kişi kimi kişilərin yeri boş qalmasın!

 

kişi kimi kişilərin yeri boş qalmasın!

Mən iki il boyu zindanda qalarkən, Xalitabadı adilə tanıdığımız kişi kimi kişi, mənim ayıləm ilə əlaqədə olmuş, çoxlu pul yardımı da etmişi. 

Mənim ayiləmi, o zor günlərimdə tək qoymamış, mərdə-namırdə, habelə sui-istifadəçilərə də mühtac buraxmamış. 

Mənlə ayiləmədə minnət qoymamış. Bizdən hətta quru təşəkkür belə gözləməmiş. Belə bir kişi kimi kişi köçdü.

Xalitabadı’nın bir xisləti buimiş ki çox böyük işlər görürmüş, amma heçkimdən özün üstün və daha mübarizəçi görmürmüş. İşlərin, heç bir kimsənin üzünə çəkmirmiş. Hamının işlərinə və çalışqanlıqlarının səviyyəsinə hörmətlə və sayqı ilə yanaşırmış. İddia etmədən, söz pəhləvanı olmadan, ışlır və gizli pəhləvanlıq edirmiş.

Allah Xalitabadı cənablarının ruhun şad, yerin cənnət eyləsin. Millətimizində başı sağ olsun! 

Mən dərindən inanıram; bir gün bizim millətimiz, onun və onatay bir çox kişi kimi kişilərin azadlıq, istiqlal, güclü bütövAzərbaycan devləti, bir qüdrətli Türk dünyası və Türklərin yüksək səviyyəli rifahı xəyalların yaşayacaq və yaşadacaq.

Bu yol bizim yolumuz. Bu yolu daha güclü getməli və kişi kimi kişilərin yerin doldurmalıyıq.

Kim özündə bu cəsarəti, bu ruhu, bu fədakarlığı görür?

Ən böyük fədakarlıq isə hər kəsin mübarizə üşyol-yöntəminə sayqılı olmaq dır.

 İnsafəli Hidayət











Comments

Popular posts from this blog

سیاست، جسورلارین میدانی دیر