Əbhər şəhərinin dili Azərbaycan Türkcəsi və əhalisi Türkdür




Əbhər şəhərinin dili Azərbaycan Türkcəsi və əhalisi Türkdür

December 11, 2013 at 4:37pm



Əbəhr şəhəri, Zəncan iyalətinin nufusu çox olan şəhər və Zəncan dan sora ikincidi rütbədə dir.  Bu şəhər üç Türk iyalətləri: Zəncan, Həmədan və Qəzvin-nin mərkəzində qərargahlanıb və 6000 il dən fazla insanların sukunətgahı olubdur. Əbhərin ana doğma dili Azərbaycan Türkcəsi dir. Bəlkə ondan dolayıdır ki, Moğullara paytəxt olmasada, Sultaniyyənin qonşu şəhəri olub və siyasi önəmi deyişıb.

Son illərdə, İran hakimiyyətinin adamları saydığına əsasən, 1385 inci ildə bu şəhərin 161 min 257 adamı varımış amma 5 il sonra, yani 1390 inci ildə Əbhər şəhərinin xalqının sayı yariyə enib və 87 min 396 nəfərə yenib.

Bu beş ildə Azərbaycanın bu şəhərinin başına nə oyunlar gəlib?
Oranın insanları hankı səbəblərdən dolayı, birdən birə yarıyə enib?
Adamlara nə olub?
Hara gediblər?
Orda hankı hadisələr üz verib ki, bizim xəbərimiz olmeyibdir?

Bu şəhərin Nufusu Səfəvilər xanıdanı hakim olarkən çoxumuş və inkişaf tapmış bir ticarətə malikəzimiş. İpək Yolu burdan geçirmiş və oranı o zamankı dünyayla bağlırmış.  Səfəvi devranında "Şarden" adlı bir Firansız səyyah bu şəhərə gedib və yazıb: Əbhərdə 2500 ev və bağ var və atla onu geçmək üçün yarım sahat vaxt lazim dir.

Şəhərin bir sürü tarixi, mədəni binaları, kültür mərkəzləri, dolanmaq yerləri və turist çəkici mənzərələri olsada, İran hakimiyyətləri orda pul və sərvət yatırmeyiblər və müsafirlərin rifahı üçün az imkanlar yaranıb.

Bunlan beylə,  Sultaniyyə Günbəzi və çiməni, Kələxana şur şuru, əskı və xaraba edilmiş hamamı, Daş Kəsən ibadətgahı, Came Məçidi, Çələbi Oğlu Məqbərəsi, İmamzadə Əlkəbir ziyarətgahı, Pir Əhməd Zəhər İçənin məqbərəsi, Molla Həsən Kaşinin qəbri, Əbhər Çayı və tarixi Qurvə Kəndi və Qurvə Kəndinin Məçidi, Əbhərin görməlilər siyahəsinin başlanqıcı dır.

Əbhərin 16 Məhəlləsi var ki, Məlik Qəssab, Əkbərava, Dehək, Dərvişlər, Hacı Məmədxan, Xeləcova, Şeyx Abid, Dərməzqan, Ağa Sədra, Seyid Sacidin, Canqurdaş, Qələtəpə, Nalçılar, Zərkublar, Şinat ya Çinat və Şərifava-dan ibarıtdirlər.

Əbhərin 79 kəndi var ki, bir çoxunun adı əsil Türkcədir amma İran hakimiyyəti onları farslaşdırıb və bəzilərində farsca edib. 


Aşağadakı linkdə bu şəhrə gora az görürsün və şalqla tanış olursuz. GünAz TVdə bu barədə daha izafə məlumat var.

http://youtu.be/kqIC0EXpXno



https://www.facebook.com/notes/ensafali-hedayat/%C9%99bh%C9%99r-%C5%9F%C9%99h%C9%99rinin-dili-az%C9%99rbaycan-t%C3%BCrkc%C9%99si-v%C9%99-%C9%99halisi-t%C3%BCrkd%C3%BCr/10151867894643882

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر