قۇشلارین یۇواسییام
قۇشلارین یۇواسییام
سینهمده یوْخدور اۆرک
بورادا بیر قۇشلوق وار
تۆم دۆنیانین قۇشلاری توْپلانمیش بۇرایا
یووا قوْیوبلار ایچیمده
قوْنوبلار بارؽش اؤلکهسینده
گورنده سنی، ائشیدنده سنی
تۆم دۆنیانین قۇشلاری
سنین اۆچون
ایچیمده، اۆچور، هاوالانیر
قلبیمین گؤیو دوْلور
سندن آخان سئوینجله، قۇشلارلا
سئوینجک قۇشلار
سینهمؽ یۇوا سالمیشلار یاشام اۆچون
قلبیم تاپباتاپ چالؽر
قۇشلارین دۇرمایان قاناد چالقؽسی کیمی
ائی تۆم قۇشلارین سۇلطانی
بیر عؤمورلوک بۇ اۆرک سنه یوْوا دؽر
قوشلار سنین ایچین
ایچیمده یاشؽرلار سئوگیلیم.
اینصافلی هیدایت
۲۵ نۇیامبر ۲۰۲۵
Quşların Yuvasıyam
Sinəmdə yoxdor ürək
Borada bir quşluq var
Tüm dünyanin quşları Toplanmış buraya
Yuva qoyublar içimdə
Qonublar barış ölkəsində
Görəndə səni, eşidəndə səsini
Tüm dünyanın quşları
Sənin üçün
İçimdə, üçür, havalanır
Qəlbimin göyü dolur
Səndən axan sevinclə, quşlarla
Sevincək quşlar
Sinəmı yuva salmişlar yaşam üçün
Qəlbim tapbatap çalır
Quşların durmayan qanad çalqısi kimi
Ey tüm quşların sultani
Bir ömürlük bu ürək sənə yova dır
Quşlar sənin için
İçimdə yaşırlar sevgilim.
İnsafəli Hidayət
25 Nuyambr 2025
Comments
Post a Comment