Sunday, November 14, 2010

Tiraxtur , Peykanı utdu






Təbrizin Tiraxtur tim ya kumandası Qəzvinin Peykanın 2-1 uddu və bu oyunun hər 3 im
tiyazım əldə etdi. Bəzi spor (vərziş) sitələri, o cümlədən; "Tiraxtorün havadarları sitəsi" 35000 tamaşaçının huzurundan xəbər verirlər. Ayrıları, o cümlədən "Tabnak"ın spor bolümü 20 min Azərbaycanlının hazir olduğundan yazır.

Oyun, Cuma Axşamı sahat 14:45 və Təbrizin cənubi dağlarının ortasında vaqe olan "Yadigarı İmam" ustadiyomunda başladı. Top oyunun birinci hissəsində çox sürətlə firlanırdi. Tiraxtorun oz sitəsi yazir ki hələ Tiraxtorun motoru qızışmamışdı ki Peykan, 5 inci dəqiqədə "Əmir

Mirbozorgi"yə bir gol vurdu. Bu gol, Mehdi Sabitinin səhvindən buruza gəldi və Tiraxturun zəhmətkeşlərin bir az sustaltdı və tamaşaçilar "həmlə ... həmlə ..." şuaarın kəsdilər.

Az geçmədi ki Tiraxtur qaza basdı. Dalbadal, hərifə həmlə apardı. Həmlələr, yenidən tamaşaçıları şoqa gətirdi və 8 inci dəqiqədə bu ghəyəcanlar səmər verdi və Tiraxturun "Andiryanik Teymuriyan"ı bir şütlə Tiraxtur yediğı golon əvəzin açdı və oyunu 1-1 etdi. Tıraxtur

dayananmırdı. 13-inci dəqiqədə "Casim Kərrar"ın şütü az fasiləylə eşiyə getdi və tamaşaçılar yenidən, daha isti Alqışa (təşviqə) başladılar. Hamı birdən səslənirdi "Tiraxur el istər ---- Şərəfli millət istər". 6-7 xətərli həmlədən sonra, Tiraxturun korner topo, dəf oldu amma Əli Əlizadə dəf olan topu gola çevirdi və 24 dəqiqədə 35000 zəhmət keşi ayağa qovzadı.

Bundan sonra, 93 dəqiqənin fışqasın çalanadək daha gol vorulmadı. "Tiraxturçılar" sitəsi yazır: bu iki goldan sonrada, Tiraxturun 10 gol fürsəti varıdı amma o fürsətlərin hamısı hədərə getdi. Bundan əlavə, Mehdi Sabiti; Tiraxturun oyunçusu yaralandı və xəstəcanaya götürüldü. Spor sitələri xəbər verirlər ki onon halı yaxşıdı.

Tiraxtur, Peykanı uddu və 20 imtiyazlı oldu. "Bərtər Liqası

nın" 14 inci həftəsində, yarışlarının (musabiqələrinin) 7 rütbəsində yer tutdu. Cədvəlin başında "Zobi Ahən 28 imtiyazla, Perispolis və İstiqlal 24 imtiyazla iki və üçüncü yerdə, Sipahan 23, Sənəti Neft 22 və Kirman Misinin 20 imtiyazlıdılar. Peykan həmən 10 imtiyazla ən axırdadı. Əyər Tiraxtur birinci yeri istərsə, gələn həftə Cuma günü "Səbayi Qum"un qabağında daha yaxşı oynamalı və fürsətləri əldən vrməməlidi. Niyə ki bəzi sitələr bu yarışdan "səhvilər Festivalı" ad çəkirlər.

No comments:

Post a Comment

بررسی مشروطه و علل دو کودتای انگلیسی بر علیه قاجارها و تورک ها

  بررسی مشروطه و علل دو کودتای انگلیسی بر علیه قاجارها و تورک ها انصافعلی هدایت کسانی که “جنبش مشروطه” را انقلاب می‌نامند، آگاهانه در پی شست...