Qacar və Səfəvilərə hucum, Türklərin kökün qazmaq deyilmi?
Qacar və Səfəvilərə hucum, Türklərin kökün qazmaq deyilmi?
Farslar yüz ilə yaxən bu günkü İran adlanan yerdə, Türklərə tohinlər, təhqirlər aparıb və onların dillərin, mədəniyyətin, iqtisadın, gölün və adların aradan aparmağa və məhv etməyə çalışıb. Həmən tohin və təhqirlərin Türklər tərəfindən tikrar olması göstərir ki, Azərbaycanlılar onları unuda bilmeyib və hələki var o tohin və təhqirləri canlarından atameyib və onların kölgəsində yaşırlar.
Tohin tihqiri aparan Fars kimsələr, onların ən aşağa səviyyədəki insanları dırlar. Farsların ən yüksək səviyyədə olan Üniversitə məəllimləri və siyasətçılərinin Türklərin qarşısında fərqili yolu var və çalışırlar ki, biz Türklər də onlara səs verib və bizim himayətimizi qazansınlar və məşruiyyət tapsınlar. Biz Türklər bilər-bilməz onlardan himayeylə, onlara məşruiyyət verməməliyik.
Bu ən yüksək bilim və elm sahiblərində çalışan farslar, ən ağır zərbəni Türklərə vururlar. Onlar Tohin təhqir yerinə, Güneyli Azərbaycanlıların kökün qazıb və tarıxdən atmaqdan əlavə, bir çox amacları da təqib dirlər.
Onlar Qacar və Səfəvilər xanidanlarına həmlə etməklə, bu amaclara çatmağ istirlər:
1. Ğeyri müstəqim şəkildə amma danışgah səthində Türkləri Təhqir edirlər və bunu "elmi" göstərirlər.
2. Geçmişdə Türk babalarımız qurduqları hakimiyyətləri "kiçildirlər".
3. Türklərin atalarının geçmişdə qurduqları hakimiyyətlərin "kifayətsizliyin" Türklərin fikirinə geçirirlər.
4. Türklərin güclü xanıdanların, hukumətlərin və simgə olaraq Səfəvi və Qacarları "ləyaqətsiz" göstərirlər.
5. Azərbaycanlı Türklər min il bu bolgədə, amma geniş coğrafiyada hukumətlər qurublar. Onların canında və zehnilərinin altında "hakimiyyət bizimi dir və bizim olabilər" düşüncəsi davam edir və hələdə var. Farslar Qacar və Səfəvilərə həmlə etməklə, bu tarixi hissi və inancı dəfn etmək istirlər.
6. Fars akademisyənləri bu iki xanıdana hucum etməklə, bizim dövlət qurmaq gücümüzə amma ğeyri müstəqim şəkildə həmlə edirlər ta bizim siyasi fəallarimiz və alimlərimizi yeni bir təcrübə meydanına girməkdən saxlasınlar.
7. Minlər Güneyli Türkun fikrində yeni bir Türk dövlətin qurmaq xiyalı (aşkar ya gizlin) var və bu yolda çalışırlar. Fars alimləri bu kimi böyük arzuları Türklərdən almaq istirlər.
8. Farslar geçən 1000 ildə həmişə sınıb və şikəstə uğurlayıblar və bir zəfərləridə olmeyib. Farsları sındıran quvvələrin başında Türklar oturublar və Türklərin varlığı Farsların varlığı üçün ən böyük
təhlükə hesab olabilir və farslar bu təhlükəni ortadan qaldırmaq istirlər.
9. fars xalqının siyasət və elm alimləri Geçən 1000 ildə ki, türklərin zəfərin və Farsların sınmasın gizlədirlər.
10. Qacara və Səfəvilərə hucum etməklə və bu iki hakimiyyətin zəyif yerlərin böyütməklə, Farsların çox rahatcasına xarici qovvələrə təslim olmasın, kölgədə saxlırlar və mübahisiyə çəkmirlər və tarixin yenidən açılmasından qaçırlar.
11. İstəmirlər xalq və alimlər bilsinlər ki, əgər Qacar və Səfəvilər olmasaydı, bu günkü İran adlanan yerdən heç xəbər yoxudur və onlar Rusun bir parçası olmuşdurlar və ən xoş baxılırsa, Tacukistan farscası kimi dilləri varıdır.
12. Fars danişgah ustadları istəmirlər desinlər ki, Qacar O əsrin ən böyük impiraturluğunun qarşısında illər boyu davam gətirib və siyasi zəkavətlə və sınıx salxaq ordu gücüylə, topraqlarının bir boyük hissəsin saxleyib.
13. Fars alimləri Qacarın Ruslar qarşısında durmasından yazmırlar və bilə-bilə unudurlar ki, Qacarlardan güclü məmləkətlər Rus və İngilis vasitəsilə işğal olub və hakimiyyətlərin əldən veriblər. Hin və Çin kimi ölkələri misal gətirmək olar.
14. Fars alimləri bilə-bilə amma Qacara və Səfəvilərə hucum etməklə, istirlər xalq və tarix unutsun ki, onların ən son hakimi, Rizaşahı İngilislər iş üstə gətiriblər.
15. Fars alimləri unutdurmaq istirlər ki, xalq bilməsin Rizaşah və o yaratdığı ordu və onun əmrilə hətta bir dəqiqədə İkinci Dünya Savaşında xarici orduların qabağında durmadır. O qəhrəmanlar ki, Azərbaycan Culfasında Rus ordusunun qarşısında durmuş durlar, Fars əmrilə yox ki, Vətən pərvərlik hökmilə vətəndən müdafiyə edib və canların vermişlər.
16. Fars alimləri o halda bilə-bilə unudurlar ki, Qacar və Səfəvi hakimiyyətləri İranın Təməddün Qapısına gətirən yolların hazırlamış dırlar. Rizaşah hazırına oturub, və Fars dili əsasına bir siyasəti yaradıb və xalqların istiqlalın almişdır. Qacarlar Darol-funun yaratmış, modern ordu yaratmağa xarici quvvələrlə müqavilə bağlamış və hər sahədə məəllim gətirmiş, xarici məmləkətlərə yöksək səviyyədə öyrənci göndərmişlər. Məktəblərin umumi olmasının zəminin hazırlamışdır. Otomobil, Kamera, şəkil və filim çəkən maşını, çap maşını, qazetəçilik, modern teknikləri və ... alıb və mənimsəməyə çalışırdır.
17. Riza şahı, farsların ən adlım şahın, İngilislər gətirir və onlarda aparır.
18. Amma oğlu Məhəmmədriza şahı Amerikalılar şah edirlər və şahlıqdan götürürlər.
19. Neft Milli olarkən, Fars şahı qaçmağa məcbur qalır və Amrikaılar pulu güciylə İrana geri qayıdırılır.
20. Fars lideri və Rizaşahın kopisi; Ayətullah Ruhullah Xumeynini İraqdan Parisə aparıb və İrana gündərirlər.
21. Fars alimləri bilə-bilə istirlər xalq bilməsin ki, o hucum etdikləri Qacar şahlığı Məşrutədən əvvəl Məşvərət Məclisi yaratmışdır.
22. Farslar Qacar və Səfəviyyə hakimiyyətlərinə hucum etməklə istəmirlər xalq bilsin ki, Məşrutə fikrin İrana gətirənlərin 99 fayızı Qacarların xariciyə göndərdikləri oyrəncilər və Türklər dirlər.
23. İstəmirlər xalq bilsin ki, Qacarlar Məşruteylə müxalif olsalarda, az adam oldü və xalqın tələbə qrşısında durmadılar.
24. İstəmirlər xalqlar bilsinlər ki, Mışrutə qanunun və Məclisin Qacar dövləti yola salıb.
25. Fikir azadlığı, Mətbuat azadlığı, qanun, ədliyyə, üç quvvənin ayrılığın, dimukrasini, Xalqın səs və rəy verməsin və ... Qacarlar bu topraqlarda yaradıblar.
26. Qacarlara və Səfəvilərə həmlə edən Fars alimləri istəmirlər xalq bilsin ki, Qacarlar və Türklər
quran məclisi və demokrasını onların Fars şahı, Rizaşah aradan apardır.
27. Fars alimləri istəmirlər xalqlar bilsin ki, Mışrutıni diktatorluğa çevirən hakimiyyət Fars hakimiyyəti dir.
28. İstəmirlər qəbul etsinlər ki, farsların iş üstə gəlməsilə İranın və İranda yaşayan Xalqlarım inkişafı və tərəqqisi həm donduruldu həmdə insan haqları onlardan alındı. Həmən haqlar ki Qacar və Səfəvi və Türk hakimiyyətləri zamanında qəbul olunmuşdur və geçən 65 ildə də dünyada qanun olaraq təsvib olub.
29. Fars məəllimləri istmirlər xalqın balaları bilsinlər ki, Fars dövlətindən əvvəl və Qacar ya Səfəvilər düvründə nəjad pərətlik və ırqçılıqdan İran adlanan Məmaliki Məhrusədə əsər və xəbər yoxudur.
30. Unudurlar ki, Fars hakimiyyəti gəlməklə, İranda nəjad və ırqçılığa rəsmi şəkildə həmdə siyasət meydanından əlavə kültür və iqtisad sahələrində də yer verdilər və indi xalqları bir birinin canına salıblar.
31. Farsların ən yüksək alımləri istirlər heşkim bilməsin ki, Fars hakimiyyəti zamanında İran adlanan coğrafiyada yaşayan Türklər, Ərəblər, Bəluçlar, Türkəmənlər, Kürdlər və digər xalqlar özlərin "müstəmirə" və "İranı və farsları istemarçı" görürlər.
İnsafəli Hidayət - GünAz TV
22 Novebmer 2013
https://www.facebook.com/notes/ensafali-hedayat/qacar-v%C9%99-s%C9%99f%C9%99vil%C9%99r%C9%99-hucum-t%C3%BCrkl%C9%99rin-k%C3%B6k%C3%BCn-qazmaq-deyilmi/10151826837308882
Comments
Post a Comment