250 Təbrizli yetim çöldə qalmalidilar
250 Təbrizli yetimin evsiz yurtsuz qalmasından İranın mühafizəkarlarına bağlı olan "Quds" gündəliyi xəbər verdi. Qudsun möxbiri Təbrizdən xəbər verib ki Şərqi Azərbaycan Ədliyyəsi hokmü əsasına yetimlar saxlanınan bina "Uşaqlar Umud Evi" boşalıb və bir ayrı möəssisiyə verilib. Umud Evi İranin sosyal himayətlər idarəsinin bir bölümüdu ki İranda "Behzisti" adıla tanınır. Bu xəbər Fars Xəbər Ajansıda və onlar xəbər sitəsində yayılıb. Hətta bəzi xəbər ajansıları belə yetimlərlə can közəridici müsahibələr aparıblarş Bu müsahibələrdə yetimlər Mahmıd Əhmədinəjad; İran prizidentindən sərpənahsız qamamaların tələb eidblər.
Təbriz Behzistisinin müdürü verdiyi məlumata əsasən, Umud Evində 250 yetimin gecə günüz yaşamaqlarından əlavə, 750 yetimdə Azərbaycanlı ayilələrə verib ki oları özlərinə uşaq onvanında behzistidən alıblar. Umud Evinin müdürü artırır: Yetimlərdən əlavə 2000 ərsiz və sahıbsız xanım və 3000 yarı-can (əlil) insan bu mərkəzin xidmətlərindən faydalanırlar.
HARANA; İran Bəşər Haqları Quruplarının Xəbər Ajansıda Şərqi Azərbaycanin Behzistisinin müdürünə istinadən bu müşkülün törənmə səbəbin "qanun və devlət idarələrində sənədsizlik" bildirib. Umud Evi 10 min metrədir ki 1318 (1939) Əqdəs xanım Pənahi ono "Təbriz Xeyriyyə Möəssisəsi"nə vəqf (bağış) etmişdi. Amma 1359 (1980) bir qanun özərə Behzisti xeyriyyələrin darayatına malik olor amma sənədlərdə bu yerə işarə olmor və qərar olor ki beş il içində hər il 20 Qıran kirayə odənilsın. Kirayənin azlığı bu fikiri yaradır ki çalışırmışlar o vəqfi şərii ya din usulları özərə kiraya versinlər.
Behzisti məqamları Təbriz Xeyriyyə Möəssisəsinin yetimləri saxlamaqda təcröbəsiz olmasın iddia edir və deyir ki yetimləri saxlamaq kimi işlərə behzisti izin kağazı verir və bu möəssisə heş cörə izin almayıb. Sadiqi; behzistinin müdürü Quds qazetilə müsahibədə iddia edib ki Təbriz Xeyriyyə Möəssisəsi neçə il bundan əvvəl yoxudu. O əlavə edir: Nəcür birdən birə iddia edəbilər ki milk sahibidilər. Sadiqiyə əsasən Umud Evi Təbrizin ən yaxşı və bahalı yerindədi və olar istirlər orda binalar tikib, satsınlar.
Şərqi Azərbaycan behzisti məqamları çalışırlar göstərsinlər ki tamam yetimləri, əlilləri və sahıbsız xanımları gərək ki Təbriz Xeyriyyə Möəssisəsi saxlasın. Bu o haldadı ki qanun devləti və o idarəni bu işlərə gora yaradıb və hər il milyondlar dollar bodca alır və gərəkən halda, devlət yetimləri, əlilləri və sahıbsız xanımları yeni binada yerləşdirsin və oları küçədə buraxmasın.
Bizim möxbirimiz çalışdı, Təbriz Xeyriyyə Möəssisəsinin müdürlərilə əlaqə saxlasın amma olmadı. Biz oların və digər tərəflərin və habelə İran Azərbaycanlılarının fikirin oyrənmək və yaymaq istərik.
*****
Comments
Post a Comment