Öz xalqına cahillıq, "düşməndən bal ummaq, zəhər almaq" demək dir



Öz xalqına cahillıq, "düşməndən bal ummaq, zəhər almaq" demək dir


Kaş birisi şəhid Seyid Cəfər Pişəvərinin siyası nütqların toplaya. Bu şəhidimiz, tariximizdə taysız bir şəxsiyyət dir ki fikirlərin zamanın qazetlərində və dərgilərində yazıb, yayıb. Sonralarda siyasi və ictimayı nütqləri olub ki onlarda mətbuatda nəşr olublar. Toplaması çox rahat dır. Arpa qədər himmər lazim dir.
Mənim nəslim və geçmiş 100 ildə ki nəsillər, öz qəhrəman ata babalarının siyasi və fəlsəfi gürüşlərindən xəbərsiz dirlər.
Bu xəbərsizlik də bizə iyma və işarə edir: tariximizdə “siyası” və “fəlsəfi” fikirimiz və fikirdaşlarımız olmeyib dir.
Niyəki Xəbərsizlik, Yox anlamında dır! Buda iyma və işarə edir ki biz Azərbaycan türklərinin fəlsəfə və siyasət sahəsində beynimiz işləmirmiş və işləmir. Bu sahələrdə beyni boşuq! Sadəcə qılıc və silah gücünə malikimişiq.
Buda xətadır. Fikirsiz, devlət və impiraturluq qurmaq olmaz!
Bu dərin və mürəkkəb bir cəhl və bilimsilik dir və ordan göyərir ki biz tarıxımızı, siyasi və ictimayi liderlərimizin və alimlərimizin fikirlərilə tanış deyilik və bir tarixi boşluqda yaşırıx. “Boşluq” da “Yoxluğun” özü dür.
İnsanlar, tarixi, siyasi və fəlsəfi boşluqda olabilməzlər. Əgər hər adam özünə və ictimasına ayid fikir sahiblərin tapmazsa, başqa yerlərdən axtarıb, tapar və onlarıla öz için doldurar. 
İçində ki ruh, biganə ya əcnəbi və düşməni ulu və böyük fikir və siyasət sahibi göstərirsə, düşmənin cildinə girər ta bir ulu kimlik cildin geymiş olsun.

Fikir sahibi olmaq, öz içində devlət qurmaq dır!



Əcnəbi fikirin geyirsə, öz xalqından qopar, düşmənin səfinə geçər və dahası bu ki öz xalqına düşmən olar. Həmdə öz xalqının içi boşluğuna inanar və özünə vacib bilər, tapdıqlarilə ictimasın doldursun və onları inkişafa və cəhlidən azadlıqa və elmə aparsın. İşkişaf və azadlıqın yolu, onun fikirində, onun inandıqların qəbul etmək dir. Dümənə inanmaq və öz xalqına xiyanəti, dixmət bilmək dir.
Misal istirsən, bax alimlərə və profosorlara ki yazırlar, pozurlar, amma öz xalqımızın ziddinə və məhvinə çalışırlar.
Niyə?
Çün, öz alimlərinin fikirin axtarıb tapmaq məşəqqətli olduğu üçün, rahat və qolay yolu seçiblər. Hazir olan fikirləri, alıb və ona inanıblar.
Yəni, öz içində və öz xalqında olan fikirləri axtarmadıqları üçün, onları tapmeyiblər. Tapmadıqları üçündə, olmayanlara inanmeyiblər.
Düşmən hazırladıqı fikirləri, rahatca tapıb, oxuyub və mənimseyiblər. Sonra, düşmənin qılına giriblər. Düşmənə inanıblar. Bu inancdan, onu azad etmək, devlət qurmaqdan belə çətin dir. 
Fikir sahibi olmaq, kəndi içində devlət qurmaq dır. O zaman ki öz içində düşmənə ayid olan devləti qurasan, eşikdə və ictimada, özənə ayid devləti quranmazsan!
Biz dünya (batı ya ğərb ölkələri, Rus və Çin) və Farsların alimlərinin fikirləri ilə tanış olmuşuq amma üz dədələrimizin fikirlərindən heç xəbərimiz yoxdur.
Mən: İnsafəli Hidayət, hər gün daha dərin inanıram ki Mən çox amma çox çox cahiləm və öz xalqımı, xalqımın alim evladların və siyasətçilərini tanımıram. 
Mən o kişiyə bənzirəm ki Şeytanın arxasıcan dolanıram, mənə rəhm edə və bir isarət zənciri boynuma vura.
Bu hikayəni yüzlər kərə eşitmişəm amma düşünməmişəm, atalarımız niyə bu sözü deyiblər?
Bu, o demək dir ki mən Azadlıq tələbəndə, yanlış yerdə və yanlş fikirlər və nəzəriyyələrdə Azadlıq axtarıram. 
Azadlıq gərək ki mənim və sənin öz toprağında (həm can həm vətən) bitə və göyərə.
Yoxsa düşman sənə verdigi AZADLIĞI zəhərlə qatıb, sənə verər və zəhər həmən SÜMÜRGƏ dir. Zəhərlənirşə, Azadlığı birdə çox çətin əldə etmək imkanın olar. Azadlıq və inkişaf adına, yüzlər il, isarətdə və zəncirdə qalarsan amma fikir edərsən: “azadam”.
O qanadlı quşlar ki qəfəsdə qalırlar və hətta qəfəsi açarsan, uçar, dolanar, qəfəsə qayıdar, bu fikirin miyvəsi dir. O qanadlı quşun fikiri və inancı yanlış dolub, uçuşu yox! 
Bu, həmən, özgə fikiri və siyasətilə zəhərlənmək və azadlığı əldən vermək dir! Azadlıq imkanı olursa belə, qəfəsə qayıtmaq dır, onun fikirində!











Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر