və Cumhuri İslami gündəliyinin yazdığına əsasən deyirlər ki həm ustandarlıx həmdə ona bağlı olan valiliklər (Fərmandarliqlar) doğru düzgün qənaətin yolun tapmalı və bizim gəlirimizi kəsməməlidilər.
Həmən qazet iddia edir ki Ərdəbil iyalətinin tamam fərmandarliqlarında da devlət işçiləri idarələri tətilə çəkiblər və namazxanalarda etiraz ictimasın bərpa ediblər və qazet iddia edir ki tətilçilər Seyid Həsən Sabiri; Ustandardan möşkülün həllin tələb ediblər.

İslam Cumhuriyyti qazeti iddia edir ki ustandar ya Ərdəbil hakimilə müsahibə aparıb. Müsahibədə Sabiri Allahdan isteyib ki etirazçıları döz yola aparsın. Seyd Hüseyn 113 gündür ki bu iyalətin ustandarı olub. O qazetin möxbirinə deyib ki "artiq istiyənlərlə möbarizə" aparacaq və beləliklə etirazçıları artıq istımıyı ittihamlayıb. Ustandar atrırıb ki "heşkimdən bir haq azalmayıb və mən artiq istiyənlərin zorlama etirazlarına təslim olmayacağam. Niyə ki hər kim gərək öz haqqına qane ola."

İranda gedən Yaşıl Hərəkatının liderlərindən sayılan Mir Hüseyn Musəviyə bağlı olan "Cərəs"də yazır ki tətildə olanlar öz haqların, o cümlədən əyalvarliq haqqın, uşaq haqqın, Nahar yemeyi haqqın və (padaş=premium) haqqın tələb edirlər. Cərəs iddia edir ki işçilərin birilə onon möxbirilə müsahibəədə deyib ki "devlət subsidiyaları kəsməkdə və qiymətlərdə qalxmaqdadır. Devlət öz işçilərinin gəlirinə artirmax yerinə, kəsməyə başlayınıb."

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر