Zalimin isarətindən qurtarmaq istəmağın şərtləri




Zalimin isarətindən qurtarmaq istəmağın şərtləri

November 22, 2013 at 4:04pm

Dar ağacının başında çiçək



 Dünyada bir tanınmış əsl və qanun var; "zalimin zülmündən azadlıq istiyən kimsə, qurtuluşu üçün, zalimdən qat qat çox çalışmalı dır." İranda isarətdə yaşayan millətlər azadlıqların tələb edirsələr, Fars fikirli hakimiyyət sistimindən, öz istiqlalları üçün çox işləməli dirlər və Güney Azərbaycanda bu qanunla getməli dir.
İstemardan qurtarmaq üçün, adamlar cəhalətdən qurtarmaqları gərəkir. Cəhalətdən qurtarmaq üçün dərs oxumaq və dünyada gedən siyasət və huquq sistiimlərilə tanış olmaqları lazim dir. 
Bunların kənarında, mevcud dövlətdən və sistimdən qudrəti öz əlinə almaq düşüncəsinə malik olmalı dır.
Hakimiyyəti və dövləti ələ geçimək üçün, öz fikir və siyasətlərin icra etmək üçün, bir böyük cəm və qurupla iş birliyi aparmaq və bir birinə inanmaq lazim dir. 
Tarix boyu heç bir hakim, Cumhur başqanı və lider ya impiratur tək canına qudrəti ələ almeyib. Onların qudrəti insanları bir yerə toplamqda və onların güclərindən faydalanmaqda dər.
Geçəcək də, insanlar, qan və tayfa hesabına bir yerə toplanırdırlar amma bu çağda imkan sız dır. Bu əsridə insanlar bir hədəf və amac asasına bir yerə toplanıb və dövləti öz əllərinə almağa çalışırlar və bu İran dövlətinin təbliğatının əksinə, pis bir iş deyil və dünyanın ən mütərəqqi fikirləri dir.
1297 inci ilin Aban ayının 29 da Astaralı Mirzağəni İbrahimi-n bir oğlu oldu. Adın Firiydun qoydular.  Firiydin atasının siyası və ictimayı fəaliyyətlərinə, fikirlərinə, mübarizələrinə, tutuqlanmalarına, həbsə düşməsinə və sürgündə yaşamasına şahid olurdu və o da Azərbaycanlı Türklərin səadəti üçün adlımlayırdı. 
Dərslərin oxudu və Tehranda Huquq lisansı alandan sonra, fikirlərin icra etmək amacilə siyasi quruplara üzv oldu. Eyni halda, müxtəlif mətbuatda yazmağa başladı və azadlıq uğurunda mücadilə apardı.
O gün gəldi ki, Güney Azərbaycanın Milli Hükümət qurucuları Dimokrat Fırqəsi adı altında toplandılar və Azərbaycanın istiqlalı yolunda hakimiyyəti ələ aldılar. 
Firiydun yeni doğçuş hakimiyyət və dövlətin dadsitanı  olub və qanun yazmaq və icra etməklə məşğul oldu amma birinci gündən bilirdir ki, İran farsçılıq siyası sistimi onları öz başına buraxmiyacak və mümkündür bu yolda canın versin amma özündən suval edirdir; Azad qalmaq ya isarətdə yatmaq?
Dünyanın Soyux Savaşı, Güney Azərbaycanı qurban vermək zamanı gəldi və Azər hərəkatı dünya quvvələri tərəfindən basqıya və cinayətə məruz qaldı. 
Firiydun qaçmadı və fikirindən Təbrizdə dara çəkilməylə difa etməyi düşündü. Qaldı. Tutuldu və Aban ayının 29 da Dar ağacının başında çiçəklədi.

İnsafəli Hidayət -  GünAz TV

22 November 2013 





https://www.facebook.com/notes/ensafali-hedayat/zalimin-isar%C9%99tind%C9%99n-qurtarmaq-ist%C9%99ma%C4%9F%C4%B1n-%C5%9F%C9%99rtl%C9%99ri/10151826668808882

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر