قوشلار ...
قۇشلار ...
قۇشلار اۆچور ایچیمدهکی گؤم گؤیون گؤیونده
اویناشیر اوْیناشجاسینا بیر گۆناهسیز اۇشاق کیمی
کپنکلر ایچیمدن دوْغور
قئصئر آنا کیمی
خَیالؽندا
گۆللهره قوْنوشور
گۆللهرله اوْیناشیر
اۇجسوز بۇجاقسیز رقص ادیر
قۇشلار نغمه قوْشور
سس سهسه وئریب
قۇروموش چایلاردان
یوْخ اوْلموش شوْر دنیزیندن
دوْغور سۇلار
آخیر سۇلار
سن گلنده
سنی گؤرنده.
اینصافعلی هیدایت
25/ نوامبر 2025
Quşlar ...
Quşlar üçür içimdəki göm göyün göyündə
Oynaşir oynaşcasina bir günahsız uşaq kimi
kəpənəklər İçimdən doğur
Qısır ana kimi
Xəyalında
Güllərə qonuşur
Güllərlə oynaşir
Ucsuz bucaqsiz rəqs ədir
Quşlar nəğmə qoşur
Səs səsə verib
Qurumuş çaylardan
Yox olmuş şor dənizindən
Doğur sular
Axır sular
Sən gələndə
Səni görəndə.
İnsafeli Hidayət
25 /Nuyambır 2025
Comments
Post a Comment