Türkiyə və Azərbaycan Cumhuriyyətləri uduzmamalı amma uduzacaqlar Cənubi Azərbaycanı




Türkiyə və Azərbaycan Cumhuriyyətləri uduzmamalı amma uduzacaqlar Cənubi Azərbaycanı


 
İnsafəli Hidayət
Toronto – Kanada
April 03, 2012








          Türk dövlətləri və millətləri, o cümlədən Türkiyyə Cumhuriyyəti və Azərbaycan Cumhuriyyəti ğərblə İraq müharibəsində uduzdular. Nəyi? Türk Kəkuku və İraq Türkəmənrin. Yola bələdçi olan olursa, dumanın arxasından gorər İranla ğərb mücadiləsi hər an ciddiləşir və müharibə ehtimalı yüksəlir. İndi müharibə yox amma müharibə olursa, İranda, İran Türklərində və İran Azərbaycanın və türk xalqın kim uduzacaq? kim qazanacaq?

          Müharibənin birinci şartı müttəhid quvvələrin bir cəbhədə toplanmasıdır. İranın iki müttəhidi var. Birisi Hizbullah, Lobnanda, digəri Suriyyədir. Amerika Hizbullahı müzakirə mizi ya masasına şçəkir və İrandan uzaqlaşdırmağa çalışır. Zatən, Filistin mevzusu bir yol tapirsa, Hizbullah məsələsi həll olar. Bunun həlli üçün, İsraillə Amerika əməkdaşlığı ciddi tutmalı. İsrayil İran mevzusunda ciddi olursa, Amerikanın Filistinə görə olan pılanın qəbul etməlidir.

 Suriyyənin getməsi ehtimalı da hər an quvvələnir. Bəşşar gedirsə,  İran yalqız qalacaq. Bu o haldadır ki, İranda yaşayan Azərbaycanlılar, Kürdlər, Ərəblər, Bəluçlar, Türkəmənlər, Lorrar və ... onlara olan ayrı seçgilikdən, insan haqlarının olmamasından, dillərinin qadağan olmasından, ictimayi və ekonomik və kültür sahələrində geri qalmalarından və onlara olan hiqarətlərdən,  narazidilər. Bu o haldadır ki, Farsların arasında da qüdrət müharibəsi, gizlin olursada davam edir.

          Amerikanın müttəhidləri İran ətrafında Türkiyyə, Azərbaycan, Gürcüsan, Ermənistan, Türkəmənistan, Üzbəkistan, Kazaqistan, Tacikistan, Əfğanistan, Pakistan, Hinustan və Ərəb ölkələri ki, Sudi Ərəbistan, Yəmən, Umman, Birləşmiş Ərəb İmaratları, Qətər, Bəhreyn, Kuveyt, İraq, Suriyyə, Mısır və İsrayildən ibarətdilər.

          Bu siyahədə hankı ölkənin Amerikayla müttəhid olmamaq fikri olursa, hər sahədə uduzan ölkə olar. Hindustan-ın özünə ayit bir siyasəti var və öz mənfəinin tamini üçün kəndi siyasətin irəli sürəcək amma Amerikayla əməkdaşlıqda əldə edəbildiyi mənfəətləri qurbavn verməsində şəklə baxmaq lazimdir.  Eyni halda ki,  İranı mühasirə edən ölkələrin hamısının İranla siyasi, dini və qandan ırqdan-qalxan ixtilafları var və Amerikanın cəbhəsindədilər və Amerikanın ordusunun qudrəti o ölkələrdə söz konusu deyil.

          İsrayi, İrana həmlə aparıb və bir neçə atom və silah istihsal edən yerləri vurmaqla, uzun zamanda kəndisinə əmniyyət qazana bilməz və İrana bahana verər, İsrayilin təhlükəsin dəf etmək üçün lazimi silah (o  cümlədən atom silahi) və quvvəni toplamağa güc toplasın və bu Amerika Birləşmiş dövlətlərinin siyasəti deyil.

          Amerika İsraillə birləşirsə İranı vursun, İraqla iki müharibədə qazandığı önəmli təcrübəni buraxmiyacaq və geniş bombardumandan sonra, İranın sərhədlərində olan bir parçanı, İriqın Kürdüstanı kimi ayıracaq və oranın irəliləmək məcalın verəcək ta İran xalqına bir ülgü kimi göstərsin və İran xalqlarının himayəsin qazansın. Onları İranın siyası, ictimayi və dini propagandasından azad etsin və bu Amerikaya zaman və imkanlar qazandırar.

İranı coğrafi və topraq baxımından mühasirə edən olkələrin ən çöxü Ərəb dilli məmləkətlərdir ki, İranla da boyük prablemləri yaşayırlar və onuları (hər yoldan olur olsun) çözməyə can atırlar. Onların əllərinə hər hankı fürsət düşürsə, ondan faydalanacaqlar.

          Bu halda, İranın cunub hissəsi, ərəblər oturan bölgədir ki İranın nefti və patrolu oradan istihsal olur. Bu topraqlar və ondan əldə olan malı imkanların kəsilməsi və İraqa tay, Birləşmiş millətlərin vasitəsilə neftin istihsalı və satılmasının imkanı var. ABŞ və onun müttəhidləri bu siyasətlə İranın silah və ordu işlərində və habelə digər işlərinin maliyyələnməsində önəmli mane yaradabilərlər.

         
           Bu arada, İranda yaşayan ərəblər, İranda olan ayrı seçgilik siyasətindən, hər zaviyədən baxılırsa daha dərin hiqarətləri his ediblər və İranın siyasi hakimiyyətindən razi deyirlər. Təbii ki, bu ərəb xalqı uzun zaman haqsızlıqlara məruz qalandan sonra, İranın kanarında durub və ondan müdafiə etmiyəcəklər.

 Bu istirateji, ərəb ölkələrinində istəyi dir və bu sinaryoyu irəli aparmaq üçün, Amerika və onla müttəhid quvvələrlə müzakirə aparılır. Amerika, İrana olan təhacümdə, Ərəb məmləkətlərinin topraq və digər imkanlarından faydalanmaq istərsə, onlara poən və imtiyaz verməlidir. Bu ruchan daha nədən ibarət ola bilir? Xuzistanın İstiqlalı və ya xudmuxtarlığı. Bu sinaryo irəli gedirsə, İran Azərbaycanlıları, Türkiyyə və Azərbaycan Cumhuriyyətləri qətiyyən uduzanlar olacaqlar.

          İkinci ehtimal, İraq misalı olaraq, İran Kürdləri yaşayan iyalətlərdən ibarətdir. Amerikanın geçmişdə, Kürdlərlə yaxcı və yaxın və güvənilir ilgiləri olub və dadlı sonuclarada çatıb. İraq Kürdüstanı mevzusunda, bütün sahələrdə, təcrübə üzərə, Kürdlərlə əməkdaşlıq imkanı var. Onların güclərindən və potanseyellərindən agahdır. Eyni halda ki Orta Doğunun ikinci ya üçüncü prablemi Kürd məsələsidir və geci tezi, Amerika və onun müttəhidləri İran, İraq, Türkiyyə və Suriyyədə bu mevzuya çarə tapmalıdırlar.

          Təbii və istiratejik baxımdan bu Türkiyyə Cumhuriyyətinin istəyi deyil və onla müvafiq olmaz amma bir para dəyərli imkanlarda Türkiyyəyə tanılırsa, İraqda kı, Türkəmənlərə tay, İran Azərbaycanlıların feda etməzmi? Türkəmənləri qurban vermədimi və Kürdlər İraqda qazanmadılarmı?. İndiki halda, Türkəmənlər, İraqın siyasi müdürlüyündə nə qədər rolu və yeri var? Kürdlər harda, Türkəmənlər harda?

          Bu mevzuda, Türk dövlətlərinin birlikdə bir siyasi amma istiratejik pılanları olmasa, Türkiyyə başda və digər Türk kökənli millətlər son sırada uduzan olacaqlar.

          İranın Sistan və Bəluçistan bölgəsi digər sinaryo olabilir amma orada önəmli yer altı, gaz, neft və petrol yoxdu. Bəluçlarında nufusu azdır və bu nufusun İran əhalisi və İran dövləti sistimi çarçivəsində lazim olan qədər yerə malik deyil. Yri yoxdu desək, daha doğru olar. Zən etmirəm ki, Amerika və onun müttəhidləri quvvələrin zəyif bir yerdə xərc etsinlər.

İran Türkəmənləri, Mazənilər və Giləkilərdə İranın şumalındadılar. Türkəmənlər, İran Türkləri nufusu və toprağı içində görünməlidir. Əgər onları İran Azərbaycan və Türklərindən ayırırsaq, təklikdə bir gözə çarpıcı qovvəyə malik deyirlər.  Xəzər dənizi ya şumalda sakin olan Giləkilər və Mazənilərdə Türkəmənlərə tay bir gücə malik deyirlər. Əlbət, Əli Xaməneyinin can qorucularının %90 bu bölgədəndirlər.

İranda ən çox siyasi və nufus güc, Farslar və Türklərdən ibarətdir. Farslar İran hakimiyyətində olduqlarına dayanaraq, onlar indiki hakimiyyətin cəbhəsində sayılırlar və təbii ki Amerikayla əlbir olmaları, batı ölkələrinin istəyidir və beylə olursa, batı az imkanların harcamadan, amaclarına nayil olar amma əslində bu sinaryo imkansız və onun üzərində, taktik mühasibələrinə yer var.

İran çərçivəsində qalan önəmli siyasi, ictimayi, iqtisadi və nufusa gücünə malik olan İran Türkləri və xususilə də İran Azərbaycanlıları dır. Azərbaycanlılar geçən 80 ildə, yüzlər ildə əldə etdikləri güclərinin bir çox miqdarın əldən veriblər. Eyni halda 80 illik bir ayri seçgilikdən və təhqirə məruz qalmaqdan, Tehransan və Farslar hakimiyyətindən narazidilar.

Həmən narazılıqdan törənən küdurətlər, son illərdə hakimiyyətin siyasətlərinə, mədəni şəkildə etirazlar edirlər. Silah daşımırlar və Tiror işlərində əlləri yoxdur. İran və Farslardan özlərinin insan haqların həmdə İran qanunları çərçivəsində tələb ediblər amma cavab almeyiblər və bir çöx siyasi və mədəni fəalları, dil və çevrə, ekonomi, ictimayi istəklərdən dolayı həbsidədirlər. Beləliklə, Azərbaycanlılar İran və Fars hakimiyyəti kənarında Amerikayla müxalifət etməz.




İran hakimiyyətinə bağlı olan radiyo və tilvizya və habelə İslami Mötəlifə Partisinin istiyi əsasına İran Azərbaycanında bir tədqiqat aparılıb. Bu tədqiqat 13-14 il əvvəl olub ki Azərbaycanlıların hərəkati indiki qədər güclü deyildir. Bu tədqiqatda iddia olurdu ki, İran Azərbaycan əhalisinin 73 fayızı, Azərbaycanlıların mənafeyi və istəklərin əldə etmək yolunda pul və zaman sərf edirlər. Bu söz, Azərbaycanlıların, İran və Fars hakimiyyətindən razi olmamaqların göstərir. Eyni halda, İran topraqlarında, birinci gücə malik olmasalarda, ikinci gücə malikdilər. Təbii ki, Xuzistan və Ərəblərin petrolun görməmiş olursaq.

Tamam sinariyolar göstərir ki, İranın iki bolgəsi Amerikaya önəm daşır və İranın qonşu dövlətlərinində həmən iki bölgələrdə xeyirləri və zərərləri var. Ən başda gələn, İranın neft və petrol mədənlərinə malik olan ölkə: Xuzistan və sonrada İran Azərbaycan və İran Türkləridir.

Ərəb məmləkətlərin İranla və Amerikayla olan davranışları göstərir ki, ərəblər daha ciddidilər və İranda kəndi mənafelərin irəli sörməyə cəhd edirlər amma Türkiyyə və Azərbaycan Cumhuriyyətlərinin İranla irəli sürdükləri siyasətlərə baxırsax, bu mevzu və İran Azərbaycanı onlar üçün ciddi mevzu deyil və İstiratejik baxımından, İran Azərbaycanı və Azərbaycanlıların onudmuşlar və İranda kiçik lümələrlə razı qalırlar. Bəlkədə Amerikadan bir orta lüqmə gəlirsə, İran Azərbaycanın Ərəblərə və batı quvvələrinə qurban verərlər və bunun üçün, ruhi və pisikoloji baxımından hazırlıqlar var. Həm xalqda həmdə siyasətçilərdə.

Bu o haldadır ki, İran Azərbaycanı və xalqı, xalis Türk hesab olur və bu baxımdan, Azərbaycan və Türkiyədən daha fazla xalis Türk nufusuna malikdir və bunu unutmaq, Türk devlətləri üçün boyük başı aşağalıq olabılır tarixdə. Mənim fikrimə əsasən, Qarabağ məsələsi, Türk dövlətlərinə, İran Azərbaycanından daha ciddi dir. O halda ki, İran Azərbaycanı, Topraq, nufus və maddi imkanlar baxımından, Qarabağla müqayisə olmamalıdır. Qarabağ nəqədər əziz və canımızın bir parçası olursada, Urmu Gölü qədər qiyməti ola bilir və Urmu gölü can verir. Türk dövlət və xalqları sakit və laldılar, demək olar.

Türkiyə və Azərbaycan, İrana olan hər bir təhacümdə, önəmli rola sahib olacaqlar. Necə ki, digər Türk dövlətləri Amerika və onun batı hamiləri üçün önəm daşırlar. Türkiyə NATO-da üzv və fəal üyədir. Batı və İsrail istərsə İranda hər hanki bir işi irəli apara, Türkiyə və Azərbaycana imtiyaz verməli, Təbii ki, Azərbaycan bu fürsədtən faydalanıb, bəlkə Qarabağı əldə etmək istər amma Onu tamam kamal alabilməz, o zamana dək ki, daha boyük şey tələb edə və oda heç zad olabilməz, İran Azərbaycanının Azadlığı ya xudmuxtarlığından sovay.

Amma Türkiyyə Cumhuriyyətinin mevzusu, Kürd və PKK məsələsidir. Türkiyə onun həllinə çalışacaq və İranda yaşayan boyük xalqı, toprağı və ekonomiyi, Azərbaycanı qurban verəcək. Beləliklədə, ərəblər siyasi oyunu bolgədə Türklərdən udub, aparacaqlar və Azərbaycanlılar, uzun illər, isarətdə və tək qalacaqlar.

Ərəblər, Kürdlər və Bəluçlar, İran içində təşkilatlanıblar və sistimli bir quvvəyə malikdilər və batı quvvələrində təsmim tutan ya qərar verən kimsələrlə müzakirədədirlər amma Azərbaycan xalqının siyasi təşkilatları, ya yoxdu və ya yox hesabındadır və onların üzərində heç hesab açmaq olmaz. Bu siyasi təşkilatları, indidən uduzmuş görürəm. Çün istirateji ki, yox, taktikləridə yoxdu. Azərbaycanlılar, xarici və qonşu Türk dövlətləri tərəfindən himayət olmurlar. Bu himayətlərin başında, pul və Təşkilanma mevzusudur. Bu dövlətlərin mənfəətləri, Cənubi Azərbaycanın təşkilanmasında deyil hələlik.









***     ****     ***

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر