منده ییامت اولور

 منده قیامت اوْلور



ایللر بوْیو ایچیمده 

قؽشیدی، یایؽم بئله‌

گۆنون ان سؽجاغیندا 

دوْنموشدو ایچیمده‌کی تۆم توْخوملار

گئتدی اوْ قؽش 

گلدی بۇ یاز، باهار

اریدی ایچیمده‌کی حیصار

جۆجردی هر بیر توْخوم

سنی گؤرندن بری 

هر گۆن بوْی آتؽر

دنه‌لر، توْخوملار 

اۆرگیمده‌کی یاشؽللیق

چیچکلنیرم یازدا باغچا کیمی 

دؤنوشور گۆل باغؽنا 

دوْنموش، اؤلموش

درینلریمده‌کیلر

قیامتدن آیاقلانیر

دوْداقلاریم قۇراخمادان، چکینمه‌دن

گۆلله‌نیر، 

گؤزلریم اۆچور

گویون درینلیکلرینده‌

سنی گؤرنده‌.



اینصافلی هیدایت 


۲۵ نۇیامبیر ۲۰۲۵







Məndə Qiyamət olur





İllər boyu içimdə 


Qışıdı, Yayım belə


Günün ən sıcağında 


Donmuşdu içimdəki tüm toxumlar


Getdi o qış 


Gəldi bu Yaz, Bahar


Əridi içimdəki hisar


Cücərdi hər bir toxum


Səni görəndən bəri 


Hər gün boy atır


Dənələr, toxumlar 


Ürəgimdəki yaşıllıq


Çiçəklənirəm yazda bağça kimi 


Dönüşür gül bağına 


Donmuş, ölmüş


Dərinlərimdəkilər


Qiyamətdən ayaqlanır


Dodaqlarım quraxmadan, çəkinmədən


Güllənir, 


Gözlərim üçür


Göyün dərinliklərində


Səni görəndə.




İnsafəli Hidayət 




25/Nuyambır /2025




Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر