Geçəcəyin farslara uduzan millət gələcəyində uduzabilər



Geçəcəyin farslara uduzan millət gələcəyində uduzabilər

November 29, 2013 at 3:44pm
Geçəcəyin falrslara uduzan millət gələcəyində onlara uduza bilər və yolun öylə gedər ki, udan xalq istir. Türk milləti öz tarixinə birdə dönüb baxmalıdır, həmdə öz gözlüyilə baxmalıdır ta özünün yerin tarixdə tapsın və gələcək üşün yenidən ayağa qalxsın.

Azərbaycanlı Türklər geçmiş tarix boyu və həməşə impiraturluqları yoxumuş. Bir zaman, zirəng, fərasatlı və şuca atalarımız öz güclərinə inanıb və impiraturluq meydanına giriblər və böyük dövlətləri qurublar ki, indiki ölçüylə, indiki İran adlanan ölkə babalarımızın impiraturluğu altında olan yerlərdən, bir kiçik yerimiş.

Onlar quran hukuməti Qacar zamanındakı babalarımız saxlamaq bacarmeyiblər və farslara uduzublar amma biz onları müqəssir tanımaqla iş irəliləməz. gərəkir biz ulu babalarımız kimi ayağa qalxıb və yenidən özümüzə layıq olan yeri tutaq. Yoxsa dünyanın bizə ürəyi yanmiyəcək və bizi ayaqlarımız üstə qovzamiyacaq.

Azərbaycanlı Türk babalarımız Azərbaycan evladını üstün saxlamaq üçün 700 il əvvəl Təbrizdə, Təbrizin Şam-Qazanında, Zəncanın Sültaniyyəsində və habelə Marağada Universitə ya danışgahlar bərpa etmişlər ta biz dünyanın modern elm və tekniklərinə müsəllət olub və impiraturluğu idarə edək.

İsvahan əgər "nisfi cahan" dır, Türklər onu payitəxt seçib və onu "İsvahan" etmişlər. İsvahan,  Səfəvilərin tikdikləri şəhərdir və Türklərin malıdır. Hər nədən dolayı, farslar indi orda çoxluqdadırlar amma bu oranın biz türklərin olmaması anlamında deyil.
Lakın farslar çalışırlar bizə qəbul etsinlər ki, İsvahan farslarındır amma bu yanlış və tarixin yazdıqlarilə oxumur. Onlar bunu mevzunu kitablarında yazmırlar. Memarlıq, məhəndislik, nəqqaşlıq, rəssamlıq, Kaşiçiliq, və .... digər sahələrdə yazdıqları kitablarda  Türk və Azərbaycan adı çəkilmirlər ta biz də unudax ki kimik və hardan gəlmişik.

Necə ki Tehranı Qacar Türkləri payitəxt tikiblər, heç yerdən vucuda gətiriblər və bizim  şəhərimiz dir. Qacarlar Türkləri ondan əvvəl ki, Tehranda Darülfunun təsis etsinlər, Urmuda Darülfunun təsis ediblər ki, indiki Urmu danışgahı onun yerində olur və Amerikalılar orda tib dərsi verirmişlər. Təbrizində Darülfununu varımış və Dövləti Müzəffəri adlanırmış.

O zaman ki, İsvahanda iki(bağlı) mədrəsə varımış, Türklərin paytəxti tehranda 14 mədrəsə varımış. Mədrəsələrin dürdü dövlət bodcasilə, dürdü yarı dövlət və yarı Milli bodcayla və qalan mədrəsələr milli bodcayla idarə olunurdular.
O zaman, İsvahanda, Şirazda, Yəzdidə, Kirmanda və Məşəddə modern mədrəsədən xəbər yox ya bir-iki mədrəsə var.
bu halda, Türk topraqlarının kiçik şəhərlərində; Urmuda, Xoyda, Astarada, Xamnədə, Şəbistərdə və ... modern mədrəsələr var.

Qacarların himməti, Azərbaycanın abadanlığıymiş və Azərbaycan və Türk topraqlarının inkişafın digər bölgələrdən və iyalətlərdən üstün tuturmuşlar və bu, onların yapdığı işlərdən bəlli olur.

Qacarların devranında Azərbaycanlılar hukuməti deyişmək istəmirmişlər və sadəcə "İSLAH" fikrində olduqlarından dolayı, yeniliklər və moderniyyət axtarırmışlar. Səttarxan inqilançı və Qacar ziddili birisi deyilmiş amma islahçı bir türkümüş və Türk hakimiyyətində islahçılıq fikrinə sahibimiş.

O zaman, bu mədrəsələrin bir çoxu dövlət bodcasilə yox, millətin öz pulilə idarə olurdu. İndidə Güney Azərbaycan milləti həmən yolu getməli və fars dövlətinin əlinə göz tikməməli dir yoxsa öz dilində dərs oxumaz və azadlığın almaz.





https://www.facebook.com/notes/ensafali-hedayat/ge%C3%A7%C9%99c%C9%99yin-farslara-uduzan-mill%C9%99t-g%C9%99l%C9%99c%C9%99yind%C9%99-uduzabil%C9%99r/10151842278493882

Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر