Qacarlı Fətəli Şah İrana "Küşvəristan" deyir

Qacarlı Fətəli Şah İrana "Küşvəristan" deyir

January 1, 2014 at 6:40pm


İran adlı ölkə tarix boyu az bir zamanlar həyat üzü görüb və bir ayni adla yaşıyıb. Hər hankı xanidan ya silsilə bu topraqlarda ya burdan daha geniş topraqlarda qudrəti ələ geçirib, öz adına məmləkəti sürüb, idarə edib və sikkə vurub.

Səfəvilər və Qacarlar son neçə yüz illərin ən uzun sürən hakimiyyətləri olub və böyük Azərbaycan Türk impiraturluqların qurublar və tamam fərmanları altında olan topraqlara öz adların verib və Səfəvilər ya Qacarlar məmləkəti adlandırıblar.

 Əldə olan qızıl sikkələrinə baxaraq, bəlli olur ki, hətta son bu iki Türk silsiləsində də hər hankı bir şah, öz iradəsilə fərmanı altında yatan topraqların adın bəlli edir.  Bu mətnin kənarında görünən sikkənin üstündəki yazılara istinadən, Qacarlı Fətəli Şah zamanında, onun fərmanına boyun əyən ölkələrin hamısının adına "Keşvəristan" deyilirmiş.

Sikkənin bir tərəfində Farsca yazılıb "Sekkeye Fəthəli Şəh Xosrove Keşvəristan". Türkcə çevirsək, *Keşvəristan Xosruvu Şah Fətəli Sikkəsi* olar.

Bir inci baxəşda bəlli olur ki sikkə Türkcə yox, Farsca yazılmışmış amma sikkənin ikinci tərəfinə baxarkən sikkənin   hankı vilayətdə zərb ya düzələn məkanı aşıkar olur. Aynı şahın digər sikkələrinə baxarkən bəlli olur ki, Şah Fətəli adına vurulan sikkələr onun fərmanına itaət edən iyalətlərin adına və həmən iyalətin dilində zərb olurmuş.

Fəthəli şahın adına əldə olan sikkəlırin zərb olan yerləri Təbriz, Ərdəbil, İsvahan, Kirmanşah, Simnan, Kaşan, Məşəd, Rəşt, Kirman, Tehran və Şiraz-dan ibarətdir.

Bu proqramı GünAz TVinin Çərşənbəki canlı bərnaməsindən əlavə, bu TVinin facebookunda, vebsiytında və youtuneunda izləmək olar. proqramı İnsafəli Hidayət apardı.

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر