Dumanli Təbrizin seryali hazırlanır






"Dumanli Təbriz" bir seryal adıdı ki 26 hissədə və hər hissə 50 dəqiqədə Tehranda oynanır və qərardı ki bu tezlikdə İran tilvizyasının birinci kanaından yayınlansın. Bu o haldadı ki "dumanlı Təbriz" Kitabının yazarının ayıləsi ya mötərciminin (çevirəninin) seryala gora heş xəbərləri yoxdu. Bunla ilgidə Dr. Rəhim Rəisniya, kitabın bu mötərcimilə müsahibə aparmışıx. Dr. Rəisniya Təbrizli bir adlı və sanlı tədqiqtçıdı və onlar kitab yazıb və
Məhəmmədsəid Ordubadi-nin Dumanli Təbriz kitabın Fars dilinə tərcümə edib.

Dr. Rəisniya bizə verdiyə müsahibədə deyir: ola bilər ki seryalın adın bu kitabın ustundən götürsünlər amma mənim heşdə xəbərim yoxdu və mənimdə seryala gora mətbyatda yazıldığı qədər məlumatım var. Oqədər bilirəm ki seryalın macərası Ordubadinin kitabının hadisələrində daha əvvəldən başyayıb. Dr. Rəisniya əlavə edri ki Dumanli Təbriz kitabının hadisələri Məşrutə İnqilabından başlır amma bu seryal 70-80 il ondan irəlidən ya Abbasmirza zamanından başlır. Rəisniya fikrinə əsasən, imkani var ki olar kitab adlım olduğuna gora onon adından faydalanıblar. O qeyd edir ki mən inanmıram ki bular bu kitab üzərə filim çəkələr.
Dr. Rəisniya İranda kı rayic bir qanunada barmaq basır və deyir: İranda kopi rayt haqqı və qanunu yoxdu və heş kim kitabı çevirməkdə ya ondan filim yaratmaqda özün məcbur görmür ki kitab ya əsər sahibindən azin alsın. Hətta belə bu kitabdan seryali yazsalarda mən inanmıram ki məndən ya digər mötərcimlərdən ya Ordubadının ayiləsindən izin alsınlar. O təkidlən tikrar edir "Mən bucür bir imkanın olmasına belə inanmıram."

Dr. Rəisniya kitaba görə deyir; bəzi cəhətlərdən kitaba tənqid olabilər amma kitab ozloğunda bir movəffəq kitabdı. Ordubadi Culfada olduğuna gora və birdə Sosyal-Dımokrat hərəkatı mucahidləri ki Qafqazdan Təbrizə gəl ged edirdilər, bununda olarla əlaqəsi varidi. Ona gora Təbrizdə məşruteylə ilgili olan hadisələrdən yaxşı xəbəri var və yaxşı bir tarixi navel yazıb.



kitab 1930 inci illərin əvvəllərində yazılıb və məşrutəni canlandırır. Bu kitabdan Fars dilində iki tərcümə var və hər ikisidə bazarda satılır amma "Təbrizi meh alud" seryalı təkcə bu kitaba göra möbahisə yaratmayıb bəlkə Təbrizin şəhər şurasının üzvüləridə seryalın nəcür irəliləməsində, Təbrizdə çəkilməməsinə və Azərbaycanlı tədqiqatçılar və yazarlalra məşvərənin olonmamasından narazidılar. Bu cür xəbərlər Təbrizin bətbuatinda hər gün gəzə görünür.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر