Təbrizli böyük yazarın olümünün il dönümü unutulubmu?





Təbrizlı adlı sanlı yazar və tadqiqatçi: Dr. Qulamhöseyn Saaidi-nin ölümünün 25 il dünümü Azərbaycanlılar və İran çarçivəsində, sukutda keçdi. 1984 ilin Novembrin 23 Saaidinin olom gününün il dönnümidi. Təkcə bir neçə Fars dilli İrandan xaricdə olan midya və bir az tedad Turk və Fars xəbər sitələri ona gora məqalələr nəşr etdilər. Farsı VOA Saaidiyə gora yazır
"25 il əvvəl onun ölüm xəbəri Fıransa Lomond qazetində dərc oludu amma hələ bu günədək, İranda izin verilmayıb ki onun əsərlərinə gora məqalələr yazılsın." Həmən sitə əlavə edir "Gülməli budur, o zamanki Saaidi Təbrizdə və Turk dilində `Canavarlar` piyasasın yazırdı, cəzalandı
." Saaidi 1314 (1935) Təbrizdə anadan dogulmuşdu. Onun həyatı, İran ədəbiyyat tarixində bir yeni noqteyı ətfidir. İranın bir böyük yazarı; Gulşiri, Saaidini "Gabriyel Garsiya Margez"in ritmində əvvəl yazan birisi bilir.

Saaididən 64 çap olmuş və onlar çap olunmamış əsəri var. Bu əsərlərin bir çoxu tiyatır piyesinə ayitdir. Bəzi sitələr o cümlədən, İranın oyrətim nazirliyinə bağlı olan "Roşd" sitəsi onun tiyatır əsərlərindən 23 adın bir diyahədı yerləşdirib. Dr. Qulamhöseyn Fərnud ki Saaidilə yaxın yoldaşımış və Saaidinin əsərlərində və fikirlərində nəzər sahibi və Tiyater sahəsində üniversitədə məəllimdi, VOAin Azərbaycani servisilə müsahibədə bu iddiyanı irəli sürür ki Saaidi İranda tiyatır piyesi yazmaqda birinci olmasada, İranda üç piyes yazanların içindədər. Dr. Fərbud əlavə idir ki əyər Saaidini İran peyisindən silsəniz, İran tiyatər tarəxindən iftaxar üçün bir şey q
almaz. leylac, Toy, İntizar, Dünyanın ən yaxşı babası, Vərzilli Çomaqçılar, Məşrutə İnqilabından beş piyes, Aydinliq Evi, Uduzana vay olsun, Göz gözün muqabilində, Yazmağın Gələcəyi, Kulahlı A, Biz eşitmirik və ... o tiyatır piyeslərindəndi.

Şah devrində İranda izin verilirdi ki Saaidinin piyesləri tiyatırlarda canlansın ya kitabları və nağılları sinama filminə çevrilsın. İranlı direktorlar onon üç nağılı üzərə filim yaradıblar. Bu üç filim "Gav" (öküz=mal), "Özgələr huzurunda sakinlik" və "Miyna dayirəsi"dən ibar
ətdilər. İran İslam İnqilabından əvvəl Gav kitabı və filimi ziyalılar arasında dərin çaba yaratmışdı. İctimadakı bu təsir o qədər dərin əsər buraxmışdı ki hətta sinamanı haram bilən ayətullahlar belə ona baxıb və onu sevmişdilər. Bu sırada Ayətullah Xumeynidən ad çəkmək olar ki İran sinamasın
Gavla tanırdı və sinamdan onatay filimlər gözlördü. Xumeyni bu filmə və kitaba gora fikirin
aydın aşkara soylədi və onon tələbi əsasında, İnqilabın əvvəl illərində Gav filimi dəfələrcə İranın rəsmi tilviziyasından yaydılar.

Saaididə İran Azərbaycanının bir sürü yazarlarına tay, sərvətli bir ayilədən qalxmamış Amma həm özü həmdə qardaşı öz təlaş və çabaları əsərində İran tarixində böyük məqama sahibdələr. Dr. Farnuda gora onun Turku kitabları və tədqiqtı da var amma o devridə Turku oxuma imkanının olmamasına əsasən və əldə olan dildə yazmağın rahatlığına gora, əsərlərinin bir çoxun Fars dilində yazıb.

Bu yazıların içində 7 ruman var ki indiyədək təkcə 3 rumanı çapa yetib və 4 rumanı hələdə çap olmayıb. Saaidinin yazılarında ictima üzərə ağır tənqid gedir. Bu tənqidlərə əsasən, İran hukumətləri oları özünə alır və kitabların çap olmasına mane torədir və oları sansur edir.
Saaidi, fikirlərini sansur piçağına verən birisi deyilmiş. Ona gorada bəzi sansur tələb olan və çap olmayan kitablarının adın deyişib və yeni bir adla çap
etməyə çalışıb.

O təkcə bu yolla İranda hakim olan sansurla mübarizə aparmamış bəlkə Dr. Farnuda gora, dostlarının birinin vasitəsilə, Şahın vəzihi "Əmir Abbas Höveyda"lə sansuru ortadan qald
ırmax üçün mözakirələr aparırmış. Bu mözakirədə Qulamhöseyn Saaididən əlavə Dr. Riza Bərahəni, Siyrus Tahbaz və Cəlal Aliahməd-ində möşarikəti varımış. Dr Fərnud əlavə edir ki "sa
nsuru aradan qaldırmaq mözakirələri bir sonuca çatmadı."

Saaidi qissa nağıllar, piyeslər, rumanlar və Təxəssüs kitablarının çevirməsindən əlavə, kəndlər və kiçik şəhərlərə də müsafirət edib və daldada qalan insanlar özərində və onlar
ın ictimada gedən ilgiləri özərində tədqiqat aparırdı. Bu tədqiqtlarda, o, şəhərlilərin və kəndlilərin pisikoloji prablemlərində gəzdən atmırdı. Niyə ki o bir pisikiloji motəxəssisidir və mevzuları o zaviyədəndə görür.

Bu tədqiqatlarda ən yüksək yeri İran Azərbaycanının kiçik şəhərləri işğal edir. "Xiyav ya Meşkinşəhər", "Ilxıçı", "Kəleybər", "Əhər", "Mərənd", "Xoy" və "Rizaiyyə (Urmu)" o cümlədəndilər. Onun üniversitədəki tezi "Azərbaycandakı noruzların səbəbləri" ayitdir. Amma onun tədqiqatı sadəcə Azərbaycana ayit deyil bəlkə İranın çənub iqlimlərinədə səfər edib və olardada tədqiqat aparıb və nəşr edib.


Azərbaycanlıların bu alimi tanimaq və ona hörmət göstərmək, ziyalılar arasında başlanıb. O cümlədən bir Azərbaycanlı dərnək "Azər Turk" adlı ödül (Cayizə) bu alımin adın xatırlamaq üçün təsis ediblər.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر