Sunday, November 14, 2010

Təbrizli bir siyasi fəaal zindana verildi






Təbtizli; Ğulamriza Nəcəfi tutuqlanıb və Təbrizin zindanına göndərildi. Güney Azərbaycan Oyrənci Hərəkatının sitəsi xəbərə əlavə edir ki Təbrizin İnqilab Məhkəməsi onu məhkəməyə çağırandan sonra, onu tutuqlandırıb və zindana verdi.

Sana Niyuz da yazır: Nəcəfi 16 ay əvvəl "Nizam və hakimiyyət ziddinə təbliğ" ittihamına tutulmuşdu. İttiham buna əsaslanırdi ki o "Azərbaycanın Xordad ayının həmasəsinə bir baxış" adlı özəl (məxsus) dərgi çap edib, yaymışdı. Güney Portalı sitəsidə yazır ki Nəcəfi o zaman tutuldu və 30 gün ittlaatin işkəncələrinə bir nəfərlik hocrələrdə məruz qaldı amma sonunda pul və milk zəmanəti qabaqlığında, müvəqqət olaraq, azad oldu.

Nəcəfi inqilab məhkəməsində muhakimə olob və bir il həbsə məhkum oldu ki o möddətin 3 ayin zindanda qalıb və azadlığın əldən verməlidi. Qalan 9 ay, asılı olacaq və əyər sonlarda bir yeni ittihama məhkum olsa, yeni cürmüdən əlavə, əvvəlki 9 ayıda həbisdə qalmalı olacaq.

Güney Azərbaycan Xəbər Mərkəzi də artırır ki Nəcəfi İnqilab məhkəməsinin hokmonə etiraz edib amma Etiraz ya ikinci məhkəmə ki Təbrizdə "Təcdidi Nəzər"ə mərufdu, etiraza baxmayaraq, inqila məhkəməsinin hökmün təsdiq edib.


Azərbaycanın onəmli şəxsilərinin heykəl muzəsi hazirlanır






Ruhi
Tunanın 70-dən əlavə heykəli möxtəlif şəhərlərdə dikilib. İran, Turkiyə və digər Turk məmləkətlərdə dikkəlib və onlar tarixi, ədəbi və milli qahramanların heykəlin bərpa edib. İrandan qaçqın düşün və indilikdə Kanada olkəsinin Toronto şəhərində sürgündə yaşayan Həsən Ruhi Tuna, İran- Azərbaycanlısı və heykəl təraşdi. Onon heykəllərindən Məhəmməd Höseyn Şəhryarın heykəli Təbrizə və Nəbatinin heykəlidə Kəleybərin girişində bərpa olan əsərlərdən 2 di. amma tək bular deyil bəlkə onon heykəllərinin bir tedadin şəkilin, səsilə eyni zamanda görə bilərsiniz. Ustad Şəhriyar, Nəbati, Səttarxan və Baqirxandan əlavə Dede Qorqud, Reza Barahani, Uzeyir Hacibeyev, Virani, Sah Xatayi, Sehend, Nesimi, Piseveri, Bebek Xörrəmdin, Emir Timur, Selcuk Bey, Sebetci Oglu usman Efendi, Sukru Kanalti Pasa, Semah, Oguz Xan, Qasqayili Ismail Xan, Rauf Denktas, Sah Ismai, Koroglu, Mehmmed Xarezm, Mustafa Kemal, Nadir Sah, Nazim Hikmet, Haci Baba Xan, III. Selim, Kazak Abilay Xan və onlar bulara tay heykəlləri görəbilərsiniz.

Ruhi bəy sadəcə heykəl yapmır, bəlkə öyrənciləridə yetişdirməyə çalışır. O deyir ki İranda heykəlçilik işi, bəzi ayətollahlar fikrinə haramdi və buna gorada, incə sənətin ayağa qalxması çətindir. Gərçi İranda devlətinən din ayrı görünürlər amma əslində, İranın Şiyə dinində siyasətinən din, bərabər və çiyin çiyinə gedirlər. Çün din adamlarının etiqadi var ki əyər heykəl tiksən, obiri dünyada ona ruh verməlisən, siyasəttə və kultür nazirliyidə həmən siyasəti irəli sürür. "Amandı başı açıq olmasın." "Döşü görünməsin." "Orası elə olsun ... Burası belə olsun" kimi sozlər heykəçiliyə, rəssamliğa və diygər incəsənət sahələrinə mane törədir.

Ruhi bəy inanır ki Turkiyə, Azərbaycan Cumhuriyyəti və digər azad və dindən kanar qalan olkələrlə moqayisədə, İran və İran-Azərbaycanı incə sənət sahəsində muqayisə olabilməz. İran və İran-Azərbaycanı daha dalı qalmışdı amma əlavə edir ki Azərbaycanlılarda dərin potansiyellər var və o zaman ki İrandan çıxırlar, heykəlçilikdə, rəssamlıqda, musiqidə, Rəqsidə və digər sahələrdə, ozlərin donanın adlım adamlarına yetirəbilirlər.

Təbrizli bu Heykəl Taraş və rəssam 8 il Turkiyədə qalmış və bir sorü heykəlləri Turkiyənin moxtəlif şəhərlərində, minlər insanın gozlərinin onondə nomayişə qoymuş. Onon fikrinə əsasən, Turkiyədədə bir iddə dinlə siyasəti qatıb və incə sənətlərin daha dərinləşməsilə məqabilə edirlər və bu bir ağir təhlökədir turkiyə üçün.
Ruhi bu işlərilə irazi düşmür və İradə edib ta İran-Azərbaycanının ədəbi, dil, tarix, incə sənətləri və qəhramanlarının bir çöxunun heykəllərin hazırlayıb və bir Səyyar Muzədə yerləşdirsin. Bu Səyyar Muzə Kandanın Toronto Şəhərində təkmilləşəcək. Sonra Amerika Birləşmiş Millətlərə və Ordan sonra da Turk olkələrinə səfər edəcək. Ruhinin arzısı budor ki bir gün gəlsin ki Səyyar Muzə Təbrizdə yerləşsin və həmişəlik üçün orda qalsın.


Tiraxtur , Peykanı utdu






Təbrizin Tiraxtur tim ya kumandası Qəzvinin Peykanın 2-1 uddu və bu oyunun hər 3 im
tiyazım əldə etdi. Bəzi spor (vərziş) sitələri, o cümlədən; "Tiraxtorün havadarları sitəsi" 35000 tamaşaçının huzurundan xəbər verirlər. Ayrıları, o cümlədən "Tabnak"ın spor bolümü 20 min Azərbaycanlının hazir olduğundan yazır.

Oyun, Cuma Axşamı sahat 14:45 və Təbrizin cənubi dağlarının ortasında vaqe olan "Yadigarı İmam" ustadiyomunda başladı. Top oyunun birinci hissəsində çox sürətlə firlanırdi. Tiraxtorun oz sitəsi yazir ki hələ Tiraxtorun motoru qızışmamışdı ki Peykan, 5 inci dəqiqədə "Əmir

Mirbozorgi"yə bir gol vurdu. Bu gol, Mehdi Sabitinin səhvindən buruza gəldi və Tiraxturun zəhmətkeşlərin bir az sustaltdı və tamaşaçilar "həmlə ... həmlə ..." şuaarın kəsdilər.

Az geçmədi ki Tiraxtur qaza basdı. Dalbadal, hərifə həmlə apardı. Həmlələr, yenidən tamaşaçıları şoqa gətirdi və 8 inci dəqiqədə bu ghəyəcanlar səmər verdi və Tiraxturun "Andiryanik Teymuriyan"ı bir şütlə Tiraxtur yediğı golon əvəzin açdı və oyunu 1-1 etdi. Tıraxtur

dayananmırdı. 13-inci dəqiqədə "Casim Kərrar"ın şütü az fasiləylə eşiyə getdi və tamaşaçılar yenidən, daha isti Alqışa (təşviqə) başladılar. Hamı birdən səslənirdi "Tiraxur el istər ---- Şərəfli millət istər". 6-7 xətərli həmlədən sonra, Tiraxturun korner topo, dəf oldu amma Əli Əlizadə dəf olan topu gola çevirdi və 24 dəqiqədə 35000 zəhmət keşi ayağa qovzadı.

Bundan sonra, 93 dəqiqənin fışqasın çalanadək daha gol vorulmadı. "Tiraxturçılar" sitəsi yazır: bu iki goldan sonrada, Tiraxturun 10 gol fürsəti varıdı amma o fürsətlərin hamısı hədərə getdi. Bundan əlavə, Mehdi Sabiti; Tiraxturun oyunçusu yaralandı və xəstəcanaya götürüldü. Spor sitələri xəbər verirlər ki onon halı yaxşıdı.

Tiraxtur, Peykanı uddu və 20 imtiyazlı oldu. "Bərtər Liqası

nın" 14 inci həftəsində, yarışlarının (musabiqələrinin) 7 rütbəsində yer tutdu. Cədvəlin başında "Zobi Ahən 28 imtiyazla, Perispolis və İstiqlal 24 imtiyazla iki və üçüncü yerdə, Sipahan 23, Sənəti Neft 22 və Kirman Misinin 20 imtiyazlıdılar. Peykan həmən 10 imtiyazla ən axırdadı. Əyər Tiraxtur birinci yeri istərsə, gələn həftə Cuma günü "Səbayi Qum"un qabağında daha yaxşı oynamalı və fürsətləri əldən vrməməlidi. Niyə ki bəzi sitələr bu yarışdan "səhvilər Festivalı" ad çəkirlər.

Neçə şhərdə Əmaninin olümünün ikinci ilinin yas törənı tutuldu




Təbriz, Londın, Əskişəhər və bir neçə ayrı şəhərlərdə, olomonon necəliyində şək olan Ğolamriza Əmaninin olomonon ikinci ilinin yas törəni tutuldu. Bu xəbər bir tedad şəkillərilə bərabər moxtəlif xəbər sitələrində yayılıb. Güney Azbaycan Portalı sitəsi iddia edir ki Əmaninin ağırlama mərasimi İranın təhlökəsizlik qovvələrinin basqısı altında Təbriz şəhərində bərpa oldu.

Eldayağı sitəsi deyir ki Azərbaycan siyasi və mədəni fəallarından bir çoxu, bəyana
t və çağırı yaymadan, eyni zamanda Təbrizin Maralan məzarlığına və məhəndis Ğolamriza Əmaninin və Çəngiz Bəxtavərin qəbrləri üstə toplanıb və oları xatırladılar. Bu xəbərdə təkid olor ki yas torəni çox ağıi atmosferdə bərpa oldu amma heş xəbər mənbəyi əmniyyət qovvələrinin məzarlıqda huzurundan ya fiziki basqıdan xəbər vrmayıb və indiyə dək tutulan ya doyölən olsada, heş xəbər yayəlmayəb. Bu o haldadı ki Əmaninin dəfni mərasimində bir çox tedad siyasi və mədəni fəallar doyolob və həbsə alınmışdılar.
Güney Azərbaycan xəbər Mərkəzi sitəsidə iddia edir ki Azərbaycan qaçqınlarında üçü, Turkiyənin Əskişəhirdə və digər şəhərlərində yaşayanlari, Əmaninin olomonon ikinci ilin xatırlamaq mərasimənə dəvət ediblər.


"Bizim Təbriz Niyuz" da Londın şəhərindən xəbər verir ki orda moqim olan Azərbaycanlılar, bu monasibətə bir ağırlama mərasimi keçirdiblər. Bu mərasimdə Əmani və bəxtavrin fəaliyyətlərinə gora və oların olomlərinin onondə soğu işarətlərinin olamasına dayır danışıblar.

Ğolamriza Əmani ziraətdə Təbriz üniversitetindən lisans almışdi və siyasi hərəkata qoşulşüşdu. O GAMOH təşkilatının qurucularından və liderlərindən sayılırdi və fəaliyyətlətinə gora bir neçə il həbsidə qalmışdı. O iki qardaşlarilə bərabər, Əhərdən Təbrizə gələndə, İranın pasdarlarına aayid olan bir kamyon (topraq daşiyən yök maşınilə) qəzada yaralanmışdı. Polis və Orjans işçiləri 20 dəqiqəlik yola, ono (deyilənlərə əsasən) 5 sahata Təbrizin bir xəstəxanasına gotormoşlər. Bəzi Azərbaycan fəəalları iddia edirlər ki əmniyyət məmurları o olan əməliyyat otağına girmişlər.

Hər halda, Azərbaycanlı siyasi və mədənəi fəallardan bir çoxu onon məmurlar pılanilə olomonə inanıb və ono Azərbaycan şəhidi sayirlar.

Bir Azərbaycanlı xanim 115 gün həbsidən sonra azad oldu




Zahra xanım Fərəczadə; Azərbaycanlı bir xanım dir ki mədəni fəaliyyətlərinə əsasən, tutulub və 115 gün həbsidə qalandan sonra, Təbrizin Mərkəz zindanindan azadlığa buraxıldı. Bu xəbəri "Əsri Nov" xəbər sitəsi Savalan Səsi sitəsinə istinadən yazır və əlavə edir ki: Zahranın azadlığı, 50 Milyon Tomən ya 50 min Dollar pul zəmanəti qabağında momkon olobdür.

Zahra ya "Sona" təxəllössöylə məşhur olan xanım, siyasi və mədəni fəaal: "Ayət Mehrəlibəyli"nin həyat yoldaşıdı. Ayət 155 gündən çöxdor ki tutulub və həbsidədir. Xəbərlərə əsasən, Ayət 155 günün hamısın bir nəfərlik hocrədə saxlanıb və hələlikdə ittilaatın zindanındadır. Zahra xanım 115 gün əvvəl, öz hayat yoldaşının durumundan xəbər əldə etmək üçün, Təbrizin ədliyyəsinə məraciət zamanında tutulub və həbsə alinmışdı. Onon süd əmər balası bu uzun zamanı anasından ayrı qalmışdı.

Savalan sesi də yazır: xanım Fərəczadiyə sarı "hakimiyyət ziddinə təbliğ" ittihamın irəli sürüblər. HƏRANA xəbər ajansıda yazır: Zahranın əqrəbası iddia edirlər ki ittilaat məmurları, oz səgu sualların, Zahra xanımın ittihamına diyir yox, bəlkə onon həyat yoldaşının iş və fəaliyyətlərinə gora düzəlləndiriblər.

bəllidir ki Zahra xanim Fərəczadənin mohakiməsi sonralar bərpa olacaq amma bəlli deyil ki əcəba həyat yoldaşiylə bərabərmi mohakimə olacaqlarmı ya Ayət bəy habsidə qalarkən, mohakiməni yola salacaqlarmı?

Tehranın bir xəstəxanasında bomba patladı




İRNA; İranın Rəsmi XƏbər Ajansı,Tehranın bir xəstəxanasında "Səs bombasının patlayışından xəbərverdi. İRNA iddia edir ki Tehran polisi patlayışın səsli bombaya ayid olmasın təsdiq edib və əlacxana (davaxana) sahibilən birsinin arasında ki ozəl ixtilafı patlayışın səbəbi bilib.

Bu səs bombası dünən (October 5) və səhər tezdən, "Alğədir xəstəxanasının" giriş qapısında patladı və girişin camlarının hamısı sındı. Theran polisi elan edib ki patlayış sadə və əldə dozəlmiş və piltəylə çalışan bir bomba səbəbinə olob amma yaralanan ya ölən olmayıb.

İRNA deyir ki polis əlacxana sahibilə ixtilafi olan adama zənin olob və ono tutub. Alğədir xəstəxanasının işçilərindən biri İRNAnın moxbirinə deyib ki patlayış əsərində xəstələr və xəstəxana işçiləri qorxdular.

polis o halda patlayışı şəxsi ixtilafdan asılı bilir ki iki həftə əvvəl, iki həkim Tehranda gulləleyib, oləndən sonra, polis oların olom səbəbin, "şəxsi" və "intiqamcıl" bilmişdi. Oların biri Doktor "Ğolamriza Sərabi"di ki pasdarların "Xatəmol Ənbiya" xəstəxanasının mətəxəssisiydi və özəl afis ya mətəbbindən çixanda vorulmuşdu. Bir gün ondan əvvəldə, Dr. Əbdorriza Sudbəxş ki Tehran Üniversitəsinin Məəllimidi, öz afisindən çixarkən, gollələnib və olmoşdü.
Onlab beylə ki bir nəfər tutulüb amma polis deyir ki öz təhqiqatına davam verəcək.



Təbriz: çörək bahalandı






Təbrizdə çörəyin qiyməti yözdə 30 bahalandı. Çörəyin bahalığı neçə günüdü ki Təbrizlilərin yaxalarından aslanmışdı amma rəsmi devlət məqamları sakit durob və gormədim diyə keçirdilər ta in ki septamberin 22, Tehranda çap olan qazetlər, mevzunun üstün açdılar və Şərqi Azərbaycan iyalətinin valisindən çörəyin bahalaşmasına gora sordular. "İttilaat" qazeti iyalət valisi; "Əhməd əlirza Beygi"nın dilindən yazır: "çön geçən illərdə çörəyin qiy
məti bahalaşmamışdı amma işçilərin muzdu, siğorta ya biymə və iş yerlərinin kirası çoxalmışdı, çörək bahalaşdı."

Bəzilər, o cömlədən İran devlətinə bağlı olan TVinin qazeti 3-4 gün əvvək yazmışdı ki "Təbriz çörəkçilərinin iddialarına gora, çörəyin yeni qiyməti, rəsmi olaraq, çörəkçilərə deyilib" yazaraq, əlavə edir ki bu bahalıq, devlətin aylıx malı verəcəyindən qaynaqlanır. Gözlənir ki İran devləti, hər ay, 24 - 40 Dollar arası, hər İranliyə nəğd pul versin və onon qabağında, tamam əcnasın qiymətin azadlığa buraxsın və qiymətləri, sabit saxlamasın. Əlbəttə, devlət məqamları söz
vermişdilər ki məktəblər, dava dərman və çörəkdə bahalıq olmasın. Ona görada, Şərqi Azərbaycanın valisi, qazetəçilərə deyib ki, "çörəyin bahalığı, o porogramla elgidə deyil."

Bu inkarliq o haldadı ki devlət rəsmi halda elan etmədən, bəzi evlərin iliktirik məsrəflərinin qiymətin onlar qat bahaladıb və internetdə yayılan məlumata əsasən, 10-20 dollardan, yözlər Dollara qalxıb. Qeyd olor ki Şərqi Azərbaycanın arxasıcan, bir iki ayrı iyalətlərdədə çörıyin bahalanma xəbəri gəlir.

Təbrizin seggizinci beynəlmiləl kitab sərgisi




Təbrizin Seggizinci Beynəlmiləl Bitab Sərgisi sona çatdi. Xanım İşrət Şayiq: Təbriz millət vəkilinin xəbər sitəsi iddia edir ki İranın kültür ya Farhang və İrşad İslami nazirliyinin moavini omod edir ki bu sərgi, "Beynəlmiləl" adını daşımağa baxmayaraq, doğrudan "beynəlmiləl kitab sərgisi həddi hodudunda olabilsin." Bu beynəlmiləl kitab sərgisində sadəcə, Azərbaycan Cumhurirətindən bir heyətın huzuru varıdı. Başqa 9 olkə; o cümlədən: çin, Hind, İngilis (İngiltərə) və Alman kimi olkələrin 14 naşirinin İrandakı numayəndələrinin iştirak etmişdi. Amma İranın ozünün minlər naşirindən, sadəcə 700 naşir oz kitabların sərgidə satışa qoymuşdular
.

Təbriz tilvizyasi kitab maraqlılariylə mosahibələrdə gostərdi ki ən çox kitab, Uşaqlar kitabları və əcnəbi dili oyrətmək kitablarıdı. Bu mosahibələrdə iştirak edən tələbələr və motəxəssislərin dediklərinə əsasən, Tələbələr və motəxəssislər üçün kitab, ya yoxomoş yada çox azımış. Buna gorada İşrət xanım Şayiqin sitəsi xəbər verir ki Təbrizin farmandar ya valisi: Mahmıd Çəməni deyib ki; Təxəssos kitabları sərgisi ki maraqlıların ehticlarına cavab verəbilsin, lazimdi. Amma o, eyni halda təxəssos və Turk dilli kitabların nəşrindən devlətin himayəsin istəmədi. Bəlkə sadəcə "din" və "İran-Əraq" savaşına həsr olan kitablarin yayılmasından, devlətin himayəsin tələb etdi. Bu o haldadi ki vali Çəmənidə etiraf edib ki İranın moasir tarixinin yazılmış əsərlərində, Təbrizin qiymətli yeri var və İranın birinci çapxanası bu şəhərdə işə döşöb.

Xəbər gəlir ki bu sərgidə 66 islam dini və Qürana ayid olan naşirlərin huzuru vardı ki 15000 adla kitab, devlət himayəsiylə çap edib və satırmışlar amma bu Azərbaycan topraqlarında bərpa olan sərgidə, neçə Türk dilində kitabın satılış izini olmasından heş xəbər çixmayıb. Bu kitab sərgi 7 gün boyunda, sabah sahat 10 axşam sahat 8 qədər açiq olordu və 100 min kitabın qiymətlərində, yüzdə 50 indirim ya təxfif varıdı.

Şirin xanım İbadinin vəkili Tehranda həbs olundu






İranlı Solh Nöbel odol sahibi; Şirin xanım İbadinin vəkili İran rəsmiləri əmrilə tutuqlnıb və həbs olundu. HARANA yazır ki Bu vəkil "Nəsrin Sutudə" dir ki Şirin İbadidən başqa, bir çox İranlı reformist ya islahçıların vəkilidi. Nəsrin xanim tutulmamışdan əvvəl demişdi ki mövəkkillərimə bir iş görəbiməyəndə, olarınan bərabər olom istirəm.

Nəsrin xanım August ayının 29 tutulub. Məmurlar bu vəkilin ofisinə və evinə basqı basıb və onon əlində olan mottəhəm və məhbosların dosiyə ya pərvəndələrindən əlavə onon şəxsi əşyalarında götürüblər və ondan istəmişlər ki öz ayağilə ozon Tehranın Evin adli zindanına təslim etsin. Nəsrin xanımın ozodə "Benalxalq Bəşər Haqları Təşkilatın" odolon, 2008 ildə sahıblanmışdı.

İranın ədliyyə məqamları onü "Əmniyyət ziddinə əl birlik" və "İslamçı inqilab ziddinə təbliğə" ittihamlayıblar. Nəsrin Sutudənin vəkili; Nəsim xanım Ğənəvi, alman radiyosuna deyib ki "mən Sutudənin rəsmi vəkiliyəm amma ədliyyə məqamları Nəsrinin vikalətnaməsin alıb və mənə get dedilər və artırdılar ki hər zaman lazim olsa, sənə xəbər verərik."

Səkinə xanım Məhəmmədinin edam xəbəri yalandı





"Səkinə Məhəmmədi Aştiyaninin edam olma ehtimalının xəbəri yalandı. Onon hökmü daş qaladı ki edama çevirmək olmaz." Məhəmməd Müstəfayi, Səkinə xanımın huquq vəkili bu sözü Aəzri VOAlə müsahibədə dedi və əlavə etdi ki mən həm səkinənin özün gormüşəm həmdə dosiyəsin (pərvəndəsin) oxumuşam, Səkinə edama məhkum deyil və bu son kampaniyalar yalandandı. Son günlərdə bir ağir kampaniya yaranmışdı ki ediia edirdi; İran hukuməti istir səkinə Məhəmmədini edam etsin.

Müstəfayinin təsdiqlədiyi məlumata əsasən, İran hakimiyyəti moxalifləri kominist partısı himayətilə iki Almanlı qazetəçi, turist olaraq İrana və Təbriz şəhərinə gedib və Səkinənin ikinci vəkili Hutən Kiyan-ın öfisində, səkinənin oğlu: Qadir ilə müsahibə aparmaq halında, ittilaat məmurlarına tutuqlanıblar. İran İttilaat məmurları o iki almanlı qazetəçidən əlavə, səkinənin ikinci vəkilin və oğlunda nizarətə alıblar. Qazetəçiləri Tehran zindanına və vəkillə Qadiri (Səkinənin oğlun) Təbriz zindanına veriblər.

Bu tutuqlanmanın ardıca, Qadir İran tilvizya və midyalarında bəzi etiraflar vermək məcburiyyətində qalıb və vəkillərindən əlavə, anasın və özün ittihama məruz qoyub. Məhəmməd Müstəfayi iddia edir ki İranda nətək o ki işkəncə altında tamam tutulanlardan gərəkən itiraflar alınır və oların öz ziddinə istimal olor. Müstəfayi əlavə edir ki buların ittihamları koministlər və moxaliflərlə ilgidir. Amma məncə, İran, Almanlı qazetəçiləri girov tutub ta Almandan bir imtiyazlar əldə etsin.

Sön həftələrdə Təbrizdə vəkillərdən Kiyan Hutən tutulub, Nəqi Məhmudi və Abbas Jamaliyə siyasi məhbusların difasından vaz geçməyə ağır basqilar var. Tehrandada Nəsrin xanim Sutudə, Ovliyayıfərd, Sultani və Dadxah kimi siyasi möttöhəm və məhkumların vəkilləri ya həbsidədilər yada ağır basqiya məruzdular amma İranın Vəkillər Mərkəzi (Kanuni Vökəla) sakittdir. Müstəfayi oların sakitliyə məcbur qaldığın qəbul etmir və tənqidə çəkir və əlavə edir ki Beynəlmiləl Vəkillər Mərkəzidə ki azad olkədədidə sakit qalıb və bu sukut, qəbul edilici bir iş deyil.

Müstəfayinin bizlə bu mosahibəsindən 1-2 gün sonra, Beynəlmiləl Vəkillər Mərkəzi ki Londona yerləşib, bir bəyanatda Tehranda iki vəkil; Nəsin xanım Sutudə və Məhəmməd Ovliyayifard-in tutulmasın və həbs olunmasın məhkum etdi və birinci dəfə üçün, özünün riaksiyasın göstərdi.

بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292

  بئیین موهندیسلیگینه قارشی تورکجه اسکی کیتابلار 292 https://youtube.com/live/3iyA9DZwBYs