Getdi qışım



Getdi qışım





Getdi qışım
sərin
buzlu
donmuş canımdan.
Gəldi baharım
isti
güllü
govərdi qanadlarım, yarpaqlandım
dodaqların dodaqlarımla görüşəndə
və dilin dilimi axtararkən
cismimdəki bulutlar
başımdakı dumanlar
qəlbimdəki qaranlıq və tənhalıq
uçdu,  birdən
bilməm hayana
və kədərin yerin
yeni cücərmiş
ümid səbzəsi tutdu
suzalmış dodaqlarım,
güldü
gözlərim baxarkən
gördü
dar dunyam
genəlmiş əcibə
və mən tənha deyilmişəm
o zaman ki tənha görürmüşəm kəndimi
adamlar içində
varımış mənim üçün bir çırpınan ürək
sevgi bəsləyən kimsə
və mənidə sevən varımış
gizlində.


Bərabər oturuban
gizlədir ürəkdəki mehri məhbbəti
həya qoyurmuş adını
gizli həyatın
və özünü,
tikdiyi duvarlar arasında
məhbus edirmiş
və mən kəndimi kəndimdə
yarıma demədən
zindan etmişəm illərdir.


Yarla mən
uzun zaman
bərabər deyib gülərdik
ərdik
keflənərdik
əl ələ verib
hərdən
sıxardıq əlləri bir dost nişanəsi
amma ibrazi eşqidə
“layiqəm aya?” diyə
cəsarətsiz
həm mən həm o.


Yarla
olarkən belə
axtarırdım
kəndi yarımı bu cəhanidə
yazdım Facebookidə
“bir nazli xanim olursa
insan,
mən evlənmək istərəm”.


Fəryadımı
dönya eşitsədə
yanımda oturan, diyən, gülən, əl ələ verən gahi
“məni istərsə söyləyər” diyə
bu intizarı yox
dinləməmiş mənim dardımı, ahımı
məndən
“qaçım!”
bir gün
nəcabəti atdım
qaçmaq istərkən yazdım kəndinə
“özümdən
uzaqlara!”  dostuma
“qaçma” dedi
“yanaram
əlövlanaram
və saxlayacağam bir şeytan oluban səni”.


İçidim
evdəki küzədən
bir uqyanus dolu şirin suyu
ləblərindən
doymadım amma
aldım həyat
dirildi
ölmüş canım
damarlarım başladı atmağa
həyatın nişanəsi
qucağım dolmuşdu
məhəbbətlə, sevgilə
aya
dolmuş dodaqlarla
xumar gözilə
və mən uçmaq istirdim bir uqab kimi
həft asimanidə
ləbləri
oturarkən donmuş ləblərimə
ıldırım şaxıdı cismımdə
və qaranlıq , donmuş qəbirdən
xortladım
açıldı gözlərim
və heş kim məndən sormadı
usuli dinimi
və mənim din usulum
sənin aşqındır
səni qazanırsam
allahım
heç nə istəməm daha
ver uçmaq imkanımı
və açarkən gözümü
görüm
yarımı hər zaman kənarımda
və sən
ürəyim, canım, cismim, iymanım
“səni sevirəm” deməkdən
susma
bu namazındır sənin
və mən “sevirəm səni”
diyəcəm hər namazımda namazımda
bu təkcə ayətdir vəhy
olub mənə allahımdan namaz üçün


Mən ...
Yox  ... yox ...
Hamı vucudum fəryad edir bunu
“sevirəm səni!”



Ensafali Hedayat
Toronto -  Canada
April 02. 2012
First edit
23:3o






***    ***    ***    ***

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر