Savə: Azərbaycanın nar şəhəri
Savə: Azərbaycanın nar şəhəri
İnsafəli Hidayət - GunAz TV
Nağıllarda gəlib, İsam rəsulu, həzrəti Məhəmməd anadan olan gün, Azərbaycanın Sava şəhərinin qırağında olan dəryaçə (göl) bir gecədə qurudu. Bu göl tüğyan edib adamlara zərər vurmasın diyə hər il bir adamı bu gölə qurbanlıq verib və suda boğarmışlar.
Bir başqa nağılda Sava adını bir yerlı qəhrəmanın adlısı bilir ki, Rüstəmlə savaşda ölür və onun iftixarına bu şəhərə Sava deyilir. Digər hikayədə isə Sava sözü Fars "se an" ya Üç Su sözündən alınmiş ki, Savə-yə çevrilibdir.
Nar şəhəri Savə, uqyanuslardan 998 metrə yüksüklikdə qərargahlanıb və "Əcəm İraq" vilayətinin bir mahalı və şəhəri tanınır ki, Mərkəzi iyalət adilə bəlli olur. İyalətin paytəxti, Ərak şəhəridir ki Türk və Azərbaycan şəhəri tanınır və nufusunun çoxluğu Türklərdən ibarətdir. Savanın 2012 inci ildə 201 min 828 adam nufusu varidir. Bu şəhər Qızvin, Qum, Tehran və Həmədan iyalətlərilə qonşudur.
Müxtəlif silsilələr bu topraqları işğal edərkən, Sava və Əcəm İraqda həmən dövlətə bağlı olurmuş. Moğullar bu öllkəyə hakim olan zaman, Markopolo bu şəhərdən ziyarət edib və ona gorada yazıb.
Savanın Türk xalqı Səfəvilər zamanında Şiyəliyi qəbul ediblər. Farsların israrı var ki bu şəhər fars şəhəridir və Türklər ikinci yerdə olurlar amma fars hakimiyyətinə bağlı olan devlət radyo və tilvizyasının hazırladığı filimlərdə savənin adamları Türk görünür, Türkü danışırlar və Toyları, musiqiləri və habelə xalq oyunları Türkcədir. Amma bu şəhərdə farsların neçə fayız olduğun demirlər. Eyni haldakı Tehranda da nar şəhərin (Savanı) Türk şəhəri bilirlər amma farslar bəzi kəndlərdə Türklərdən ğeyri dilli çox az sayda olan adamları önə çəkib və qabaxda tutur ta bu mahalın Türk və Azərbaycanlı olmağın inkar etsinlər.
Bu fikrə dayanaraq, bəzi az danışılan sözcüklıərdən mişal gətirirlər. Bu misallar, oranın Azərbaycan toprağı və xalqın çoxluğunun Türk olmamağın təsdiq etmir bəlkə Azətbaycanın Sava iyalətində digər xalqlar və dillərin olmağın və Azərbaycanlı Türklərin himayəsində yaşamalarım təsdiq və təyid edir.
Narlı Sava şəhərinin Yayları çox isti və Qışları çox soyux olur. Bu mahalda hizlı yel əsir ki sürəti 90 kilovmetrə hər sahatda qalxır. Numunə oilaraq, 1372 ilin bayram ayında hər bir sahatda 90 kilovmetr sürətlə savadan geçmiş dir.
Nar şəhəri sadəcə nar vermir bəlkə yüzlər şayır, siyasətçi, yazar və tarıxçı veribdir. Bunlardan birisi Səlman Savəci dir ki Hafizlə bir zamanda yaşırmış və divanında 12000 beyt qəzəl yadıgar qoyub. Tilimxan 12 inci əsrin Türk şayiridir. Əbusəyid Avi şeyir, tarixçi və fikir sahibimiş. Hətta şiyələrin 12 inci imamının üçüncü məxsul nayibi: Hüseyn Bın Ruh Nobəxi də bu mahalın Avə kəndindən dir.
Savanın 9 nəşriyyəsi var ki, Mədiyneye Goftegu (danışıq şəgəri) 1389 ilində dövlət vasitəsilə bağlanıb. Pəyame Əndişə (fikir sözü), Golhaye Savə (sava gülləri), Yaqute Sorx (qızıl yaqut), Sobhe Savə (savənin sabahı) və Siymangar (siymançı) iki həftədən bir nəşr olan mətbuədirlər. Əhdi Cavid (əbədi əhd) və Siymayi Cavid (əbədi üz) aylıq mətbuədirlər.
Bu şəhərin 12 danişgahi var ki minlər öyrəncini təlim və tərbiyət edir. Üç din məktəbidə var ki, birisi xanımlara ayitdir.
Bu haqda İnsafəli Hidayət GünAz TVdən bir canlı proqram yaydı ki, iki dəfə tikrar olacaq. Ondan əlavə, Gunazın sitəsində, Yuetube-unda və Facebook-unda görmək imkanınız var.
Aşağadakı üç linklərdə bu mahalın dili, musiqisi, ənənələri və coğrafiyasilə tanış olursunuz.
Comments
Post a Comment