Təbrizin seggizinci beynəlmiləl kitab sərgisi




Təbrizin Seggizinci Beynəlmiləl Bitab Sərgisi sona çatdi. Xanım İşrət Şayiq: Təbriz millət vəkilinin xəbər sitəsi iddia edir ki İranın kültür ya Farhang və İrşad İslami nazirliyinin moavini omod edir ki bu sərgi, "Beynəlmiləl" adını daşımağa baxmayaraq, doğrudan "beynəlmiləl kitab sərgisi həddi hodudunda olabilsin." Bu beynəlmiləl kitab sərgisində sadəcə, Azərbaycan Cumhurirətindən bir heyətın huzuru varıdı. Başqa 9 olkə; o cümlədən: çin, Hind, İngilis (İngiltərə) və Alman kimi olkələrin 14 naşirinin İrandakı numayəndələrinin iştirak etmişdi. Amma İranın ozünün minlər naşirindən, sadəcə 700 naşir oz kitabların sərgidə satışa qoymuşdular
.

Təbriz tilvizyasi kitab maraqlılariylə mosahibələrdə gostərdi ki ən çox kitab, Uşaqlar kitabları və əcnəbi dili oyrətmək kitablarıdı. Bu mosahibələrdə iştirak edən tələbələr və motəxəssislərin dediklərinə əsasən, Tələbələr və motəxəssislər üçün kitab, ya yoxomoş yada çox azımış. Buna gorada İşrət xanım Şayiqin sitəsi xəbər verir ki Təbrizin farmandar ya valisi: Mahmıd Çəməni deyib ki; Təxəssos kitabları sərgisi ki maraqlıların ehticlarına cavab verəbilsin, lazimdi. Amma o, eyni halda təxəssos və Turk dilli kitabların nəşrindən devlətin himayəsin istəmədi. Bəlkə sadəcə "din" və "İran-Əraq" savaşına həsr olan kitablarin yayılmasından, devlətin himayəsin tələb etdi. Bu o haldadi ki vali Çəmənidə etiraf edib ki İranın moasir tarixinin yazılmış əsərlərində, Təbrizin qiymətli yeri var və İranın birinci çapxanası bu şəhərdə işə döşöb.

Xəbər gəlir ki bu sərgidə 66 islam dini və Qürana ayid olan naşirlərin huzuru vardı ki 15000 adla kitab, devlət himayəsiylə çap edib və satırmışlar amma bu Azərbaycan topraqlarında bərpa olan sərgidə, neçə Türk dilində kitabın satılış izini olmasından heş xəbər çixmayıb. Bu kitab sərgi 7 gün boyunda, sabah sahat 10 axşam sahat 8 qədər açiq olordu və 100 min kitabın qiymətlərində, yüzdə 50 indirim ya təxfif varıdı.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر